Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə170/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   236

 

497 


16. Şagirdlərə nailiyyətlərinə sevinmək, müvəffəqiyyət hissini 

yaşamaq, gərgin idraki fəaliyyətdən məmnun olmaq imkanı verin. 

17.  Elmdə  və  texnikada  yeni  nailiyyətləri  işıqlandırarkən  tə-

lim  texnologiyasının təkmilləşməsi  haqqında danışmağı  yaddan çı-

xarmayın, təlim əməyinin çətinliklərini və onun səmərəliliyini yük-

səltmək yollarını açıb göstərin, tədris əməyinin elmi təşkili ideyala-

rını inamla təbliğ edin. 

18.  Birmənalı  olmayan  və  saxta  ifadələrdən  istifadədən  çəki-

nin,  onlar  qeyri-sağlam  təsəvvürlərin  yaranmasına  səbəb  ola  bilər. 

Məktəbdə,  xüsusilə  onun  birinci  və  ikinci  pilləsində  müəllimin  de-

diyinin  şagirdlər  tərəfindən  özbaşına  və  yanlış  şərhinə  yol  vermək 

olmaz. Bu, heç də uşaq fantaziyasının inkişafına mane olmaq demək 

deyil.  Amma bilmək lazımdır ki,  ciddi şeylər birmənalı qəbul  edil-

məlidir. 

19. Şagirdlərin tədqiqatçılıq işini rəğbətləndirin. Onları ekspe-

rimental və təcrübi işlərin, ilk mənbələrin və məlumat materialları-

nın,  arxiv  sənədlərinin  saf-çürük  olması  texnikası  ilə  tanış  etməyə 

vaxt tapın. 



Təlimdə  müvafiqlik  prinsipi.  Məlumdur  ki,  təlim-tərbiyə 

praktikasında iki mühüm tələb gözlənilir: 1) şagirdlərin yaş inkişa-

fının  qanunauyğunluqları  nəzərə  almaq;  2)  təlim-tərbiyə  prosesini 

şagirdlərin inkişaf səviyyəsinə uyğun olaraq təşkil etmək və həyata 

keçirmək. Təlimin müvafiqlik prinsipi bu tələblərdən formalaşmış-

dır. Təlimin müvafiqliyi məktəblilərin yaş xüsusiyyətləri ilə müəy-

yən olunur və onların fərdi xüsusiyyətlərindən asılıdır. Eyni zaman-

da müvafiqlik tədris prosesinin təşkilindən, müəllimin tətbiq etdiyi 

metodlardan,  şəraitdən  asılı  olaraq  təmin  olunur,  təlimin  əvvəlki 

vəziyyəti  ilə  müəyyən  edilir.  Məktəblilərin  əqli  inkişaf  səviyyəsi, 

təsəvvür və anlayışlar ehtiyatı nə qədər yüksək olarsa, yeni bilikləri 

öyrənən  zaman  onlar  daha  çox  uğur  qazana  bilərlər.  Təlimdə  çə-

tinlikləri  tədricən  artırmaq  və  onları  aradan  qaldırmağa  alışdırmaq 

şagirdlərin  inkişafına  və  onlarda  müsbət  əxlaqi  keyfiyyətlərin  for-

malaşmasına  ciddi  təsir  göstərir.  Təlimin  optimal  çətinlik  səviy-

yəsində  qurulması  onun  sürətinə  və  səmərəliliyinə,  biliklərin  key-

fiyyətinə müsbət təsir edir. 



 

498 


Müvafiqlik  prinsipinin  praktik  olaraq  həyata  keçirilməsi  ilə 

bağlı Y.A.Komenskinin formalaşdırdığı klassik qaydalar məlumdur. 

Bunlar  asandan  çətinə,  məlumdan  məchula,  sadədən  mürəkkəbə 

qaydalarıdır. Təlimin müasir nəzəriyyə və praktikası onun şagirdlə-

rin  yaşına  müvafiq  həyata  keçirilməsi  üçün  məcburi  qaydaların  və 

tövsiyələrin  siyahısını  genişləndirmişdir.  Bunlar  həm  müəllimlərə, 

həm də tələbələrə ünvanlandığından sərbəst üslubda ifadə olunmuş-

dur. Bu belə də olmalıdır, çünki pedaqoji proses yaradıcı prosesdir. 

Y.A.Komenskinin aşağıdakı nəsihətini yaddan çıxarmayın: 

1. Öyrənilməsi nəzərdə tutulan bütün nə varsa, yaş mərhələlə-

rinə müvafiq olaraq elə bölüşdürülməlidir ki, başa düşülən, hər yaş 

dövründə qavranılmaya müvafiq olsun. 

2. Unutmayın ki, şagirdlərin ağılı hər hansı bir fənni öyrənmə-

yə hazırlanmalıdır. 

3. Təlim zamanı şagirdlərin hazırlıq və inkişaf səviyyəsini nə-

zərə alın, öyrədən zaman onların imkanlarına istinad edin. Şagirdlə-

rin  həyat  təcrübəsini,  maraqlarını,  inkişaf  xüsusiyyətlərini  öyrənin 

və nəzərə alın. 

4.  Təlim  zamanı  şagirdlərin  yaş  xüsusiyyətlərini  nəzərə  alın, 

elə edin ki, təlimin məzmunu və  yolları onların inkişafını bir qədər 

qabaqlasın. 

5.  Təlim  prosesində  hər  bir  şagirdin  fərdi  oxuma  səviyyəsini 

(savadını)  mütləq  nəzərə  alın,  eyni  səviyyədə  oxuyan  (savadlı)  şa-

girdləri ayrıca kiçik qruplarda birləşdirin. 

6.  Tədris  prosesini  optimal  surətdə  qurmaq  lazımdır,  amma 

güclü şagirdləri ləngitməyin, orta və zəif şagirdlərin fəaliyyətini in-

kişaf etdirin. 

7.  Təlim  müəyyən  gərginlik  tələb  edir.  Belə  olmayanda  şa-

girdlər  tam  gücü  ilə  işləməkdən  soyuyurlar.  Şagirdlərin  özlərinin 

müəyyən  etdiyi  təlim  sürəti,  adətən,  onların  imkanlarından  və  gü-

cündən  aşağı  olur.  Konkret  şəraitə  uyğun  olaraq  optimal  sürəti 

müəyyən edin, lazım gələrsə onu dəyişdirin. 

8. Pedaqogika və psixologiyanın ən  yeni nailiyyətlərindən is-

tifadə edin: konkret bilikləri, bacarıqları addımbaaddım, ümumiləş-

məni isə iri addımlarla öyrədin. 



 

499 


9.  Təlimin  yaşa  müvafiq  olması  üçün  analogiyadan,  müqayi-

sədən,  tutuşdurmadan  geniş  istifadə  edin;  şagirdlərin  fikrinə  təkan 

verin, hətta ən mürəkkəb bilikləri belə anlamağın mümkün olduğu-

nu onlara sübut edin. 

10. Yeni və mürəkkəb materialı öyrədən zaman güclü şagird-

ləri, həmin materialı möhkəmləndirən zaman isə orta və zəif şagird-

ləri işə cəlb edin. 

11. Şagirdlərin anlayışları mənimsəməsini yüngülləşdirin. Bu-

nun üçün həmin anlayışları onlara əks və ya zidd anlayışlarla tutuş-

durun. 


12.  Hər  hansı  yeni  anlayışın  işlədilməsi  məntiqi  olaraq  təkcə 

qarşıya  qoyulmuş  idraki  vəzifələrdən  irəli  gəlmir,  həm  də  təlimin 

bütün əvvəlki gedişi ilə hazırlanmalıdır. 

13. Şagirdlər üçün ən çətin başa düşülən və mənimsənilən cə-

miyyətin inkişaf qanunauyğunluqları, təbiətin fundamental qanunla-

rıdır. Bütün fənlərin müəllimləri metodoloji biliklərin formalaşması 

prosesinə  öz  töhfəsini  verməlidir:  bunun  üçün  tədris  etdiyiniz  fən-

dən ümumi və ən ümumi qanunauyğunluqların müxtəlif təzahürləri-

ni nümunələrlə göstərin. 

14.  Ehtiyac  olmadan  təlim  prosesini  başa  vurmayın,  tez  mü-

vəffəqiyyət  qazanmağa  çalışmayın:  müvafiqlik  üçün  maneələri 

azaltmağın pedaqoji imkanları sonsuz deyil. 

15. Müvafiqlik də inandırıcılıq və emosionallıq kimi müəllimin 

aydın nəqlindən və nitqindən asılıdır: anlayışları dəqiq və birmənalı 

ifadə  edin,  monotonluqdan  qaçın,  həyatdan,  ədəbiyyatdan  gətirilmiş 

maraqlı faktlardan və nümunələrdən istifadə etməklə öyrədin. 

16. Monoloqları  uzun-uzadı  söyləməyin: şagirdlərə nəyi  izah 

etmək  lazım  gəldiyini,  onların  nəyi  müstəqil  öyrənə  biləcəklərini 

hiss edin, şagirdlərin özlərinin asanlıqla mənimsəyə biləcəkləri şeyi 

izah etməyin. 

17.  Müvafiqlik  prinsipini  həyata  keçirərkən  əsas  diqqəti  şa-

girdlərin idrak fəaliyyətinin idarə olunmasına verin: pis müəllim hə-

qiqəti  söyləyir,  onu  başa  düşməyə  qoymur,  yaxşı  müəllim  həqiqəti 

tapmağı öyrədir, onu axtarıb tapmaq prosesini asanlaşdırır. 

18.Müvafiqlik  heç  də  asan  təlim  etmək  deyil  və  müəllimin 

funksiyası heç də müstəqil bilik əldə etmək, onu dərk etmək və mə-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə