Mövzu 1 xariCİ İQTİsadi FƏALİYYƏTİn təNZİMLƏNMƏSİ


Xarici iqtisadi fəaliyyətin növləri və istiqamətləri



Yüklə 47,84 Kb.
səhifə3/5
tarix30.05.2023
ölçüsü47,84 Kb.
#114417
1   2   3   4   5
mövzu 1

1.2. Xarici iqtisadi fəaliyyətin növləri və istiqamətləri
XİF müasir dövrdə çoxşaxəli və müxtəlifdir. Ancaq bütövlükdə XİF-in növlərini iki anlayış ilə xarakterizə etmək olar: ixrac və idxal. İxracın və idxalın əsas hissəsi isə
ölkələr arasında baş verən mal əməliyyatlarından, yəni xarici ticarət
əməliyyatlarından ibarətdir.
Müxtəlif ölkələrin xarici ticarətinin məcmusu beynəlxalq ticarəti yaradır.
Beynəlxalq ticarət vasitəsilə ölkələr öz ixtisaslaşmalarını həyata keçirir, təbii və iqtisadi resurslarından tam və səmərəli istifadə edirlər. Beynəlxalq ticarətin əsasında isə beynəlxalq əmək bölgüsü durur.
Adam Smitin məlum klassik nəzəriyyəsinə görə ölkələr və xalqlar arasında ticarət, mübadilə sərbəst və azad olmalıdır ki, onların vasitəsilə hər bir ölkə milli sərvətini yaratmaq üçün bütün potensialdan tam istifadə edə bilsin.
Buna baxmayaraq dünya ölkələrinin beynəlxalq ticarətdən asılı olaraq inkişafı üç istiqamət üzrə getmişdir: azad ticarət (fritrederçilik), proteksionizmavtarkiyacılıq (şəkil 1.1)

Adam Smitin dövründən keçən 200 ildən artıq bir müddət ərzində bütün ölkələrin siyasətçiləri və iqtisadçılarının həllinə çalışdığı, lakin hələ də həllini tam şəkildə tapa bilmədiyi əsas məsələ xarici ticarətin hansı istiqamətdə inkişaf etdirilməsi məsələsidir.
Müasir dövrdə azad ticarət əksər ölkələrin iqtisadi siyasətinin başlıca istiqaməti olub özündə ticarətin azad olmasını və sahibkarlığın təsərrüfat həyatına müdaxilə edilməməsini ehtiva edir.
Proteksionizm - hər hansı bir dövlət tərəfindən beynəlxalq ticarət sahəsində həyata keçirilən elə bir siyasətdir ki, onun vasitəsilə ölkəyə gətirilən mallara, xidmətlərə yüksək gömrük vergiləri qoyulur, ya da onların gətirilməsi
məhdudlaşdırılır və ya tam qadağan edilir, bununla da milli iqtisadiyyatın inkişafı stimullaşdırılır və onun xarici rəqabətdən qorunması təmin edilir.
Avtarkiyaçılıq- ölkənin qapalı, öz-özünü təmin edən iqtisadiyyat yaradılmasına yönəldilmiş təcrid olunmanın dövlət siyasətidir. Avtarkiyaçılıq adətən təcavüzkar siyasət yeridən, hansısa ölkə ilə müharibəyə hazırlaşan və son nəticədə iqtisadi blokadaya gətirib çıxaran ölkələrdə yaranır. Ancaq indiki zamanda avtarkiyaçılıq meylləri bir sıra qapalı ticari-iqtisadi bloklara xasdır.
Qeyd edildiyi kimi XİF- malların ixracı və idxalı, üstəgəl xidmətlərin ixracı və idxalı, üstəgəl beynəlxalq maliyyə əməliyyatları, üstəgəl kontraktlar üzrə xaricdə istehsal, tikinti-quraşdırma və texniki köməklik fəaliyyətidir.
İxrac-malların, xidmətlərin, kapitalın, intellektual fəaliyyətin nəticələrinin, o cümlədən onlara olan istisna hüquqların geri gətirilməmək şərtilə Azərbaycan
Respublikasının gömrük ərazisindən xaricə çıxarılmasıdır.
AR “Gömrük Tarifi haqqında” Qanununa görə ixrac malı dedikdə -Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən istilik, elektirik enerjisi və enerjinin digər növləri başa düşülür.
Əgər xarici şəxslər Azərbaycan şəxslərindən mal alıb sonradan xaricə aparmaq üçün onu digər Azərbaycan şəxslərinə emala verirsə, onda bu kommersiya
əməliyyatları da ixraca aid edilir. İxrac zamanı aşağıdakı malların çıxarılmasını fərqləndirmək lazımdır:

  1. ölkədə istehsal olunmuş, yetişdirilmiş yaxud çıxarılmış malların, həmçinin əvvəl ölkədən çıxarılmış və emala məruz qalmış malların;

  2. emalı gömrük nəzarəti altında aparılan malların;

  3. milliləşdirilmiş” malların (xaricdən gətirilərkən daxili istehlak üçün elan edilmiş və bununula əlaqədar gömrük təmizlənməsindın keçmiş, sonra isə emal edilmədən kənara çıxarılmış mallar);

  4. təhkim gömrük anbarlarından çıxarılıb aparılmış malların;


Yüklə 47,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə