Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə124/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   236

 

366 


təhsil  alanın  reallığın  əsas  xüsusiyyətlərini  mənimsəyərək  özünün  daxili 

inkişafına  və  oradan  da  mədəni-tarixi  nailiyyətlərin  mənimsənilməsinə 

istiqamətlənmiş fəaliyyəti, təhsilin məzmunu ilə bağlı fəaliyyətlərin əsasını 

müəyyən edir. 

Problemlər  içərisində  evristik  təhsil  fəaliyyəti  (zəkalı  fəaliyyətin 

mühüm  elementi)  ilə  bağlı  məsələlər  xüsusi  yer  tutur.  Evristik  (nəzəri 

tədqiqatın məntiqi və metodik üsulları sistemi kimi qəbul olunan rakursda) 

təhsil fəaliyyətinin əsas məqsədi təhsil alanın özünün şəxsi təhsilinin bütün 

elementlərinin, yəni məqsədin mənasını, məzmununu, təlimin optimal forma 

və  metodlarının  seçilməsini,  təhsil  sahələrinin  mənimsənilməsi  ilə  bağlı 

şəxsi fəaliyyət trayektoriyasının qabaqcadan layihələndirilməsində iştirakı-

nın təmin olunmasıdır. 

Yeri gəlmişkən qeyd edək ki, ümumtəhsil məktəblərində “yaradıcılıq 

fəaliyyəti”, “evristik fəaliyyət” anlayışlarından istifadə edərək evristik təli-

min  əsas  parametrlərini  müəyyənləşdirmək  olar.  Evristik  fəaliyyət  yara-

dıcılıq  fəaliyyətindən  başqa  metodoloji  və  koqnitiv  fəaliyyətləri  də  özündə 

birləşdirir. Evristik təhsil fəaliyyətində eyni zamanda evristik və reproduktiv 

komponentlər  iştirak  edir.  Öyrədənin  bu  halda  əsas  vəzifəsi  tədris 

prosesinin tamlığının təmin olunmasında bu məsələlərin nəzərə alınmasıdır. 

Evristik  fəaliyyətin  əsas  məqsədi  təhsil  alanın,  tədris  prosesində  qarşıya 

çıxan  problemlərin  səmərəli  həlli  üçün  əvvəllər  onun  fəaliyyətində  dəqiq 

müəyyən edilməmiş məqsədlərin yenidən formalaşdırılmasıdır. 

Aparılmış tədqiqatlar göstərir ki, öyrənənin imkanlarının, fərdi xü-

susiyyətlərinin  dəyərləndirilməsinə  dayanaraq  təhsilin  məzmununun 

layihələndirilməsi və strukturlaşdırılmasının müxtəlif üsullarını aşağıdakı 

kimi sistemləşdirmək məqsədəmüvafiqdir: 

 



tədris  materialının  məzmununun  xətti  qurulması.  Belə  struk-

turda tədris materialının məzmunu ardıcıl və fasiləsiz olaraq verilir. 

 



tədris  materialının  məzmununun  konsentrik  sistem  üzrə  qu-

rulması.  Belə  strukturda  eyni  bir  məsələ  bir  neçə  dəfə  araşdırılır, 

təkrarlanır. Təkrar zamanı məzmun genişləndirilir, yeni informasiyalarla 

zənginləşdirilir və yeni səviyyədə həll edilir. 

 



tədris materialının məzmununun spiralvari sistem üzrə qurul-

ması. Bu halda öyrənən və öyrədən qoyulmuş problemə, insanın fəaliyyət 

sferası ilə bağlı biliklər sisteminə və fəaliyyət üsullarına dair məlumatları 

genişləndirərək və zənginləşdirərək onlara daim qayıdır və inkişaf etdirir. 

 



tədris  materialının  məzmununun  modul  sistemi  üzrə  qurul-

ması.  Bu  halda  hər  bir  mövzu  üzrə  tədris  modulunun  məzmunu,  bü-

tövlükdə baxılan bölməyə (təhsil vahidinə) daxil olan mövzular üzrə mü-

vafiq istiqamətlərdə paylanır: 


 

367 


 

oriyentasiyalılıq  (fəaliyyəti  müəyyən  istiqamətə  yönəltmə),  meto-



doloji istiqamət; 

 



məzmun – təsviri xarakterli istiqamət; 

 



əməliyyat – fəaliyyət xarakterli istiqamət; 

 



nəzarət – yoxlama xarakterli istiqamət. 

Təhsilin  məzmununun  dəyişməsini  onun  humanistləşmə,  humani-

tarlaşma,  diferensiallaşma,  diversifikasiya,  standartlaşma,  çox  variant-

lılıq,  çox  səviyyəlilik,  fundamentallıq,  kompyuterləşmə,  informatlaşma, 

fərdiləşmə,  fasiləsizlik  kimi  prinsiplərə  istinad  etməsi  əsasında  inkişafı 

şərtləndirir, hansı ki, bu prinsiplər bəşər təcrübəsinin inkişaf səviyyəsin-

dən,  cəmiyyətin  inkişafı  ilə  bağlı  tələblərdən  qaynaqlanır.  Hər  dönəmdə 

siyasi cəmiyyətlərin  öz  təhsil  sistemi və  müvafiq kurikulumları  olmuşdur, 

təbii  ki,  müxtəlif  cəmiyyətlərin  mövcud  tələbləri  və  inkişaf  səviyyəsi, 

əsasən, ona məxsus olan təhsil kurikulumlarında ifadə olunur. Təhsilimizə 

gətirilən  müasir  kurikulumlar  tərbiyəyönümlülük,  nəticəyönümlülük,  şa-

girdyönümlülük,  bütün  şagirdlərə  öz  idrak  potensialından  istifadə  etmək, 

şəxsi  qabiliyyətlərini  inkişaf  etdirmək  üçün  əlverişli  şəraitin  yaradılması 

kimi prinsiplərə əsaslanır. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir kurikulumların 

istinad  etdiyi  prinsiplərin  yerinə  yetirilməsinə  yeni  pedaqoji  texnologi-

yalardan sistemli istifadə etməklə nail olmaq mümkündür (təlim prosesini 

konkret  nəticəsi  olan  texnoloji-istehsalat  prosesinə  çevirməklə).  Çünki 

həmin prinsiplər yeni pedaqoji texnologiyaların mahiyyət və məzmununda 

əks olunmuşdur

Yeni pedaqoji texnologiyalar, ümumilikdə təlimin yeni konsepsiyası 

dörd əsas prinsip ətrafında cəmləşdirilə bilər: 

 



şagirdyönümlülük; 

 



fəal, müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yaradılması; 

 



təlimin inteqrativliyi; 

 



təlimin  məzmun  və  nəticələrinin  təlim  alanların  məktəbdən 

sonrakı həyat fəaliyyəti və cəmiyyətlə əlaqəli olması.  

Yeni pedaqoji texnologiyaların mahiyyət və məzmunu ilə yaxından 

tanışlıq,  məktəb  praktikasında  müxtəlif  təlim  texnologiyalarının  tətbiqi 

nəticələrinin  araşdırılması  deməyə  əsas  verir  ki,  onların  ənənəvi  təlim 

texnologiyalarından  əsas  üstünlükləri  bunlardır:  gözlənilən  nəticələrin 

əsasən alınması; şəxsiyyətyönümlülük (şagirdyönümlülük); inkişafetdirici-

lik. Təhsil texnologiyaları sahəsində tədqiqatları təhlil etməklə yeni peda-

qoji texnologiyaların tətbiqində gözlənilən nəticələrin alınması aşağıdakı-

larla şərtlənir: 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə