Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə121/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   236

 

359 


Üçüncü  problem  məzmunda  şaquli  və  üfüqi  inteqrasiyanın 

olmaması  idi.  Məzmunda  siniflərarası  və  fənlərarası  bağlılıq  zəif 

idi. Asandan daha çətinə keçid və bir-biri ilə bağlı olan mövzuların 

inteqrasiyası təmin edilmirdi. 

Məhz bu və  ya digər səbəblərdən son illərdə dünya Bankının 

maliyyə  yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin bö-

yük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilmə-

sinə  və  mütərəqqi  dünya  təcrübəsinə  uyğunlaşdırılmasına  yönəldil-

mişdir. Əsas  məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişa-

fını  ləngidən  mövcud  “yaddaş  məktəbi”ndən  “təfəkkür  və  dü-

şüncə məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin müasir 

modelini qurmaqdan ibarətdir. 

1999-cu ildən başlayan islahatlar çərçivəsində həyata keçirilən 

tədbirlər mərhələli xarakter daşıyırdı və hər mərhələnin öz məqsəd-

ləri,  vəzifələri  var  idi.  Keçən  on  ilin  yekunları  göstərir  ki,  dövrün, 

zamanın  tələblərinə  görə  müasir  dünya  təcrübəsi  əsas  tutulmaqla 

ümumi  təhsilin  yeni  konsepsiyasının  işlənib  hazırlanması,  məqsəd 

və vəzifələrin  yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin 

məzmununun  konseptual  müddəalarının  müəyyənləşdirilməsi  və 

fənn kurikulumlarının yaranması, məzmunda standart məfhumunun 

reallığa çevrilməsi mühüm nailiyyətlərdir. 

Azərbaycanda  2004-cü  ildən  başlanan  məzmun  dəyişiklikləri 

təlim-tədris  prosesinin  sistemli  planlaşdırılmasını  özündə  əks  etdi-

rən kurikulum islahatları adı altında aparılır. Azərbaycan Hökuməti 

tərəfindən  30  oktyabr  2006-cı  ildə  təsdiq  olunmuş  “Azərbaycan 

Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli  Kurikulum)” 

sənədində ümumtəhsil üzrə təlim nəticələri və məzmun standartları, 

ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs 

və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təş-

kili,  təlim  nailiyyətlərinin  qiymətləndirilməsi  və  monitorinqi  üzrə 

əsas prinsiplər kompleks şəkildə öz əksini tapmışdır. Bu konseptual 

sənədin tələblərinə uğun hazırlanıb təsdiq edilmiş fənn kurikulumla-

rında isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətləndir-

mə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur. 

Təhsilin  əvvəlcədən  müəyyən  olunmuş  nəticələr  və  bunların 

əsasında  formalaşdırılmış  dövlət  tələbi  olan  məzmun  standartları 



 

360 


məhz  yeni  pedaqoji  təfəkkürün  təcəssümüdür.  Milli  Kurikulumda 

təsbit  olunmuş  ümumi  təhsilin  hər  bir  pillədə  tədris  olunan  fənlər 

üzrə  nəticələr  fənn  kurikulumlarının  müəyyənləşdirilməsində  bir 

növ, açar rolunu oynayır, məntiqi ardıcıllığın  gözlənilməsinə möh-

kəm  zəmin  yaradır.  Təlimin  nəticələri,  başqa  sözlə  desək,  məqsəd-

lərdir və onların konkret məzmun standartları formasında ifadə edil-

məsi, əldə olunması nəzərdə tutulan bilik və bacarıqların minimum 

həddini özündə ehtiva edir. Xarakterik cəhət  həm  də  odur ki,  məz-

mun  standartları  özündə  iki  əsas  komponenti  -  bilik  və  fəaliyyət 

komponentlərini birləşdirir. Bu standartların fəaliyyət hissəsinin ba-

carıqlar şəklində verilməsi isə biliklərin şagirdlər tərəfindən həqiqə-

tən mənimsənilməsini nümayiş etdirmək zərurəti ilə bağlıdır. Bilik-

lərin  nümayişi  prosesində  şagirdlərin  tələb  edilən  bacarıqlara,  mə-

sələn,  idraki  (təhliletmə,  müqayisəetmə,  planlaşdırma...),  informa-

tiv-kommunikativ  (izahetmə,  şərhetmə,  təqlidetmə,  təsviretmə,  ün-

siyyətqurma...),  psixomotor  (oxumaq,  yazmaq,  saymaq,  dəyişmək, 

hazırlamaq, tərtib  etmək, qurmaq...) bacarıqlara  yiyələnməsi  səviy-

yəsi real surətdə üzə çıxır. Əgər biliklərin mənimsənilməsi müvafiq 

bacarıqların qazanılması ilə müşayiət olunarsa, təhsil artıq mahiyyət 

etibarilə  dəyərlər  kompleksinə  çevrilir.  Müasir  kurikulumların 

şəxsiyyətyönümlüyünü  şərtləndirən  başlıca  amil  də  məhz  bu 

cəhətdir.  Fənn  kurikulumlarında  hər  bir  əsas  standart  alt  standart-

larla müşayiət edilir. Bu, bir neçə məqsədə nail olmağa imkan verir. 

Kifayət  qədər  ümumi  formada  ifadə  olunan  altstandartlar  müxtəlif 

təlim  məqsədlərini  reallaşdırmaq  üçün  onlara  dönə-dönə  müraciət 

etmək imkanı yaradır. Bir qayda olaraq əsas standart bir neçə sinif-

də  və  hətta  bütün  təhsil  pilləsi  ərzində  eyni  formada  ifadə  olunur. 

Bu  zaman  sinifdən-sinifə  keçdikcə  əhatə  olunan  bilik  və  bacarıq-

ların miqyası alt standartlar vasitəsilə müəyyən olunur. Bu, həm də 

sinifdən-sinifə  biliyin  və  fəaliyyətin  necə  inkişaf  etdiyini  izləməyə 

imkan verir. 

Eyni  zamanda  hazırlanmış  kurikulumlarda  inteqrasiya  xüsusi 

tələb kimi irəli sürülmüş məzmunun inteqrativliyi, fənnin inteqrativ-

liyi, standartların inteqrativliyi, bacarıqların inteqrativliyi, prosesdə 

inteqrativlik nəzərə alınmışdır. 



 

361 


Yeni kurikulumlarla tədrisə başlanılmışdır. Ölkəmizdə həyata 

keçirilən  kurikulum  islahatı  mərhələli  proses  olmaqla,  innovasiya-

lara əsaslanan və əvvəlcədən müəyyən edilmiş real nəticələrə istiqa-

mətlənmiş geniş fəaliyyət sahəsinə çevrilmişdir. 

Fənn  kurikulumlarında  təlim  nəticələri  və  məzmun  standart-

ları ilə yanaşı, eyni zamanda təlim strategiyaları, fəndaxili və fənlər-

arası  inteqrasiya  cədvəlləri,  qiymətləndirmə  standartları  öz  əksini 

tapmış,  fənnin  məqsədləri  açıqlanmış,  fənnin  tədrisinin  zəruriliyi 

əsaslandırılmışdır.  Bununla  da  həmin  kurikulumlar  təlim  fəaliyyə-

tində  ən  vacib  hesab  olunan  parametrləri  özündə  birləşdirməklə 

konseptual xarakterli bir sənəd kimi meydana çıxmışdır. 

Əlbəttə,  köhnə  təhsil  ideologiyasından  ayrılaraq  yenilikləri 

birdən-birə  qəbul  etmək  çox  çətindir.  Ancaq  həyat  inkişafdadır  və 

zamanın nəbzini tutub onun tələblərinə uyğunlaşma zərurəti yaşan-

mış  dövrlərdə  təqdirəlayiq  keyfiyyət  hesab  olunmuşdur.  Əslində, 

bütün  yeniliklərə,  islahatlara  aparan  yol  insanların  təfəkküründən 

keçir. Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, on-

ların həyata keçirilməsi mümkün ola bilməz. Bu mənada Azərbay-

canın  ümumi  təhsil  sistemində  islahatlara  başlanandan  indiyədək 

kurikulum  anlayışının,  təhsilin  məzmununa  verilən  müasir  tələb-

lərin, yeni təlim strategiyalarının və qiymətləndirmə mexanizmləri-

nin mahiyyətinin pedaqoji ictimaiyyət arasında izahı və təbliği pro-

sesi mühüm əhəmiyyət daşımışdır. 

 

*** 



 

Araşdırmalar  göstərir  ki,  şəxsiyyətin  formalaşmasında  müstəsna 

əhəmiyyət  daşıyan  müasir  təlim  yanaşmaları  təhsilimiz  üçün  göründüyü 

qədər  də  yeni  məsələlər  deyil.  Bu  yanaşmalar  N.Gəncəvi,  Ə.Marağalı, 

N.Tusi,  M.F.Axundzadə,  F.Köçərli,  H.Zərdabi,  Ü.Hacıbəyov  və  başqa 

mütəfəkkirlərin,  maarifçi  demokratların  dünyagörüşləri  baxımından  təd-

qiq edilərkən aşkar olmuşdur ki, əslində, bu gün yeni hesab edilən məsələ-

lərin Şərqin təhsil tarixində dərin kökləri mövcuddur. Təbiətin və insanın 

kəşfi  kimi  qiymətləndirilən  intibah  dövründə  N.Gəncəvi  insanın  “özünü 

dərk  etməsi”  mülahizəsini  irəli  sürür.  İnsanın  özünü  dərk  etməsini  şair 

“həyatda,  cəmiyyətdə  yerini  bilməsi,  xeyirlə  şəri  ayırd  etməsi,  mürəkkəb 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə