Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə120/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   236

 

356 


ri zəruri minimum həcmdə olmaqla onun şəxsi düşüncəsinin məhsu-

luna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas  yaratmaq-

dır. Başqa sözlə, təhsilin məqsədi məhz bu mühiti yaratmaqdır. 

Həddindən  çox  informasiyanı  şagirdlərə  yaradıcı  düşüncənin 

məhsulu olaraq çatdırmaq olmaz. Müəllimin real səviyyəsi, şagirdin 

imkanları ilə onların üzərinə qoyulan yük arasında uyğunsuzluq ol-

mamalıdır. Tələb olunan zəruri minumum olmalıdır ki, müəllim şa-

girdlərin biliklərə yiyələnməsi prosesini fəal, şüurlu, imkan daxilin-

də maksimum müstəqil və yaradıcı proses kimi təşkil etməyi bacar-

sın. Bu halda bilik praktik fəaliyyətin əsası kimi fəal düşüncə prose-

sində  formalaşar  və  şagirdlər  həqiqətən  bu  prosesin  iştirakçısına 

çevrilmiş olarlar. 



 

10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu  

sahəsində islahatlar 

 

Hər hansı bir təhsil səviyyəsində (pilləsində) uğurlu nəticənin 



əldə olunması, heç şübhəsiz, həmin pillə üzrə təhsilin məzmununun 

nə  dərəcədə  optimal  və  məqsədyünlü  müəyyənləşdirilməsindən 

birbaşa  asılıdır.  İctimai  tələb,  cəmiyyətin  inkişaf  perspektivləri 

bütün dövrlərdə təhsilin məzmunu ilə bağlı vəzifələrin dəqiqləşdiril-

məsində  əsas  amil  olmuşdur.  Ötən  əsrin  20-30-cu  illərindəki  təhsil 

proqramları  ilə  əsrin  sonundakı  təhsil  proqramlarının  müqayisəsi 

göstərir  ki,  o  zaman  kütləvi  savadsızlığın  aradan  qaldırılması  ən 

ümdə  vəzifə  sayılırdı,  icbari  ibtidai,  yeddiillik  təhsilə  keçid  böyük 

qələbə hesab olunurdu. XX əsrin 70-80-cı illərində linqafon kabine-

tinin quraşdırılması məktəb üçün əlamətdar hadisəyə çevrilirdisə, bu 

gün  təhsil  müəssisələrinin  kompyuterləşdirilməsi,  təhsil  sisteminin 

informasiyalaşdırılması  mühüm  prioritetlərdəndir.  Dövrə,  zamana 

uyğun  olaraq  tələblər  də  dəyişmişdir.  Başqa  sözlə,  dövr,  zaman 

sifarişçi,  təhsil  sistemi  isə  həmin  sifarişçilərin,  bir  növ,  icraçısıdır. 

Elmi-texniki tərəqqinin sürəti daim yüksələn xətlə inkişaf edir. Bu-

rada inqilabi dəyişikliklər tez-tez baş verir. Belə bir şəraitdə təhsilin 

məzmunu  ilə  əlaqədar  eksperimentlər  aparılmışdır.  Müxtəlif  illərin 

tədris  planlarının  təhlili  göstərir  ki,  müəyyən  dövrdə  şagirdlərin 

əmək  hazırlığına  daha  çox  önəm  verilmiş,  politexnik  təlim  diqqət 



 

357 


mərkəzində  olmuşdur.  Bu  eksperimentlər  daha  təkmil  bir  sistem 

yaratmağa,  təhsilin  məzmununu  maksimum  səviyyədə  dövrün 

tələblərinə uyğunlaşdırmağa xidmət etmişdir. 

Keçmiş  Sovetlər  Birliyində  eksperimentlər  mərkəzdəki  ən 

yaxşı, hərtərəfli təchiz edilmiş məktəblərdə sınaqdan keçirilirdi, nə-

ticələri  isə  bütün  SSRİ  məkanındakı  məktəblərdə  tətbiq  olunurdu. 

70 ildən artıq bir müddətdə keçmiş SSRİ məkanına daxil olan bütün 

respublikalar  üçün  təhsilin  məzmunu  yalnız  mərkəzdə  hazırlanırdı. 

Hamı ana dili və konkret respublikanın tarixindən başqa digər əksər 

fənləri vahid dərsliklər vasitəsilə tədris etməyə məcbur idi. Əlbəttə, 

bu o demək deyildi ki, sovet təhsil sistemi zəif sistem olmuşdur. Sa-

dəcə, bütün səlahiyyətlər bir mərkəzdə cəmləşdirildiyi üçün respub-

likalar  təhsilin  məzmunu  ilə  bağlı  məsələlərə  müdaxilə  edə  bilmir-

dilər. 


O  vaxtlar  inkişaf  etmiş  ölkələrdəki  təcrübəni  öyrənməyə  də 

imkan  yaradılmırdı.  Dünya  təhsilində  gedən  proseslərdən  ayrı  düş-

müş Sovet təhsil sistemində bilavasitə məzmunla bağlı belə bir kon-

septual ideya formalaşmışdı ki, tədris olunan hər bir fənn daxilində 

mümkün  qədər  çox  bilik,  məlumat,  fakt  verilməli,  nəticə  etibarilə 

sovet məktəbinin yetirmələri hər şeydən xəbərdar olmalı, daha geniş 

bilik əldə etməlidirlər. Məhz buna görə də tədris proqramları şişirdi-

lir, dərsliklər bir sıra hallarda zəruri olmayan, şagird üçün elə bir hə-

yati  əhəmiyyət  kəsb  etməyən  materialla  yüklənirdi.  Diqqət  mərkə-

zində  bilavasitə  nəzəri  biliklərin  mənimsədilməsi  dayandığı  üçün 

uşaqlara  gələcək  həyatlarında  lazım  olan  bacarıqların  aşılanması 

sanki  unudulurdu.  Ona  görə  də  sonrakı  illərdə  aparılan  təhlillər  bir 

daha sübut etdi ki, orta təhsil müddətində şagirdlərin ayrı-ayrı fənlər 

üzrə  aldıqları  bilik  və  məlumatların  xeyli  hissəsi  müstəqil  həyatda 

praktik əhəmiyyət kəsb etmədiyindən tez bir zamanda yaddan çıxır. 

Həmçinin  müəyyən  edilmişdir  ki,  tədris  proqramları  mürəkkəb  ol-

duğu üçün şagirdlər bir sıra fənlərdən, xüsusilə də riyaziyyat, kim-

ya,  biologiya,  fizikadan  təlim  materiallarının  böyük  bir  hissəsini 

mənimsəyə  bilmirlər.  Uşaqların  təhsilə  maraqlarının  azalmasının, 

təhsildən yayınmalarının bir səbəbi də bununla bağlı idi. Əsas səbəb 

isə,  şübhəsiz,  məzmun  standartlarının  formalaşmaması  idi.  Pedaqoji 

ədəbiyyatda, hüquqi-normativ sənədlərdə standart, təhsil standartı ter-




 

358 


minləri işlənsə də, bunlar mahiyyət etibarilə fənlərin məzmununda öz 

ifadəsini tapmırdı. 

İnkişaf etmiş ölkələrin təcrübəsində ümumi orta təhsilin məz-

mununa, onun müntəzəm surətdə yeniləşdirilməsi və təkmilləşdiril-

məsi, zəruri biliklərin mənimsənilməsi ilə yanaşı, təhsilalanlarda hə-

yati bacarıq və vərdişlərin formalaşmasına daha çox diqqət yetirilir. 

Çünki sonrakı təhsil mərhələləri orta təhsilin nəticələri üzərində qu-

rulur.  İnsan  gələcək  həyat  fəaliyyətini  təmin  edən  ayrı-ayrı  sahələr 

üzrə  müəyyən  biliklərə,  bacarıq  və  vərdişlərə  məhz  orta  məktəbdə 

yiyələnir.  Ümumi  təhsil  vətəndaşın  sonrakı  inkişafı  üçün  bünövrə 

rolunu  oynayır.  Bu  mənada  ümumi  orta  təhsilin  məzmununun  cə-

miyyətin, dövlətin, fərdin tələbatına uyğun müəyyənləşdirilməsi bü-

tün vaxtlarda ən aktual məsələ olmuşdur. 

2002-ci  ildə  Təhsil  Nazirliyi  və  Dünya  Bankının  ekspertləri 

tərəfindən  aparılan  birgə  tədqiqatlar  mövcud  kurikulumlarla  bağlı 

əsas problemləri aşkar etmişdi. Birinci problem məzmunun nəticə-

yönümlü  deyil,  təklifyönümlü  olması  idi.  Yəni  tədris  proqramları 

mövzuların  siyahısından  və  mətnlərdən  ibarət  idi.  Qiymətləndirmə 

standartları  və  üsulları barədə heç bir məlumat  verilmirdi. Qiymət-

ləndirmə məzmunun hazırlanması prosesinin tərkib hissəsi sayılmır-

dı. Nəticədə şagirdin hansı bilik və bacarıqları əldə edəcəyi müəy-

yən deyildi. 



İkinci  problem məzmunun  nəzəri və abstrakt  olması,  həyati 

bacarıqlara əsaslanmaması və nəticə etibarilə şəxsiyyətyönümlü ol-

maması idi. Məzmun faktoloji xarakter daşıyırdı, məlumatların yad-

da saxlanması bacarığına üstünlük verilirdi. Bu da şagirdləri əzbər-

çiliyə sövq edirdi, onların təfəkkür və düşüncə qabiliyyətini inkişaf 

etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəkətverici qüvvəsidir, lakin şa-

girdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında ona lazım 

olsun. Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yoxdur-

sa, onun səmərəsindən danışmağa dəyməz. Müasir dövrün tələbi bu-

dur ki, təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadisə-

lərin  əzbərlənməsindən,  nəzəri  materialların  mənimsənilməsindən 

daha çox, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərar 

qəbuletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, ira-

di keyfiyyətlərin formalaşmasına yönəlməlidir. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə