Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə127/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   236

 

373 


ları çərçivəsində həmişə dərsliklərin yaradılmasına xüsusi müstəvi-

də  yanaşılmış,  hökumət  səviyyəsində  dərslik  siyasəti  hazırlanaraq 

tətbiq  olunmuşdur.  Dərslik  siyasətinin  məqsədi  məktəbliləri  stan-

dartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, Vətəninə, 

xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri də-

yərlər  zəminində  formalaşan,  fiziki  və  mənəvi  cəhətdən  sağlam, 

müstəqil  həyata  hazır  və  demokratik  düşüncəli  vətəndaşlar  kimi 

yetişdirməkdir . 

Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nə-

zəri  və  praktik  biliklərin  əsaslarının  sistemli  və  anlaşıqlı  şəkildə 

izah olunduğu əsas vəsaitdir. Konqnitiv (idraki) təhsilin əsas resurs-

larından hesab edilən dərsliklər ən zəruri informasiyaları, tapşırıq və 

çalışmaları əks etdirməklə istiqamətləndirici, yönəldici, düşündürü-

cü funksiyaları daşıyır.  Dərsliklərdə artıq informasiya  yükünün  ol-

ması  nöqsanlı  hal  kimi  qəbul  edilir  və  bu,  onun  keyfiyyətinə  xələl 

gətirir. 

Dövlət  təhsil  standartlarını  özündə  əks  etdirən  fənn  kuriku-

lumlarına  uyğunluq  dərsliklərin  əsas  keyfiyyətlərindən  biridir.  Əs-

lində,  bu,  dərsliklərin  təhsil  standartlarında  ifadə  edilmiş  bilik  və 

fəaliyyətlərin  reallaşdırılmasına  xidmət  etməsinin  ifadəsidir.  Başqa 

sözlə, standartlardan kənara çıxma hallarına  yol  verilməməsi vacib 

tələb kimi qarşıya qoyulur. 

Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idra-

ki fəallığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamət-

ləndirməlidir.  Belə  olan  halda  dərsliyin  bilik  vermək,  məlumatlan-

dırmaq kimi keçmiş ənənəyə söykənən funksiyası arxa plana keçir. 

Hazırda şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter da-

şıması dərsliklərin əsas keyfiyyətlərindən hesab edilir, onlarda baca-

rıqları formalaşdıra bilmək imkanının olması mühüm cəhət kimi də-

yərləndirilir. Bunun üçün kifayət qədər müxtəlif növ çalışma və tap-

şırıqlardan istifadə edilməsi tələb olunur. 

İnteqrativ bacarıqların inkişafına imkan yaratmaq, onu şəxsiy-

yətin  ümumi  keyfiyyətinə  çevirmək  dərsliklərin  xarakterik  cəhətlə-

rindən biri hesab edilməlidir. Bundan əlavə, şagirdlərin dünyagörü-

şünün  formalaşdırılması  da  diqqət  mərkəzində  saxlanılmalı,  ətraf 



 

374 


aləmin obyektiv reallıqları ilə qəbul edilməsi üçün zəruri təlim ma-

teriallarından istifadə olunmasına üstünlük verilməlidir. 

Təhsil Sektorunun inkişafı layihəsi üzrə milli koodinator İ.İs-

gəndərov  haqlı  olaraq  vurğulayır  ki,  dərslikləri  kurikulumların  tə-

ləblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqo-

ji  prinsiplərin  gözlənilməsi  zəruri  hesab  edilir.  Bunların  sırasında 

aşağıdakılar vardır. 

1.  Düzgünlük.  Bu  prinsip  dərsliyi  qeyri-ciddi  faktorlardan 

uzaqlaşdırır,  inandırıcı,  stimullaşdırıcı  mənbəyə  çevirir.  Şagirdlər 

dərsliyə  etibarlı  tədris  vəsaiti  kimi  yanaşırlar.  Dərsliyin  bu  prinsipə 

uyğun  hazırlanması  üçün  aşağıdakı  tələblərin  nəzərə  alınması  vacib 

bilinir: 

- təlim standartlarına uyğunluq

- faktorların dəqiqliyi

-  orfoqrafiya, durğu işarələri,  qrammatik qaydaların gözlənil-

məsi; 


- mübahisəli faktorların olmaması. 

2. Əyanilik. Dərslikləri baxımlı etmək, onu şagirdin ən yaxın 

müsahibinə, eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyani-

liyə  mühüm  didaktik  prinsip  kimi  müraciət  olunur.  Aşağıdakıların 

dərsliklərdə əks olunması təmin edildikdə bu prinsip tam reallaşdırılır: 

- şəkillər, fotolar; 

- illüstrasiyalar; 

- sxemlər; 

- cədvəllər; 

- xəritələr; 

- qrafiklər. 

Əyaniliyi təmin etmək üçün yuxarıda sadalanan bütün vasitələ-

rin eyni bir dərsliyə daxil edilməsi tələb olunmur. Dərsliklər hazırla-

narkən onların özünəməxsus cəhətləri, aid olduğu fənnin xüsusiyyət-

ləri əsas götürülür, zəruri hesab edilən müvafiq əyani vasitələr seçilir. 

3. Müasirlik. Dərsliyin ən mühüm atributlarından biri onun ye-

niliyi,  müasirliyidir.  Dövrün,  zamanın  tələb  və  ehtiyaclarını  özündə 

əks  etdirməsi,  şagirdlərdə  yenilik  əhval-ruhiyyəsi  yarada  bilməsidir. 

Buna aşağıdakı tələblər gözlənilməklə nail olmaq mümkündür: 




 

375 


- sosial-iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması; 

- elmin özündəki inkişafın nəzərə alınması; 

- təlim materiallarının müasir dünyagörüşü formalaşdırmasına 

istiqamətlənməsi. 

Dərsliyin  müasir  olması  üçün  fakt  və  hadisələrin  inkişafla 

bağlı olması, onu əks etdirməsi əsas şərtlərdən biridir. Bununla ya-

naşı,  yeni  texnologiyalara  istinad  olunması,  onların  dərsliyin  məz-

mununa gətirilməsi də müasirliyin əlamətlərindən sayılır. 



4.  Tamlıq.  Tədris  vasitələrindən  biri  kimi  dərsliyin  bütövlü-

yü, tamlığı  onun məzmununda aşağıdakı müəyyən komponentlərin 

olmasını tələb edir: 

- nəzəri materiallar

- praktik materiallar; 

- təsviri materiallar; 

- qiymətləndirmə materialları. 

Nəzərdə tutulan bu materialların hər biri mühüm didaktik əhə-

miyyət daşıyır. Şagirdlərin təlim fəaliyyətinə cəlb olunması, öyrən-

mə  prosesinin  təşkili  və  bacarıqların  dəyərləndirilməsi  baxımından 

imkanları ilə seçilir. 

5.  Ardıcıllıq.  Dərsliklərin  məzmunundakı  materialların  sıra-

lanmasında ardıcıllıq mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu 

zaman ardıcıllığın aşağıdakı parametrləri əsas götürülür: 

- psixoloji baxımdan; 

- məzmun baxımından; 

- təqvim-tematik baxımdan; 

- məntiqi baxımdan. 

Psixoloji  baxımdan  ardıcıllıq  təlim  materiallarının  maraqlılıq 

səviyyəsinə  görə  düzülməsini  tələb  edir.  Materiallar,  ilk  növbədə, 

şagirdlərin  psixi  proseslərlə  bağlı  fəaliyyətlərinin  inkişafını  təmin 

etmək  üçün  seçilir.  Hafizə,  təfəkkür  və  təxəyyül  proseslərinin  for-

malaşması  istiqamətinə  yönəldilir.  Məzmun  baxımından  ardıcıllıq 

təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanmasında özü-

nü göstərir. Təqvim-tematik baxımdan ardıcıllıq müvafiq təlim ma-

teriallarının  düzülməsində  tarixi  gün  və  hadisələrin  nəzərə  alınma-

sını, məntiqi baxımdan ardıcıllıq isə ilkin təlim materialları vasitəsi 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə