Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə160/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   236

 

468 


cəhət  budur  ki,  göstərdiyi  üsulların  dialektik  ziddiyyətlərin  aşağı-

dakı  üç  növü  determinələşdirdiyini  açıqlaya  bilmişdir:  a)  yeninin 

dərk olunmasına  yaranmış tələbatla yalnız keçmişdə əldə olunmuş-

lar  əsasında  bu  dərketmənin  qeyri-mümkünlüyü  arasındakı  ziddiy-

yət; b)  əvvəllər  əldə  olunmuş  biliklə  təlim  materialındakı  yeni  fakt 

və hadisələr arasındakı ziddiyyət; c) şagirdin həyat təcrübəsi ilə ob-

yektiv biliklər arasındakı ziddiyyət. 

Qeyd  etdiyimiz  kimi,  problem  situasiyasının  yaranması  əqli 

fəaliyyətin istər analitik, istərsə də evristik xarakterdə cərəyan etmə-

sindən asılı olmayaraq, yalnız başlanğıcdır. Yeni biliyin və fəaliyyət 

üsulunun  müstəqil  mənimsənilməsi  problemin  müstəqil  həllindən 

kənarda  həyata  keçə  bilməz.  Həmin  prosesin  təşkili  və  idarə  olun-

ması  iki  əsas  qanunauyğunluqla  bağlıdır.  Birinci  qanunauyğunluq 

psixolojidir (mənimsəmənin problemlilik səviyyəsi), ikinci qanuna-

uyğunluq psixolinqvistikdir (həlledici fikrin istiqaməti ilə problemin 

sözlə ifadəsinin bağlılığı). Çətin vəziyyətdən şagirdin çıxması cəhdi 

onun  elə  əqli  fəaliyyəti  ilə  bağlıdır  ki,  bu  fəaliyyət  çətinliyə  səbəb 

olan vəziyyətin elementlərinin müəyyənləşdirilməsinə doğru istiqa-

mətlənir. Qeyd olunan fəaliyyət sualların qoyuluşu ilə bağlıdır. Tə-

bii ki, şagirdin məlum biliklərlə ilə problemli vəziyyəti yaradan ye-

ni-yeni  fakt  və  hadisələr arasındakı  münasibəti dərk etməsi  proble-

min düzgün formulə olunmasının başlıca şərtidir. Problemli  vəziy-

yət bir çox hallarda müəllimin problemi formulə etməsinin nəticəsi 

kimi yaranır. Bu halda şagird problemi həll etməyə başlayır və həll 

yolunu axtarır. 

Belə  bir  cəhət  unudulmamalıdır  ki,  problem  situasiyasının 

təhlili  nəticəsində  meydana  çıxan  problem  özlüyündə  psixoloji-di-

daktik kateqoriyadır. Həm də psixoloji- didaktik kateqoriya kimi çı-

xış edən problem özündə yeni biliklər, həmin bilikləri mənimsəmə-

yin yeni üsullarını daşıyır (həm proses, həm də nəticə) və dərketmə 

prosesinin  (fikri  fəaliyyətin)  strukturunu  təyin  edir.  Bunu  nəzərə 

alan filosof və psixoloqlar haqlı olaraq göstərirlər ki, problemin qo-

yuluşu prosesini keçmiş nəzəri biliklərlə onların əsasında izah oluna 

bilməyən yeni faktların arasında ziddiyyətin nəticəsi kimi müəyyən-

ləşdirmək olar. 



 

469 


Əlbəttə, burada təlim probleminin qoyuluşu prosesinin özünə-

məxsus elə xüsusiyyətləri vardır ki, bunlar təlim  prosesinin mahiy-

yəti ilə müəyyən olunur. Məsələn, təlim prosesində problemi şagir-

din öz qarşısında qoyması və müəllim tərəfindən şagirdin qarşısında 

qoyulması faktını xatırlamaq yerinə düşər. Burada şagird üçün yeni 

olan istənilən təlim materialının ziddiyyətlərə malik olması və mate-

rialın  müəyyən  şəraitdə  şagird  üçün  problem  kimi  qoyula  biləcəyi 

də  unudulmamalıdır.  Təlim  materialıın  şagird  qarşısında  qoyulma 

formasından da çox şey asılıdır. 

Aydındır ki, problemin optimal qoyuluşu və burada sualın 



irəli  sürülməsi  dərhal  və  birbaşa  həyata  keçən  proses  deyildir. 

Problemin  qoyulması  prosesində  iki  faza  vardır:  1)  problemi  “gör-

mək”, aşkara çıxarmaq; 2) problem sualın özünün qoyuluşu. 

Həm  analitik,  həm  də  evristik  xarakterli  fəaliyyət  prosesində 

aşağıdakı formada suallar yaranır: 

1) Başlanğıc ziddiyyətin yalnız bir tərəfini əks etdirən ümumi, 

qeyri-müəyyən sual forması; 

2)  Başlanğıc  ziddiyyətin  hər  iki  tərəfini  əks  etdirən  konkret 

sual forması; 

3)  Başlanğıc  ziddiyyətin  hər  iki  tərəfinin  keyfiyyətcə  işlənil-

məsini  və  cavabın  axtarış  oblastının  lokallaşmasını  ehtiva  edən 

sualın konkret keyfiyyət forması. 

Təbii  ki,  istənilən  bir  problem  mərkəzi  sualdan  və  onun 

ətrafında qruplaşan suallardan ibarətdir. Mərkəzi sualın formulə 

olunmasından  əvvəl  və  ondan  sonra  qoyulan  suallar  qaçılmazdır. 

Birincisi  problemin  axtarışı  prosesini,  ikincisi  isə  problemin 

açılması  prosesini  xarakterizə  edir.  Problemin  açılması  prosesində 

suallar  analitik  və  evristik  fəaliyyət  strukturuna  istinad  oluna  bilər. 

Burada seçimin həm obyektiv, həm də subyektiv əsasları vardır. 

Təlim probleminin qoyuluşunda bir sıra məntiqi qaydalar göz-

lənilməlidir. Bunlara aşağıdakıları aid etmək olar: 

1.  Müəllim  unutmamalıdır  ki,  şagirdin  öyrədiləcək  material-

larla  bilavasitə  bağlı  olan  və  problemin  həllinin  mənimsənilməsi 

üçün istifadə olunan keçmiş bilikləri aktuallaşdırılmalıdır. Bilik  və 

fəaliyyət  üsullarının  aktuallaşdırılması  ilə  bağlı  olan  məlumlar  və 

məlum  olmayanlar  ayırd  edilməlidir,  məlum  olmayan  lokallaşdırıl-



 

470 


malıdır. Bunun üçün şagird məchulun lokallaşdırılması priyomlarını 

öyrənməlidir. 

2.  Müəllim  öz  şagirdlərinin  hazırlıq  səviyyəsini  bilməlidir. 

Müəllim  şagirdin  qarşısında istənilən problemi  qoya bilməz, o  yal-

nız elə problem qoymalıdır ki, onu şagird özünün problemi kimi qə-

bul edə bilsin. 

3.Müstəqil həll üçün mümkün şərait aşkarlanmalıdır. 

Əlbəttə,  bunun  üçün  problemin  tipinin  və  həll  üsulunun  mü-

əyyənləşdirilməsi lazımdır. Onu həm müəllim, həm də şagird bacar-

malıdır.  Problemin  tipinin  müəllim  tərəfindən  müəyyən  edilməsi 

ona görə lazım gəlir ki, o, a) onu düzgün qoysun; b) onun həllinin 

rasional  variantını  seçsin;  c)  problemin  müstəqil  həlli  üzrə  şagird-

lərin  fəaliyyətinin  idarəolunma  yollarını  müəyyənləşdirsin.  Şagird 

isə  problemin  tipini ona görə  müəyyənləşdirməlidir ki,  daha tez və 

daha rasional, səmərəli həllin üsul və priyomlarını tapsın. 

Problemin  həlli  prosesinə şagird  o andan başlayır  ki,  yaran-

mış  problem  situasiyasından  ya  özü  problemi  formulə  edir,  ya  da 

müəllimin  formuləsini  qəbul  edir  və  yaranmış  problemin  həlli 

yollarını müstəqil axtarır. 

Təbii ki, müəllim və şagirdin problemi formulə etməsinin də-

qiqliyindən  asılı  olaraq  onun  həlli  müvəffəqiyyətli  olur.  Problemin 

şagirdin  başında  situasiyanın  təhlilinin  nəticəsi  kimi  yaranması, 

məlum və məchulların ayrılmasından asılı olur. Problemin qoyuluşu 

onun  həllinin  başlanğıcıdır.  Həllin  özü  isə  tədris-idrak  fəaliyyə-



tinin  mərhələsidir:  bu  mərhələ  problemli  öyrənmənin  mürək-

kəb elementlərindən biri hesab olunur və bir neçə altmərhələ və 

halqalardan ibarətdir. 

Didaktik  arsenalda  məsələ  həllinin  zəngin  praktik  təcrübəsi 

toplanmışdır. Məsələnin yaradıcı həllinin konkret qanunauyğunluğu 

axıra qədər formalaşdırılmasa da, psixoloqların tədqiqatlarından bə-

zi nəticələr əldə olunmuşdur. Müəllim məsələnin həllinin axtarılma-

sının  həm  analitik,  həm  də  evristik  yolunu  öyrətməlidir.  Problem 

həlli üçün alqoritmik və evristik məntiqlərin hər hansı biri təklikdə 

kifayət deyildir. 

Verilmiş  problem  məsələlər  sinfinə  münasibətdə  müəyyən 

həlledici təcrübənin mövcudluğundan asılı olaraq V.N.Puşkin həllin 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə