Mövzu 1 xariCİ İQTİsadi FƏALİYYƏTİn təNZİMLƏNMƏSİ



Yüklə 47,84 Kb.
səhifə4/5
tarix30.05.2023
ölçüsü47,84 Kb.
#114417
1   2   3   4   5
mövzu 1

Xidmət ixracına daxildir: göstərilən nəqliyyat xidmətləri; turizm (səfərlər) üzrə xidmətlər; rabitə xidmətləri; tikinti xidmətləri; sığorta xidmətləri; maliyyə xidmətləri; komputer və informasiya xidmətləri; royalti və lisenziya xidmətləri; sair işgüzar xidmətlər; şəxsi adamlara göstərilən xidmətlər; mədəniyyət və istirahət sahəsində göstərilən xidmətlər; dövlət xidmətləri.
Kapitalın ixracına kreditlər, borclar və investisiyalar aiddir.
İdxal- malların, xidmətlərin, kapitalın, intellektual fəaliyyətin nəticələrinin, o
cümlədən onlara olan istisna hüquqların geri çıxarılmamaq şərtilə xaricdən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsidir.
Yuxarıda ixraca aid olan şeylərin hamısını idxala da aid etmək olar. Belə malların idxalı dedikdə bunlar başa düşülür.

  1. daxili istehlak yaxud emal üçün gətirilən mallar;

  2. sonrakı təkrar ixrac üçün gətirilən mallar, başqa sözlə, ölkədə emala məruz qalmamış xarici (idxal) malların ixracı;

  3. təhkim gömrük anbarlarında emal üçün gətirilmiş mallar.

Birinci kateqoriyadan olan bütün mallar gömrük tənzimlənməsindən keçir (malların daxili istehlaka buraxılması ilə əlaqədar kompleks tədbirlər).
İkinci kateqoriyadan olan mallar (təkrar ixrac malları) təhkim gömrük
anbarlarında yerləşdirilir.
Üçüncü kateqoriyadan olan mallar emala məruz qalır ki, bu zaman onalar öz xarici görünüşünü yaxud istehlak xassələrini dəyişir (bu işlər malların açılmasına və qablaşdırılmasına aid edilmir). Emal, gömrük nəzarəti altında aparılır. Xarici iqtisadi fəaliyyət zamanı təkrar idxal anlayışını da fəqləndirirlər.
Təkrar idxal adətən kontraktın hansısa şərtlərinin pozulması üzündən ölkə
mallarının xaricdən geri qaytarılması əməliyyatıdır. Təkrar idxal idxalın tərkibinə daxil edilmir.Təkrar ixrac malları isə, əvvəlcə idxalın, sonra da ixracın tərkibinə aid edilir.
İxrac və idxal mal əməliyyatları konteksində tranzit anlayışını da dəqiq müəyyənləşdirmək zəruridir. Tranziti şərti olaraq iki yerə bölmək mümkündür: 1) Birbaşa tranzit; 2) Dolayı tranzit.

Yüklə 47,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə