Mövzu 1 xariCİ İQTİsadi FƏALİYYƏTİn təNZİMLƏNMƏSİ


Ticarət balansının saldosu



Yüklə 47,84 Kb.
səhifə2/5
tarix30.05.2023
ölçüsü47,84 Kb.
#114417
1   2   3   4   5
mövzu 1

Ticarət balansının saldosu-ixracın dəyəri çıxılsın idxalın dəyəri kimi müəyyən olunur.
Örtülmə əmsalı - ixracın dəyərinin idxalın dəyərinə bölünməsi yolu ilə müəyyən edilir.
Ticarət balansı - ölkənin xarici ticarət statistikasının məlumatlarına əsasən hər hansı vaxt ərzində (adətən bir ildə) ixracın dəyəri ilə idxalın dəyəri arasında fərqdir.
Ticarət balansı müsbət (aktiv)mənfi (passiv) ola bilər.
Tədiyyə balansı birbaşa ticarət balansı ilə bağlıdır və hər hansı bir ölkənin müəyyən vaxt ərzində (adətən bir ildə) xarici fəaliyyəti üzrə ödənişləri ilə həmin fəaliyyətdən daxilolmalar arasındakı nisbəti əks etdirir. Tədiyyə balansı(TB) iki hissədən ibarətdir:
a) TB-nin mədaxil hissəsi: bu özündə aşağıdakıları birləşdirir

  1. malların ixracı nı;

  2. görünməyən ixracı - turizmdən, borcların və kreditlərin verilməsindən, qiymətli kağızların buraxılışından, xidmətlərin göstərilməsindən və s.olan gəlirlər. b) TB-nın məxaric hissəsi: bu hissəyə aşağıdakılar daxildir.

  1. malların idxalı;

  2. görünməyən idxal -xaricdən alınan xidmətlərin ödənilməsinə çəkilən xərclər, lisenziyaların, patentlərin, “nou-hau”ların əldə edilməsi ilə əlaqədar xərclər, təhsil haqqının, xaricdə müalicənin, istirahətin , xarici ölkə artistlərinin qastrollarının, idmançıların çıxışları ilə bağlı xərclərin ödənilməsi və s.

Bütün bu göstəricilər sistemi əslində ayrı-ayrı müəssisə və şirkətlərin xarici iqtisadi fəaliyyətinin sayəsində formalaşır və onun nəticələrinin təhlili prosesində istifadə olunur.
Sadalanan göstəricilər üzrə ən yaxşı nəticələrə malik olan hər bir ölkə və hər bir şirkət özünün inkişafı üçün geniş perspektivlər açır. Bazar iqtisadiyyatının ölkədə yüksək inkişaf mərhələsinə daxil olması müəssisə və şirkətlərin XİF-nin daha da genişləndirilməsinə, onların valyuta-təsərrüfat müstəqilliyinin təmin edilməsi və möhkəmləndirilməsinə şərait yaradır. XİF-in həyata keçirilməsində müəssisələrin başlıca məqsədi stabil və dayanıqlı inkişafı təmin etməklə yüksək mənfəət götürməkdir. Bununla yanaşı həmin müəssisə və şirkətlətlərin əsas hədəflərindən biri xaricdən yeni ideyaların, müasir texnalogiyaların əldə edilməsi və bunlardan istifadə etməklə daha yüksək rəqabət qabiliyyətinə malik malların istehsalı və xidmətlərin göstərilməsidir.

Yüklə 47,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə