Annotasiya


ya  digər  məktəbdə  öyrədilən  fənləri,  onların  siniflər  üzrə  ardı-



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə126/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   236

 

370 


ya  digər  məktəbdə  öyrədilən  fənləri,  onların  siniflər  üzrə  ardı-

cıllığını,  hər  fənnə  verilən  saatların  miqdarını,  təhsilin  müd-

dətini,  şagirdlərin  fəaliyyət  növlərini  əks  etdirən  sənədə  tədris 

planı deyilir. 

 

 

10.4. Tədris fənni 

 

Bəzi ədəbiyyatda yazılır ki, ümumtəhsil məktəblərində elmlə-



rin əsasları öyrədilir. Bu fikirlə razılaşmaq olmaz. Çünki, ümumtəh-

sil  məktəblərində  öyrədilən  elmlərin  əsasları  deyil,  tədris  fənnidir. 

Tədrif fənni anlayışını elmin əsasları anlayışı ilə eyniləşdirmək düz-

gün  deyil.  Hər  bir  elmin  xeyli  sahələri  vardır.  Məsələn,  bitkilərin 

anatomiyası  və  fiziologiyası,  heyvanların  anatomiyası  və  fiziologi-

yası, insan anatomiyası və fiziologiyası, bitkilərin sistematikası, gi-

giyena, mikrobiologiya, sistologiya, genetika və  s. biologiyanın sa-

hələridir. Tədris fənni  biologiyanın  sadalanan və  sadalanmayan sa-

hələrinin  hamısını  deyil,  müvafiq  tədris  müəssisəsinin  tələblərinə 

cavab verənləri əhatə edir . 

Tədris  fənni  müvafiq  elmin  nəinki  bütün  sahələrini,  hətta 

onun əsaslarını da hərtərəfli ehtiva etmir. Məsələn, fizika, kimya, ri-

yaziyyat,  Azərbaycan  dili  və  digər  elmlərdə  elə  anlayışlar  var  ki, 

elmlərin əsasları hesab edilir, lakin məktəbdə öyrənilmir. 

Tədris fənninin məzmununa daxil etmək üçün elmdən götürü-

lən anlayışlar didaktik cəhətdən işlənir bu zaman şagirdlərin imkan-

ları da nəzərə alınır. Əks təqdirdə təlim işi xeyli çətinləşir: müvəffə-

qiyyət qazanmaq mümkün olmur. Gənc nəslə aşılanması zəruri olan 

bir  çox  əməli  bacarıq  və  vərdişlər,  yaradıcı  fəaliyyətə  gərəkli  olan 

tədqiqat  xarakterli  tapşırıqlar  elmin  əsaslarına  aid  olmayıb  tədris 

fənninin tərkib hissələrindən biridir. 

Anlayışların elmdəki sistemi ilə tədris fənnindəki sistemi ara-

sında da fərq olur. Məsələn, botanikanın məktəbdə öyrənilməsi hü-

ceyrənin  öyrənilməsindən  deyil,  ətraf  mühitin  bitki  örtüyünün  mü-

şahidəsindən başlayır. 

Tədris fənni elmin təkcə didaktik cəhətdən işlənmiş əsaslarını, 

habelə müvafiq bacarıq və vərdişləri gənc nəslə öyrətməklə kifayət-

lənmir. O, həm  də şagirdlərin tərbiyəsinə  və  əqli inkişafına xidmət 




 

371 


etməlidir. Elmlərin əsasları isə özlüyündə tərbiyə və əqli inkişafa is-

tiqamətlənməyə də bilir. 

Beləliklə,  bu  və  ya  digər  elmdə  mübahisə  doğurmayan,  isbat 

olunmuş biliklər (anlayışlar, qanun və qanunauyğunluqlar, qaydalar, 

teoremlər və s.) həmin elmin əsaslarıdır. Tədris fənni isə tədris mü-

əssisəsində öyrənilməsi nəzərdə tutulan və müvafiq elm üzrə didak-

tik cəhətdən işlənən, tərbiyə və inkişaf imkanı olan zəruri biliklərin, 

habelə bunların mənimsənilməsinə xidmət edən bacarıq və vərdişlə-

rin sistemidir. 

Bu fikirdən bir sıra əməli nəticələr çıxır. Elmin əsaslarına aid 

hər  cür  biliyi  və  ya  anlayışı  təhsilin  məzmununa  mexaniki  şəkildə 

daxil  etmək  olmaz.  Bu  və  ya  digər  anlayışın  tədris  fənninə  daxil 

edilməsinin zəruriliyi lazımınca əsaslandırılmalıdır. 

Anlayışın  tədris  prosesinə  qoşulması  zərurəti  isbat  olunduq-

dan sonra həmin anlayış didaktik cəhətdən işlənilməlidir. Çünki ey-

ni  anlayış  müxtəlif  tipli  tədris  müəssisələrində  başqa-başqa  istiqa-

mətlərdə öyrədilə bilir. Anlayışın öyrədiləcəyi sinif, şagirdlərin im-

kanları da diqqət mərkəzində durmalıdır. Çünki sinifdən asılı olaraq 

anlayış müxtəlif səviyyələrdə öyrədilir. 

Tədris  fənninin  məzmununa  daxil  edilən  anlayışın  mənimsə-

nilməsinə və praktikada tətbiqinə imkan verən çalışmalar müəyyən-

ləşdirilməlidir.  Bunsuz  tədris  fənni  tamamlanmır.  Tədris  fənninin 

məzmununa daxil edilən anlayışın tərbiyəvi imkanları aydınlaşdırıl-

malıdır. Tədris fənninin məzmununa daxil edilən anlayışın öyrədil-

məsi  şagirdlərin  psixoloji  inkişafına  kömək  etməlidir.  Bu  mənada 

aşağıdakı  sualın  cavabı  da  aydın  olmalıdır:  tədris  prosesinə  daxil 

edilən anlayış şagirdlərdə hansı psixoloji funksiyaları hərəkətə gətir-

məlidir? 



 

 

10.5. Tədris proqramları 

 

Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tər-

tib olunur. Tədris proqramlarında aşağıdakılar öz əksini tapır: 

1) fənnin  öyrənilməsi  vəzifələri haqqında izahat  vərəqəsi,  şa-

girdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olu-

nan forma və metodları; 




 

372 


2) öyrənilən materialın tematik məzmunu; 

3) fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf 

edəcəyi saatların təxmini miqdarı; 

4) dünyagörüşünün əsas elementlərinin siyahısı; 

5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər; 

6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı; 

7) tövsiyə edilən ədəbiyyat. 

Təhsildə  diferensiya  proseslərinin  dərinləşməsi  ilə  əlaqədar 

olaraq tədris proqramlarının müxtəlif variantları (alternativ variant-

ları) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin 

maraq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda 

proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan is-

tifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yarat-

maq haqqında qərarı məktəb şuraları verir. 

Təbiət  və  cəmiyyət  hadisələrindəki  qarşılıqlı  əlaqəyə  və  elm-

lər  arasındakı  inteqrasiyaya  uyğun  olaraq  fənlərarası  və  fəndaxili 

əlaqələr də tədris proqramında nəzərdə tutulur. 

Deməli, tədris  planına  əsasən  fənnin  hissələrini  və  ya  böl-



mələrini,  mövzularını,  mövzulara  aid  məsələləri  göstərən,  fənn 

üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat 

vərəqinə malik olan sənədə tədris proqramı deyilir. 

Tədris  planları  və  proqramları  məsələsi  müxtəlif  ölkələrdə 

başqa-başqa həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün 

ölkə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris 

planı  və  tədris  proqramlarını  ştatlar  tərtib  edirlər.  Orada  hətta  tək-

tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər. 



 

 

10.6. Dərslik, iş dəftəri və müəllim üçün  

metodik vəsait komplekti 

 

Dərslik  təhsil  sistemində  məzmun  və  funksiyasına  görə  əhə-

miyyətli  resurslardan biridir. Şagird şəxsiyyətinin formalaşmasında 

dərsliklər mühüm rol oynayır. Şagirdlərin təfəkkürünü inkişaf etdir-

mək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərslik-

lər ən etibarlı vəsait kimi dəyərləndirilir. Buna görə də təhsil islahat-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə