Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə156/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   236

 

456 


vurğulayır. Şagirdlərin alqoritmik mədəniyyəti bu və ya digər məsə-

lələrin həlli alqoritminin tərtibi üzrə fəaliyyətinin nəticəsidir. 

Biz alqoritmik mədəniyyət dedikdə, elə spesifik təfəkkür, ba-

carıq və vərdişlərin məcmusunu nəzərdə tuturuq ki, bu həm cəmiy-

yətin indiki inkişaf mərhələsində hər bir insanın mədəniyyətinin his-

səsi  kimi,  həm  də  məktəb  təhsilinin  məqsədyönlü  komponentlərini 

təyin edən bir amil kimi çıxış edir. Məktəblilərin alqoritmik mədə-

niyyətini müəyyən edən komponentlər qrupu əsasən aşağıdakılardır: 

1.  Alqoritm  anlayışının  mahiyyətini,  xassəsini,  habelə  dilini 

anlayıb dərk etmək; 

2. Alqoritm yazmaq üçün üsul və vasitələrə yiyələnmək; 

3. Məktəb kursunda işlədilən alqoritmlərə yiyələnmək; 

4. Kompyuterlər üçün proqramlaşdırmanın elementar əsasları-

nı bilmək. 

Tədqiqatdan  əldə  etdiyimiz  materialların  təhlili  göstərir  ki, 

müəllimlərimizin  işində  sözügedən  komponentlərin  əldə  olunma-

sına istiqamətlənən işə zəif diqqət yetirilir. Bunu tərəfimizdən tətbiq 

edilən  anket  sorğusunun  nəticələri  təsdiq  edir.  Həmin  anketlərə 

aşağıdakı tapşırıqlar daxil edilmişdir: 

1. Siz müxtəlif elmlərin əsasları ilə tanış olur, bilik, bacarıq və 

vərdişlər  sisteminə  yiyələnirsiniz.  Bu  və  ya  digər  məsələni  həll 

edərkən alqoritmlərdən istifadə edirsinizmi? Hansı fənlərdə? Bir ne-

çəsinin adını göstərin. 

2.  İstədiyiniz  fənn  üzrə  hər  hansı  bir  məsələnin  həlli  alqorit-

mini yazın. 

3. Gündəlik həyatınızda alqoritm üzrə yerinə yetirdiyiniz fəa-

liyyət  növlərinə  aid  nümunələr  göstərə  bilərsinizmi?  Onlardan  hər 

hansı birinin alqoritmini istədiyiniz şəkildə təsvir edin. 

Məlum olmuşdur ki, şagirdlərin 70 faizinin “alqoritm” anlayı-

şından xəbəri  yoxdur. Onların  cəmi 2 faizə  yaxın  hissəsi  bu və  ya 

digər məsələnin ümumi alqoritmini qura bilir, otuz faizdən bir qədər 

az hissəsi verilmiş alqoritm üzrə öz fəaliyyətini tənzimləməyi baca-

rır. Xüsusilə, onların dil, fizika, coğrafiya, kimya fənləri üzrə məsə-

lələrin  həlli  alqoritmləri  barədə  məlumatları  azdır.  Belə  vəziyyəti 

doğuran əsas səbəb isə vurğuladığımız kimi, müəllimlərin fəaliyyəti 

ilə bağlıdır. 




 

457 


Şagirdlərin  alqoritmik  mədəniyyətinin  sonrakı  inkişafı  üçün 

hazırlıq mərhələsində məsələlərin həlli planından, təlimatdan istifa-

də olunması əhəmiyyətlidir. Təbii ki, burada fəaliyyətin hər bir ad-

dımı,  təlimatın  tələbləri  şüurlu  şəkildə  yerinə  yetirilməlidir,  onun 

tətbiqində  hansı  nəzəri  müddəalara  əsaslanıldığı  bəlli  olmalıdır. 

L.Q.Vyaltsevanın  və  A.S.Alekseyevin  tərəfimizdən  qəbul  edilən 

(bəyənilən) qənaətinə görə, belə planın tərtibində aşağıdakı prinsip-

lər gözlənilməlidir: 

1.

 

Planın nəzəri əsası üçün vacib olan mühüm məlumatlar əl-



də olunmalıdır; 

2.

 



Bircins  məsələlər  sistemini  əhatə  edən  təlimat  sistemi  ol-

malıdır; 

3.

 

Təlimat sistemi tam olmaqla yanaşı, həm də kifayətləndiri-



ci olmalıdır ki, o son nəticələri almağa imkan versin; 

4.

 



Təlimat sistemi zidiyyətli olmamalıdır, hər sonra gələn əv-

vəlkini təkzib etməməli, onu məntiqi cəhətdən izləməlidir; 

5.

 

Planın maddə və bölmələrinin sayı çox olmamalı, mümkün 



qədər az sayda olmalıdır; 

6.

 



Təlimat  sistemi  eyni  tipli  məsələləri  kütləvi  şəkildə  əhatə 

etməlidir. 

V.A.Baydak,  V.İ.Yefimov,  M.P.Lapçik  təlimdə  alqoritmik 

xəttin  inkişaf  mərhələləri  məsələsinə  münasibətini  bildirmiş  və  bu 

xəttin  inkişafını  təlim  keyfiyyətinin  yüksəldilməsinin  etibarlı  yolu 

hesab  etmişlər.  Onların  o  fikri  ilə  razılaşırıq  ki,  şagirdlərin  alqorit-

mik mədəniyyətinin inkişafının ümumi seçimi aşağıdakılarla əlaqə-

ləndirilməlidir: 

a) alqoritmləşdirmənin məzmun və metodlarının açılması ilə; 

b) alqoritm və onun xassələri anlayışının mənimsənilməsi ilə; 

ç) əsas hesablama alqoritmlərindən istifadə bacarıqlarının in-

kişafı ilə; 

c)  alqoritmlərin  müxtəlif  forma  və  növlərinin  yazılması  və 

təsviri bacarıq və vərdişlərinin formalaşdırılması ilə; 

d) əsas alqoritmik şərti işarələrdən istifadə olunması ilə. 

Tədqiqatımız belə qənaəti təsdiqləmişdir ki, alqoritmik mədə-

niyyətin  inkişafı  varislik  əlaqələri  ilə  həyata  keçirilir.  Bu  əlaqənin 

reallaşdırılmasının iki istiqaməti vardır: məsələ və anlayış vasitəsi ilə. 




 

458 


Alqoritm tərtib edərkən aşağıdakılar diqqət mərkəzində saxla-

nılmalıdır: 

1. Ayrı-ayrı zəruri addımlar müəyyənləşdirilir; hər addım mə-

lum əməliyyatın yerinə yetirilməsindən ibarət olmalıdır; 

2. Ayrı-ayrı zəruri addımların hər birini təşkil edən əməliyyat 

icraçı üçün elementar olmalıdır; 

3.  Alqoritmlərin  elementar  əməliyyatlarının  ardıcıllığı  dürüst 

müəyyən olunmalıdır. 

Alqoritm tərtib etmək və onu hazır şəkildə şagirdlərə vermək 

hər hansı mövzunun tədrisində alqoritmləşdirmə məsələsini həll et-

mir. Əsas məsələ alqoritmin qurulması yolunu şagirdlərə öyrətmək-

dir. Bu zaman daha sadə məsələlərin həlli alqoritminin qurulmasın-

dan  mürəkkəb  məsələlərin  alqoritminin  qurulmasına  doğru  hərəkət 

etmək lazımdır. Alqoritmlərin tərtibi və tətbiqi zamanı varisliyə cid-

di  əməl  olunmasını  anlayışların  inkişafı  tələb  edir.  Anlayışların  in-

kişafı  ilə  əlaqədar  olaraq  əvvəlki  addımlar  sistemini  əmələ  gətirən 

əməliyyatlar  sonrakı  mərhələdə  elementar  addıma  çevrilib  alqorit-

min  tərkibinə  daxil  olur.  Alqoritmi  mürəkkəb  və  çoxaddımlı  olan 

məsələlərin  həllində  xüsusi  hallara  müvafiq  sadə  alqoritmlərin  tər-

tibi üzrə iş aparmaq, sonra onları birləşdirməklə bütün halları əhatə 

etmək faydalıdır. 

 

     12.2.2. Problemli öyrənməni özündə ehtiva edən altsistem. 



 

Pedaqoji  ədəbiyyatda  şagirdlərin  problemli  fəaliyyətinə  əsas-

lanan,  alqoritmik  və  evristik  fəaliyyətin  optimal  münasibətlərinin 

tənzimlənməsi  yollarından  biri  olan  altsistemə  yanlış  olaraq  “prob-

lemli təlim” anlayışı adı altında geniş yer verilmişdir. Onu bu və ya 

digər kateqoriyalar sisteminə aid etməyə çalışırlar. Məsələn, F.Bay-

kovun  fikincə,  problemli  təlim  müəllimlə  şagird  arasında  yaranan 

daimi, düz və əks əlaqə nəticəsində ardıcıl surətdə təşkil olunan və 

həll edilən problemli vəziyyət sistemini özündə birləşdirən fəal pe-

daqoji  proses  kimi  səciyyələndirilə  bilər.  T.V.Kudryavtsev  prob-

lemli  təlim  prosesini  şagirdlər  qarşısında  elə  didaktik  problemlərin 

qoyulmasında görür ki, onların həllində şagirdlər həm ümumiləşmiş 

bilikləri,  həm  də  problemli  məsələlərin  həlli  prinsipini  əldə  edir. 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə