Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə125/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   236

 

368 


 

1.

 

Təlim prosesində didaktik vahidlərdən böyüdülmüş şəkildə isti-

fadə edilməsi; 

2.

 

Təlim prosesi və onun nəticələrinin düzgün planlaşdırılması 

(layihələndirilməsi); 

3.

 

Təhsil prosesinin emosionallaşdırılması; 

4.

 

Təhsilin diferensiallaşdırılması; 

5.

 

Müasir informasiya-kommunikasiya texnologiyalarından (kom-

pyuter, audio-vizual texnika və s.) istifadənin genişləndirilməsi. 

Şəxsiyyətyönümlülük  və  təlim  prosesində  şagirdin  inkişaf  etdi-

rilməsi  yeni  təlim  texnologiyalarının  mahiyyət  və  quruluşundan  doğur. 

Müasir təfəkkürlü  pedaqoqlar  hesab  edirlər  ki, təlimin  şəxsiyyətyönümlü 

olması  üçün  o  (təlim),  şəxsiyyətin  (şagirdin)  aşağıdakı  keyfiyyətlərinə 

yönəldilməlidir: a) öyrənilən sahə (fənn) üzrə şəxsiyyətin mövcud bilik və 

bacarıq  səviyyəsi,  ümumi  inkişaf  səviyyəsi  və  mədəniyyəti  (indiyədək 

həmin  sahə  üzrə  əldə  edilən  təcrübə);  b)  şəxsiyyətin  psixi  xüsusiyyətləri 

(yaddaşı,  təfəkkürü,  qavrama  qabiliyyəti,  öz  emosiyalarım  idarəetmə 

bacarığı və s.); c) xarakterindəki xüsusiyyətlər, temperamenti . 

Anlamaq çətin deyildir ki, şəxsiyyətyönümlü təlim mahiyyətcə dife-

rensial  və  inteqrativ  xarakterdə  olmalıdır.  Belə  təlim  növlərinin  həyata 

keçirilməsi,  həmçinin  təlim  alanların  intellektual  inkişaf  səviyyəsinin 

nəzərə  alınmasını  tələb  edir.  Pedaqoq-psixoloq  N.D.Levitov  uşaqların 

intellektual inkişaf səviyyəsini aşağıdakı meyarlarla ölçməyi təklif edir: 

-

 



müstəqil düşünmə qabiliyyəti; 

-

 



tədris materialının qavranılması sürəti və möhkəmliyi; 

-

 



qeyri-standart  məsələni  (problemi)  həll  etdikdə  əqli  yönəlmənin 

sürəti (hazırcavablılıq); 

-

 



öyrənilən  hadisələrin  mahiyyətinə  dərindən  nüfuzetmə  (mühüm 

olanları qeyri-mühümlərdən fərqləndirmək) bacarığı; 

f

 

-

 



əsaslandırılmamış mühakimələrə meyilli olmamaq, tənqidi təfək-

kürlü olmaq. 

İnkişafetdirici xarakterli texnologiyalarda hər şeydən öncə biliklə-

rin müstəqil olaraq qazanılması nəzərdə tutulur. Yalnız bu halda şagird-

lərin  qabiliyyətləri  inkişaf  edir,  humanist  meylləri  və  sferası  formalaşa 

bilir. 

Müasir məktəb praktikasında daha geniş tətbiq olunan yeni, şəxsiy-

yətyönümlü  –  inkişafetdirici  təlim  texnologiyaları  sırasında  aşağıdakılar 

da vardır: 

1.

 

Əməkdaşlıqla təlim (və ya kollektiv təlim) texnologiyası; 

2.

 

Layihələr metodu ilə təlim texnologiyası; 


 

369 


3.

 

Modullarla təlim texnologiyası; 

4.

 

Müxtəlif səviyyəlilərin təlimi texnologiyası; 

5.

 

Biliklərin tam mənimsənilməsi texnologiyası. 

Şəxsiyyətyönümlü  –  inkişafetdirici  təlim  texnologiyalarından  səriştəli 

istifadə imkan verir ki, şagirdin şəxsiyyəti formalaşsın. Sözügedən texno-

logiyalar  imkan  yaradır  ki,  şagirdlər  fərd,  təbiət  və  cəmiyyətlə  bağlı 

müvafiq biliklərə malik olsun, həmin biliklərdən istifadə etməyi bacarsın, 

malik olduğu biliklərdən istifadə etmək istəsin, buna maraq göstərsin. 

 

 

10.3. Tədris planı 

 

Tədris  prosesinin  məzmunu  tədris  planı,  fənlər  üzrə  tədris 



proqramları ilə müəyyən olunur və dərs kitablarında, informasiyanı 

toplayıb  saxlayan  elektron  avadanlıqlarda  əks  olunur.  Tədris  siste-

minin əhatə etdiyi hər tədris müəssisəsinin özünəməxsus tədris planı 

olur. Müxtəlif tipli tədris müəssisələrinin qarşısında qoyulan vəzifə-

lər başqa-başqa olduğundan onların tədris planları da müxtəlifdir. 

Tədris  müəssisələrinin  tiplərindən  və  formalarından  asılı  ola-

raq tədris  planları nə  qədər müxtəlif olsa da, onların ümumi  cəhət-

ləri də vardır. O, 

1) tədris ilinin, rüblərin və tətillərin müddətini; 

2) tədris müəssisələrində öyrənilən fənlərin tam siyahısını; 

3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini; 

4)  hər  fənnin  bütün  təlim  müddətində  və  hər  sinifdə  öyrənil-

məsinə ayrılan saatların miqdarını; 

5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını; 

6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir. 

Tədris  planında  cəmiyyətin  qəbul  etdiyi  təhsil-tərbiyə  idealı, 

müəyyənləşdirmiş  məqsədlər,  təhsilin  məzmununun  formalaşdırıl-

ması konsepsiyası öz əksini tapır. O, təlim-tərbiyə prosesinin qanu-

nauyğunluqlarını,  sanitar-gigiyenik  və  təşkilati  tələbləri,  yaranmış 

ənənələri nəzərə almaqla işlənib hazırlanır. 

Tədris  planına  daxil  edilən  fənlər  məcburi  və  fakültativ  (seç-

mə) fənlərə ayrılır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azər-

baycanda da tədris planları, mərkəzi təhsil orqanları tərəfindən işlə-

nib hazırlanır və təsdiq olunur. Deyilənlərdən aydın olur ki, bu  və 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə