Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə122/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   236

 

362 


ziddiyyətli  hadisələr  axarında  düzgün  yol  seçməyi  bacarması”  kimi 

dəyərləndirir . 

N.Gəncəvi  “Yeddi  gözəl”  poemasında  özünü  dərk  edənləri  “əbə-

diyaşayanlar”,  dərk  etməyənləri  isə  “bir  qapıdan  girib,  o  biri  qapıdan 

çıxanlar"  hesab  edir.  Mütəfəkkir  şair  şəxsiyyətin  ictimai  bacarıqlara, 

məntiqi və tənqidi təfəkkürə, problem həll etmək kimi yüksək idraki baca-

rıqlara malik olmasını vacib hesab edir və gözəl rəqqasə və musiqiçi olan, 

ağıllı və cəsarətli kəniz qız Fitnənin simasında göstərir ki, “insan məşq və 

vərdişlə möcüzələr yaradar, mühüm bacarıqlara malik ola bilər”. Ə.Ma-

rağalıya  görə,  əgər  insan  müəyyən  biliklərə  malikdir  və  onları  tətbiq  et-

mirsə,  deməli,  həmin  insan  ya  “tətbiqi  ağıldan  məhrumdur,  ya  da  onun 

tətbiqi  ağlı  “kamil”  deyil.  O  düşünürdü  ki,  insanın  savadının  yeganə 

sübutu  onun  praktik  fəaliyyəti,  davranış  və  hərəkətləridir.  Tətbiqi  elmsiz 

ümumi  elm  bəhərsizdir,  ölüdür,  faydasızdır.  Ə.Marağalının  fikirləri  bu 

gün təlim prosesinə olan yeni yanaşmalarla üst-üstə düşür. 

^^ [ 

H.Rayl  (1949),  M.Conson  (1977),  C.Posner  və  A.Radnitskinin 

(1994) də araşdırmalarında biliyin iki növünün mövcud olduğu vurğulan-

mış, bu məsələlər "nəyi bilmək" və "necə bilmək" kimi təqdim edilmişdir. 

Yəni biliklər yalnız əldə edilən fakt və məlumatlar olmayıb, həm də onları 

əldə etməyin  yollarını,  eləcə  də nümayiş  etdirməyin üsullarını  –  bacarıq 

və  vərdişləri  əhatə  edir.  Bu  baxımdan  müasir  texnologiyalaşmış  cəmiy-

yətimizdə dəyişiklikləri başa düşən, informasiyaları tətbiq edən, problem-

ləri təhlil edən, onların həlli yollarını tapan və əldə edilmiş nəticələri də-

yərləndirən insanların təlimini təşkil edərkən həm nəzəri, həm də praktik 

biliklər böyük əhəmiyyət daşıyır. 

Müasir  kurikulumlar  demokratizm,  humanizm  kimi  prinsiplərdən 

çıxış edən, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislə-

rin  elmi  yanaşmalarına  söykənən,  dövlətin  təhsil  siyasətini  əks  etdirən, 

təhsil sahəsində sınanmış mütərəqqi meyarlar, milli və ümumbəşəri dəyər-

lər  əsasında  müəyyən  edilən  dövlət  təhsil  standartlarına  uyğun  olmaqla 

bütün  mühüm  məsələlərlə  bağlı  uzunmüddətli  proqnozlaşdırma  və  plan-

laşdırmaları özündə əks etdirir və bu sənəd o zaman əhəmiyyət kəsb edir 

ki, düzgün tətbiq edilsin, nəzərdə tutulduğu şəkildə tətbiq edilsin. Tətbiqin 

yolları,  üsulları  və  vasitələri  kimi  mühüm  məsələlər  müasir  kuriku-

lumların  “Təlim  strategiyaları”  bölməsində  öz  əksini  tapmışdır.  Sənədin 

bu  bölməsində  xüsusilə  vurğulanan  yeni  müəllim-şagird  münasibətləri, 

problemli  təhsil  yanaşması  və  fəal  təlim  üsulları  neçə  ildir  ki,  mək-

təblərimizdə  tətbiq  edilir.  Təhsil  islahatının  birinci  və  ikinci  mərhələlə-

rində  təhsil  ictimaiyyətinin  bu  iş  üsuluna  məqsədyönlü  şəkildə  addım-

addım hazırlanması istiqamətində böyük işlər gorülmüşdür. Lakin, “isla-


 

363 


hatın başlanmasından xeyli müddət keçməsinə baxmayaraq cəmiyyətdə bu 

prosesə ikili münasibət hələ də qalmaqdadır”. 

Didaktikanın görkəmli nümayəndələrindən hesab olunan İ.Y.Lerner 

və M.N.Skatkinə görə, “təhsilin başlıca sosial funksiyası – əvvəlki nəsillər 

tərəfindən toplanmış təcrübənin yeni nəslə ötürülməsidir”. Bu funksiyanın 

əsas  mənası  və  vəzifəsi  konsepsiyanın,  fənn  proqramlarının,  dərsliklərin 

başlıca hissələrinin məzmununun layihələndirilməsinin əsasını təşkil edir. 

Təhsilin  məzmunu  bu  kontekstdə  əvvəlcədən  xüsusi  olaraq  seçilmiş  və 

təhsilalanlar  tərəfindən  mənimsənilən  bilik,  bacarıq  və  vərdişlərin 

həcmini müəyyənləşdirir. Bilik almağa istiqamətlənmiş təlimin bu tipində 

qəbul edilir ki, “öyrənənlər tərəfindən reallığın müəyyən fraqmentlərinin 

başa düşülməsinin dərinliyi (keyfiyyəti, səmərəliliyi) öyrənilən materialın 

miqdarı  (kəmiyyəti)  ilə  mütənasibdir”.  Belə yanaşmalar  artıq  informasi-

yalı cəmiyyətin müasir tələblərinə cavab vermir və təhsil sistemində ağır 

nəticələrlə müşahidə olunan problemlər yaradır. 

Təlimin şəxsə, onun inkişafına istiqamətlənmiş tipində təhsilin məz-

mununa  olan  münasibət  dəyişir.  Bu  halda  təhsil  öyrənənə  biliyin  veri-

lməsindən  daha  çox  onun  təhsillilik  səviyyəsinin  yüksəldilməsinə,  kamil 

insan kimi formalaşmasına, özünü özündə tapmasına istiqamətlənir. Təd-

ris materialı bu halda mənimsəmənin obyekti kimi meydana çıxmır, öyrə-

nənin  fəaliyyəti  üçün  təhsil  mühitinin  yaradılmasına,  təhsilin  xarici 

komponentlərinin  tərkib  hissəsinə  çevrilməsinə  xidmət  edir.  Göründüyü 

kimi,  birinci  halda  məzmun  öyrənənə  mənimsənilməsi  üçün  verilirsə, 

ikinci halda şəxsə istiqamətlənmiş məzmun öyrənənin təhsil məhsulu kimi 

çıxış  edir  və  fəaliyyətin  təşkilini  tənzimləyir.  Deməli,  müəyyən  mənada 

qəbul  etmək  olar  ki,  təhsilin  məzmunu  öyrənənin  fəaliyyətinin  məzmunu 

kimi çıxış edir,  onun  atributuna çevrilir  və nəticədə bacarıqların  forma-

laşmasına şərait yaradır. 

Təhsilin  məzmununun  belə  iki  bir-birinin  əksi  olan  mənada  başa 

düşülməsinə  münasibətini  ifadə  edərək  akad.  A.O.Mehrabov  yazır:  “Əgər 

təlim  prosesi  təhsilin  məzmununa  daxil  edilmirsə,  təhsilin  məzmunu  uşaq-

lara  müəllim  tərəfindən  verilən  özgəninkiləşdirilmiş  material  kimi  qəbul 

edilir. Əgər təlim prosesi məzmuna daxil edilirsə, onda təlimin fəaliyyətlə 

bağlı məzmununa daha geniş mənada baxmaq lazımdır. Fəaliyyətin təhsilin 

məzmununda olan rolundan didaktik sistemin bütün səviyyələri, yəni təlimin 

məzmunu  və  məqsədindən  tutmuş,  öyrənənlərin  onun  nəticələri  əsasında 

özünüdərk və özünüqiymətləndirməsinədək olan proseslər qidalanır.” Fəa-

liyyətin  psixoloji  nəzəriyyəsində  (A.N.Leontyevin  elmi  məktəbinin  nüma-

yəndələri  tərəfindən  interpretasiya  olunan  psixoloji  yanaşma)  fəaliyyət 

şəxsin fəaliyyətinə reduksiya (mürəkkəb bir prosesin sadə prosesə keçməsi 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə