Mövzu 1 xariCİ İQTİsadi FƏALİYYƏTİn təNZİMLƏNMƏSİ



Yüklə 47,84 Kb.
səhifə1/5
tarix30.05.2023
ölçüsü47,84 Kb.
#114417
  1   2   3   4   5
mövzu 1


MÖVZU 1 XARİCİ İQTİSADİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ


1.1. Xarici iqtisadi fəaliyyət haqqında ümumi anlayış, onun məqsədi və təyinatı.
1.2 . Xarici iqtisadi fəaliyyətin növləri və istiqamətləri
Istənilən ölkənin iqtisadi uğurları xeyli dərəcədə, bəlkə də əhəmiyyətli dərəcədə, onun xarici iqtisadi fəaliyyəti ilə müəyyən olunur. Bazar şəraitində xarici iqtisadi fəaliyyət dövlətin vahid monopoliyasından çıxır, mülkiyyət formasından, idarəetmə quruluşundan asılı olmayaraq bütün müəssisə və şirkətlər xarici iqtisadi fəaliyyət ilə məşğul olmaq imkanı əldə etmiş olurlar.
Son illərdə ölkədə gedən iqtisadi inkişaf onlarla və yüzlərlə müəssisə və şirkətin xarici ölkələrin şirkətləri ilə müqavilə və kontraktlar bağlamasına əlverişli şərait yaratmış oldu. Ancaq beynəlxalq iqtisadi münasibətlərə xas olan təşkilati, iqtisadi, hüquqi və digər şərtlər ölkə daxilində olan şərtlərdən bir sıra xüsusiyyətləri ilə fərqlənirdi ki, bu da xarici iqtisadi fəaliyyət iştirakçılarının xarici partnyorlarla daha sıx inteqrasiyasına, onaların əlaqələrinin dərinləşməsinə və son nəticədə ölkənin daha sürətli inkişafına mane olurdu. Bunu nəzərə alaraq müəssisə və şirkətlərin xarici iqtisadi fəaliyyətinə əlverişli şərait yaradan, həmçinin beynəlxalq tələblərə və qaydalara cavab verən notmativ-hüquqi bazanın və mexanizmin yaradılmasına başlanıldı. Ölkədə xarici iqtisadi fəaliyyətin formalaşdırılması və inkişafı üçün onlarla normativ sənəd, əsasnamə, qayda və təlimatlar hazırlandı, müxtəlif məsələləri tənzimləyən digər qanunvericilik aktları qəbul edildi və qüvvəyə mindi.Onların adlarını siz ədəbiyyat siyahısından da görə bilərsiniz.
Xarici ticarəti xarici iqtisadi fəaliyyətdən (XİF) fərqləndirmək lazımdır. Xarici ticarət dedikdə bir ölkənin digər ölkələrlə malların, nəqliyyat vasitələrinin idxalından (gətirilməsindən) və ixracından (çıxarılmasından), həcminin tranzit daşımalarından ibarət olan ticarət başa düşülür. Beynəlxalq standartlara görə- XİF- malların ixracı və idxalı, üstəgəl xidmətlərin ixracı və idxalı, üstəgəl beynəlxalq maliyyə əməliyyatları, üstəgəl kontraktlar üzrə xaricdə istehsal, tikinti-quraşdırma və texniki köməklik fəaliyyətidir.
Ölkənin xarici ticarət dövriyyəsi - ixracın və idxalın dəyərlərinin məbləğindən ibarətdir.

Yüklə 47,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə