Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə123/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   236

 

364 


və  keçirilməsi)  olunur,  onun  atributu  kimi  izah  edilir,  yəni  subyektin 

keyfiyyət  göstəricisi  kimi  qəbul  olunur.  Bu  nöqteyi-nəzərdən  təhsilə  bir-

birini  əvəz  edən  fəaliyyətlər  sistemi  kimi  baxılır  və  bu  halda  fəaliyyətin 

subyekt, proses, fənn, vasitə, nəticə kimi komponentləri bir-birindən ayrı-

lır, yəni  fəaliyyətin  özü tərkib  hissələrinə  ayrılır,  proses  məqsədin  qoyu-

lması  ilə  başlayır.  Qoyulmuş  məsələnin  dəqiqləşdirilməsi  aparılır,  plan 

hazırlanır, qurğular, sxemlər seçilir, bundan sonra öyrənən müvafiq üsul 

və yanaşmalar seçərək əməliyyatları yerinə yetirir, işin gedişini və aralıq 

nəticələri qoyulmuş məqsədlə müqayisə edərək gələcək fəaliyyətdə müəy-

yən düzəlişlər aparır. 

Məlum  olduğu  kimi,  ümumtəhsilin  məzmun  standartlarının  struk-

turunda  “Ümumtəhsilin  təhsil  standartlarının  məcburi  minimumunun 

məzmunu” və “Məzunların hazırlıq səviyyəsinə qoyulan tələblər” kimi iki 

səviyyənin  qoyuluşu  durur.  Təhsil  standartlarının  komponentləri  olan 

“minimum” və “tələblər” bir-biri ilə əlaqədardır. Bu əlaqə biliyin qaza-

nılması  prosesinin  paradiqmasında  –  “minimum”  məktəbin  təhsil  alana 

verəcəyi biliklər sisteminin səviyyəsini, “tələblər” isə təhsil alanın mənim-

sədiyi,  qəbul  etdiyi  biliklər  sistemi  əsasında  formalaşan  bacarıqların  sə-

viyyəsini  müəyyənləşdirir.  Standartın  komponentləri  arasındakı  belə  mü-

nasibətlər  klassik,  “ötürücü”  xarakter  daşıyan  pedaqogikanın,  yəni  bi-

likləri  “məktəb  verir”,  təhsil  alan  isə  "qəbul  edir"  kimi  əsas  prinsipləri 

üzərində  qurulmuş  olduqda  arzuolunan  nəticə  alınmır.  Yəni  insanın  bir 

fərd  kimi  xüsusiyyətlərini,  onun  inkişaf  dinamikasını  nəzərə  almadan 

hərəkət  etmək  təhsilin  son  nəticəsi  kimi  qarşıya  qoyulmuş  məqsədi  təmin 

edə  bilmir,  yəni  məktəb  yaradıcı  şəxsi,  həqiqi  vətəndaşı  tərbiyə  etmək 

əvəzinə,  tənbəli,  müftəxoru  və  tüfeylini  tərbiyə  edir.  Şəxsə,  təhsilalana 

istiqamətlənmiş  təhsilin  paradiqmasında  “minimum”  və  “tələblər”  ara-

sındakı  münasibətlər  başqa  xarakter  daşıyır,  fəaliyyət  məhsuldar  əsasda 

inkişaf  edir.  Belə  münasibət  şəxsi  keyfiyyətlərin  inkişafını,  hadisələrə 

yaradıcı yanaşmanı, öyrənilən sahədə təhsilin son məhsulu olan müvafiq 

bacarıqların formalaşmasını təmin edir.  

Təhsilin  məzmunu  ilə  fəaliyyət  arasındakı  münasibətlərin  həlli 

birinci növbədə tədris-təlim prosesində idraki, informasiya-kommunikasi-

ya  və  refleksiv  (qeyri-iradi)  fəaliyyətlərin  inkişafına  imkan  yaradan  yeni 

təhsil  şəraitinin,  ən  başlıcası  nəticəyönümlü  təhsil  standartlarının 

hazırlanmasını təmin edir.  

Təhsilin  yeni  məzmununa  keçidi  təkamül-axtarış  və  informasiyalı 

olmaqla iki qrupa (mərhələyə) ayırmaq olar. Birinci qrupda çoxlu sayda 

məktəblərdə hazırda da saxlanılan və ayrı-ayrı fənlərin dərindən öyrənil-

məsinə  imkan  verən  sinif-dərs  sisteminin  tələblərinə  müvafiq  fəaliyyətin 


 

365 


qurulması  əsas  tələb  kimi  götürülür.  İkinci  qrupda  isə  şəxsə  istiqa-

mətlənmiş, fəaliyyətyönümlü, kamil insanın, rəqabətə davamlı şəxsiyyətin 

formalaşdırılması  üçün  nəticəyönümlü  təhsilin  qurulmasını,  yeni 

yanaşmaların,  interaktiv  təlim  üsullarının  tətbiqi  əsas  tələb  kimi  qəbul 

edilir.  Araşdırmalar  təsdiq  edir  ki,  təhsilin  məzmununun  müəyyən-

ləşdirilməsi  məqsəd  əsasında  aparılmalıdır.  Ümumiyyətlə,  təhsildə  məq-

sədin üstünlüyü bir prinsip kimi həmişə gözlənilməlidir. Bu prinsip təhsil 

standartlarında  dəyişikliklərin  elə  ardıcıllıqla  aparılmasını  tələb  edir  ki, 

tədris  planı,  tədris  prosesinə  qoyulan  minimum  tələblərin  həcmi,  bilik 

səviyyəsi  və  təhsil  şəraiti,  eyni  zamanda  təşkilati  və  idarəetmə  məqsədin 

dəyişdirilməsinin nəticəsi kimi çıxış etsin. 

Təhsildə  təhsilalanın  maraqlarının  üstünlüyü  saxlanılmalıdır.  Belə 

ki,  təhsilin  məzmununun  müəyyənləşdirilməsində  cəmiyyətin  və  dövlətin 

maraqları  ilə  bərabər,  təhsil  sahəsindəki  istənilən  proqramlara  şəxsin 

özünü dərk etməsinə, özünü ifadə etməsinə, öz müqəddəratını təyin etmə-

sinə imkan verən elementlərin daxil edilməsinə üstünlüyün verilməsi mü-

hüm  tələbdir  və təhsilin  məzmununda  mədəniyyətyönümlü  məsələlər  diq-

qət mərkəzində saxlanılmalıdır, yekun nəticələr tamamilə və dəqiq müəy-

yən olunmalıdır. Vacibdir ki, təhsilin məzmununun müəyyənləşdirilməsin-

də sosial-mədəni mühitdə həyat fəaliyyəti ilə bağlı təcrübəyə istinad olun-

sun,  şagirdin  fəaliyyəti  onun  şəxsi  təhsilinin  subyekti  kimi  qəbul  edilsin, 

şəxsiyyətin strukturunun tamlığı, onun idrak prosesinin, emosional-iradi, 

mənəvi-əxlaqi sferasının xüsusiyyətləri nəzərə alınsın. 

Öyrənənin və onu əhatə edən mühitin iştirak etdiyi təhsil prosesinin 

təhlili  göstərir  ki,  təhsilin  məzmununu  daxili  və  xarici  olmaqla  iki  kom-

ponentə  ayırmaq  olar.  Təhsilin  məzmununun  xarici  komponenti  şəxsiy-

yətin  inkişafını  təmin  edən  təlim  mühiti  ilə  xarakterizə  olunur.  Təhsilin 

məzmununun xarici komponenti iki tərkib hissədə – real həqiqətlər və ona 

dair biliklər sistemindən ibarət olan “təhsil sahəsi” anlayışında cəmlənir. 

Ona görə də xarici təhsil sahəsi qarşılıqlı təsirdə olan iki – real dünya və 

tədris olunan kursların məzmununu özündə cəmləşdirən tərkib hissələrdən 

ibarətdir.  Təhsilin  məzmununun  daxili  komponenti  təhsil  alan  şəxsin 

ayrılmaz  cəhətidir.  Ona  görə  də  təhsilin  daxili  məzmunu  təhsil  alanın 

təhsil ehtiyaclarının ödənilməsi ilə uyğunlaşdırılmalıdır. Məzmunun xarici 

və  daxili  komponentlərə  bölünməsi  ilə  bağlı  konsepsiyanın  qəbul 

olunması, hər iki yanaşmanın fəaliyyətə inteqrasiya olunduğunu göstərir. 

Onlardan  birincisi  tədris  prosesini  fərdiləşdirməyi,  yəni  təlim-tərbiyə 

prosesinin,  təhsilalanların  psixoloji  xüsusiyyətlərini  nəzərə  alaraq 

qurmağı  nəzərdə  tutursa,  ikinci  ümummədəni  fəaliyyət  prosesində  təhsil 

alan şəxsin özünün fərdiləşdirilməsini nəzərdə tutur. Belə yanaşma, yəni 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə