462
Effektli sayılan prosesdə qarşıya qoyulan məqsəddən asılı ola-
raq biliklərin mənimsənilməsinin müxtəlif səviyyələrinə nail ol-
maq mümkündür: a) qavrama, anlama və dərketmə səviy-
yəsində; b) nümunə üzrə biliklərin tətbiqi səviyyəsində; c) yeni
situasiyada biliklərin tətbiqi səviyyəsində; ç) yeni biliklərin əldə
olunması səviyyəsində. Bu sonuncu mənimsəmə səviyyəsi məhz
şagirdlərin problemli öyrənmə fəaliyyətini ön plana çəkən altsistem
üçün xarakterikdir.
Yeri gəlmişkən vurğulayaq ki, əgər təlim materialının məz-
mununa daxil edilən yeni bilik elementlərinin istinad olunan bilik-
lərə nisbəti yüksək əmsala malikdirsə, elementlərin bağlılığı kifayət
qədərdirsə, onda belə bir altsistemə üstünlük verilməsi zəruridir və
faydalıdır. Bu hala biganə qalmaq şagirdləri cisim və hadisələrin ya-
radıcılıqla müstəqil mənimsənilməsi kimi mühüm keyfiyyətlərdən
məhrum etmək deməkdir.
Bu altsistemdə şagirdin biliklər sisteminə yeni informasiyanın
daxil edilməsi ilə bağlı əqli fəaliyyəti özündə yeninin dərkinə tələ-
batın yaranmasını, problemin formulə olunmasını, yeninin kəş-
fini, həllin yoxlanılmasını ehtiva edir.
Qeyd olunmalıdır ki, şagirdlərin analitik və evristik fəaliyyəti
zamanı mərhələlərin əhatə olunması bir çox faktorlardan asılı-
dır. Biz aşağıdakıları xüsusi olaraq fərqləndiririk:
1.
Problemliliyin səviyyəsindən;
2.
Şagirdlərin müstəqillik dərəcəsindən;
3.
Müəllimin nəzəri və praktik hazırlığından.
Təlimdə problemliliyin dərəcəsinin və ya səviyyəsinin iki
əsas əlamətlə müəyyənləşdiyini təcrübədən görmək çətin deyil-
dir. Bunlardan biri şagirdə təqdim olunan, yerinə yetirilməsi
ondan tələb edilən tapşırığın, çalışma, məsələ və sualların mü-
rəkkəblik dərəcəsi, digəri isə prosesdə əhatə olunan mərhələ-
lərin tamlıq dərəcəsidir. Problemin sözlə ifadəsi, yeni bilik,
bacarığın məzmunu və fəaliyyət üsullarının xarakteri tapşırıqların
mürəkkəblik əlamətini xarakterizə edir. İ.Y.Lernerin fikrincə, idrak
məsələlərinin mürəkkəblik dərəcəsi üç daxili amildən asılıdır.
Bu amillər aşağıdakılardır: a) həll prosesində iştirak edən şərt və
463
verilənlərin sayından; b) həll prosesinin malik olduğu addımların
miqdarından; c) alınmış nəticələrin həcmindən.
Xüsusiyyətləri barədə ümumiləşmələr verdiyimiz bu altsis-
temin mərhələlərinin tamlıq dərəcəsi iki amillə şərtlənir: a) təlim
materialının məzmunu; b) idrak prosesinin bu və ya digər mərhələ-
lərinin (problemli vəziyyət, problemin qoyuluşu, hipoteza irəli sü-
rülməsi, isbat, həllin yoxlanılması) mövcudluğu və ya mövcud ol-
maması. Şagirdlərin müstəqilliyinin dərəcəsi problemlilik səviyyəsi
ilə bağlıdır. Lakin müstəqillik dərəcəsinin özü digər amillərlə,
xüsusən də problem həlli ilə bağlı əvvəlcədən əldə olunmuş üsulları
yeni tədris və həyat situasiyasına tətbiq etmək, təlim probleminin
həllinin yeni üsullarını tapmaq və şagirdin verilənləri təhlil etməklə
ümumiləşdirmə bacarığı əsasında müəyyən olunur.
Problemlilik səviyyəsi, idrak müstəqilliyinin dərəcəsi və
mənimsəmə səviyyəsi qarşılıqlı asılı olan kateqoriyalardır.
Problemlilik səviyyəsi idrak müstəqilliyi üçün şərt və stimul kimi
çıxış edir, həm də o, öz növbəsində bilik və fəaliyyət üsullarının
mənimsənilmə səviyyəsini müəyyən edir. Biz şagird fəaliyyətinin
xarakteri və mərhələlərin tamlıq dərəcəsi əsasında problemliliyin
aşağıda öz əksini tapan beş səviyyəyə ayrılmasına tərəfdarıq:
1. Müəllimin metodik işindən asılı olmadan problemli vəziy-
yətin yaradılması ilə;
2. Yaranmış vəziyyətdən istifadə olunması, yaxud da müəlli-
min problemli vəziyyəti özü yaratması və şagirdlərin diqqətini prob-
lemə yönəltməsi ilə;
3. Müəllimin problemli vəziyyət yaratması, onun həll yolları-
nın və həllinin şagirdlər tərəfindən axtarışı prosesini idarə etməsi ilə;
4. Yaranmış problemli vəziyyətdə problemin müəllim tərəfin-
dən formulə olunması və şagirdlərin tam müstəqilliklə onu həll et-
məsi ilə;
5. Şagirdin müstəqil olaraq problem irəli sürməsi və onu həll
etməsi ilə.
Burada vurğulayaq ki, problemliliyin qeyd etdiyimiz ilk iki
səviyyəsi həm də biliyin, fəaliyyət üsullarının əsasən hazır ötürül-
məsini ön plana çəkən altsistem üçün xarakterikdir. Birinci səviy-
yədə problemlilik şagirdlərin qarşılaşdığı çətinliklə əlaqədar olaraq
464
onlar tərəfindən verilmiş suallara müəllimin cavabı əsasında aradan
qaldırılır. İkinci səviyyədə isə problemi müəllim özü həll edir. Hər
iki halda şagird yeninin əldə olunması istiqamətində fəaliyyətində
müəllimin məntiqinin müşahidəçisi olur.
Şagirdlərdə təəccüb, maraq, istək və s. yaradan metodik pri-
yomlar da aktivləşdirmənin zəruri vasitələrindəndir. Şagirdin hissi-
emosional psixi fəaliyyət sferası onlarda aktiv fəaliyyət üçün şərait
yaradır, bu fəaliyyəti motivləşdirir. Lakin motivləşdirmənin əhə-
miyyətini azaltmadan qeyd etmək lazımdır ki, problem əqli fəaliy-
yətin ali dərəcəsini determinə edir. Biz “şagirdin icraetmə, repro-
duktiv mənimsəmə fəaliyyəti müəllim tərəfindən istiqamətləndirilir
və ona nəzarət olunur, şagirdin yaradıcı öyrənmə fəaliyyətinin gedi-
şində isə bir çox məsələlər idarə olunmazdır”, - fikrinin əleyhinəyik.
Şagirdin yaradıcı öyrənmə fəaliyyəti idarəolunan prosesdir və onu
təlim texnologiyalarının tətbiqi, imkan daşıyıcılarının funksiyaları-
nın səmərəliliyini artırmaqla effektli şəkildə həyata keçirmək müm-
kündür.
Evristik fəaliyyətin əsas mərhələlərindən biri problem
situasiyasının yaradılmasıdır. Problem situasiyası şagirdlərin əqli
fəaliyyətinin aktivləşdirilməsi və yeni biliklərin mənimsənilməsi
prosesinin idarəolunması vasitələrindəndir. O əqli fəaliyyət üçün
xarakterik olan bütün məntiqlərin, o cümlədən alqoritmik və ev-
ristik məntiqlərin yerini müəyyənləşdirməkdə əsas rol oynayır. Elə
bu səbəblərə görə də, təlim prosesində problem situasiyasının necə
yaranması məsələsinin tədqiqi nəzəri və praktik cəhətdən çox
faydalıdır.
Əsas mahiyyətinə görə təfəkkürün yalnız yeni məqsədlər olan,
fəaliyyətin köhnə, əvvəlki üsul və vasitələrinin azlıq etdiyi yerdə la-
zım gəldiyi məlumdur. Belə şəraitin mövcudluğu problemli vəziy-
yət deməkdir. Bu vəziyyətin əsasında dialektik ziddiyyət durur.
Dərk olunmuş ziddiyyət yalnız analitik və ya evristik fəaliyyət
nəticəsində aradan götürülə bilər.
Təlim prosesində problemli vəziyyət istənilən halda yaranmır.
Bu o zaman mümkün olur ki, təlim materialı xüsusi şəkildə forma-
laşdırılsın. Təlim materialını mənimsətmək məqsədilə fəaliyyətə
qoşulmuş şagird görə bilməlidir ki, yeni informasiya onun keçmiş
Dostları ilə paylaş: |