Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə168/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   236

 

491 


 

 



Təlim-tərbiyənin  eyni  hallarına  pedaqoji  proseslə  məşğul 

olan şəxslərin münasibətləri nə qədər çox yaxınlaşarsa, onda peda-

qoji səmərə hökmən bir o qədər yüksək olar. 

Bu  asılılıqdan  pedaqoji  prosesdə  subyektlərin  həmrəyliyinin 

gözlənilməsi prinsipi irəli gəlir. 

 

 

13.2. Təlim sisteminin spesifik invariantları  

və onlardan irəli gələn prinsiplər 

 

 



Təlim  prosesində  təhsil,  tərbiyə  və  inkişafın  vəhdəti  nə  qə-

dər düzgün təmin olunarsa, onda səmərə hökmən bir o qədər yüksəl-

miş olar. 

Buradan təlimin hərtərəfli inkişafa xidmət etməsi prinsipi irəli 

gəlir. 



 



Təlim prosesi ilə elmin inkişaf səviyyəsi və məntiqi arasında 

əlaqə  vardır.  Təlimin  məzmunu  və  gedişi  elmi  cəhətdən  nə  qədər 

zəngin və əsaslı olarsa, mənimsəmənin səviyyəsi hökmən bir o qə-

dər  yüksələr.  Buradan  elmiliyin  və  elmin  məntiqinin  gözlənilməsi 

prinsipi irəli gəlir. 

 



Təlim prosesində zəruri materialın mənimsənilməsinə zaman 

vahidi nə qədər səmərəli şəkildə sərf olunarsa, onda təlimin nəticəsi 

bir o qədər yüksək olar. 

Həmin invariant asılılıqdan aşağıdakı prinsiplər irəli gəlir: 

a) möhkəmləndirmə ilə təlimin zəruri sürəti arasında vəhdətin 

gözlənilməsi; 

b)  şagirdlərin  gücüçatan  səviyyədə  nəzəri  müddəaların,  apa-

rıcı  ideyaların  öyrənilməsinə,  onların  tətbiqinə  üstünlük  verilməsi 

və şagirdlərin yüklənməsinin qarşısının alınması. 

 



Təlim prosesində müəllim şagirdin əyani faktlar üzərində-

ki  müşahidələrini  ümumiləşdirmə  ilə  nə  qədər  çox  əlaqələndirərsə 

və  ümumiləşdirməni  əyanilik  vasitəsi  ilə  düzgün  konkretləşdirərsə, 

şagird  cisim  və  hadisələrin  mahiyyətini  hökmən  bir  o  qədər  yaxşı 

dərk edər. 



 

492 


Bu asılılqdan təlim prosesində konkretləşdirmə ilə ümumiləş-

dirmə arasındakı daxili əlaqənin gözlənilməsi prinsipi irəli gəlir. 

 

Təlim  prosesində  müəllim  biliklərin  əldə  olunması  ilə 



onun  tətbiqi  arasındakı  daxili  əlaqəni  nə  qədər  çox  nəzərə  alarsa, 

onda  səmərə  hökmən  bir  o  qədər  üstün  olar.  Bu  asılılıqdan  təlim 

prosesində  bilik,  bacarıq  və  vərdişlər  arasındakı  əlaqənin  gözlənil-

məsi prinsipi irəli gəlir. 

 

Təlim  prosesində  müəllim  altsistemlər  arasındakı  əlaqəni 



nə qədər çox nəzərə alarsa, onda əldə edilən nəticə hökmən bir o qə-

dər yüksək olar. 

Buradan təlim  sistemində altsistemlərin optimal  uzlaşdırılmsı 

prinsipi irəli gəlir. 

 

Təlim  sistemində  ehtiva  olunan  altsistemlərin  təkmilləş-



məsinə,  onların  uzlaşmasına  elmin  və  praktikanın  tələbatından  ya-

ranan  təlim  texnologiyaları  (layihələr)  nə  qədər  məqsədəmüvafiq 

yönəlmiş olarsa, əldə olunan nəticə hökmən bir o qədər yüksək olar. 

Buradan texnologiyaların təlimin altsistemlərinin təkmilləşdi-

rilməsinə və onların optimal uzlşdırılmasına xidmət etməsi prinsipi 

irəli gəlir. 

 

Təlimin hərəkətverici qüvvəsi olan ziddiyyətlərin şagirdlər 



tərəfindən  duyulması,  qəbul  edilməsi  və  dəf  olunmasına  nə  qədər 

səy göstərilərsə, mənimsəmənin və inkişafın səviyyəsi hökmən bir o 

qədər artar. 

Göstərilən  asılılıqdan  ziddiyyətin  şagirdlər  tərəfindən  duyul-

ması,  qəbul  edilməsi  və  aradan  qaldırılmasının  zəruriliyi  prinsipi 

irəli gəlir. 



 

 

13.3. Nəzəriyyədə və praktikada özünə yer almış bəzi 

ümumpedaqoji və spesifik prinsiplərin interpretasiyası 

 

Təlim  prinsiplərində  təlimin  normativ  əsasları  ifadə  olunur. 



Prinsiplər təlim prosesinin istiqamətini və burada müəllimin fəaliy-

yətini  müəyyən  edən  əsas  və  mühüm  cəhətləri aşkara çıxarır.  Prin-

siplər  təlim  təcrübəsinin  ümumiləşdirilməsindən  meydana  gəlmiş-

dir, bu prinsiplərdə təlim prosesinin tipik hadisələri üçün səciyyəvi 




 

493 


olan obyektiv qanunauyğunluqlar əks olunmuşdur. 

Elmdə  olan  hər  hansı  kateqoriya  kimi  prinsiplər  kateqoriyası 

da  inkişaf  edir.  Prinsiplər  cəmiyyət  tərəfindən  məktəbin  qarşısında 

qoyulmuş vəzifələrə, ictimai tərəqqi tələblərinə cavab verir, burada 

şagirdlərin  təlim  fəaliyyəti,  bu  fəaliyyətin  psixoloji  əsası  nəzərə 

alınır. Təlim prinsipləri özünün tam ifadəsini müəllimlə şagirdlərin 

təlim  prosesindəki  birgə  fəaliyyətində  tapır.  Ona  belə  tərif  verilir: 

təlimin  qanunauyğunluqlarından  irəli  gələn,  onun  məzmununa, 

üsullarına, təşkili formalarına təsir göstərən, müəllim və şagirdlərin 

birgə fəaliyyətini səmərəli qurmağa imkan verən didaktik ideyalara 

təlim  prinsipi  deyilir  .  Doğrudan  da,  məktəb  qarşısında  qoyulmuş 

ictimai  vəzifələrin  ifadəsi  olan  təlim  prinsipləri  istər  bütövlükdə 

təlim prosesinin, istərsə də onun komponentlərinin başlıca tələbləri-

ni və ümumi istiqamətlərini: təlim prosesinin məzmununu, üsulları-

nı, təşkilini müəyyən edir və müəllimlə şagirdlərin fəaliyyətində hə-

yata keçirilir. 

Yeri gəlmişkən qeyd edək ki, didaktikada prinsiplər kateqori-

yasından fərqli olan təlim qaydaları anlayışı da vardır. Qayda prin-

siplərdən  irəli  gəlir,  onu  konketləşdirir,  prinsipə  tabe  olur,  müəlli-

min  və  şagirdlərin  prinsipi  həyata  keçirməyə  yönəlmiş  olan  fəaliy-

yətlərində ayrı-ayrı üsulların xarakterini müəyyən edir. 

Təlim  prinsipləri bütün  təlim  prosesi ilə  birlikdə  inkişaf edir. 

Məktəbin  varlığının  müxtəlif  dövrlərində  təlim  prinsipləri  gah  bu, 

gah da digər təlim məsələlərini aktuallaşdırır. İndi də məktəbin qar-

şısında  duran  mürəkkəb  vəzifələrlə  əlaqədar  olaraq  sözügedən  di-

daktika kateqoriyasını elmi surətdə işləyib hazırlamaq tələb olunur. 

İnkişafetdirici təlim problemi, təlim prosesinin bir obyekti olan şa-

girdin  fəaliyyətinin  səmərəli  təşkili,  təlim  və  müstəqil  təhsil  və 

müasir məktəb üçün digər bir sıra aktual məsələlər hazırda təşəkkül 

tapmış  prinsipləri  bir  daha  nəzərdən  keçirib  dəyişdirməyin  zəruri 

olduğunu söyləməyə əsas verir. 

İndi didaktikada özünə yer alan, təlim vəzifələrinə və ictimai 

tərəqqi tələblərinə  cavab verən, təlim prosesinin  ümumi istiqaməti-

ni,  onun  xarakterini,  müəllimin  öyrədici  fəaliyyətinin  əsaslarını  və 

şagirdlərin dərketmə fəaliyyətinin idarə edilməsində müəllimin düz-

gün hədəfini müəyyən edən prinsiplərdən bəziləri üzərində bir qədər 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə