500
nimsəmək üçün şagirdlərin əməyini daim yüngülləşdirməkdən iba-
rət deyil: kömək etmək, istiqamətləndirmək, aydın olanın köməyi
ilə aydın olmayanı açıb göstərmək, müstəqil təhlil üçün kiçik bir yol
açmaq, bəyənmək bütün bunlar yaşamüvafiq təlimdə adi iş tərzidir.
19. Müvafiqlik iş qabiliyyəti ilə bağlıdır: iş qabiliyyətini inki-
şaf və məşq etdirməklə şagirdləri daha uzun sürən və intensiv fikri
fəaliyyətə alışdırın. İş qabiliyyətini yüksəltməklə siz təlimin müva-
fiqliyi üçün maneələri azaltmış olarsız.
Qeyd: Təbii ki, istər elmilik, istərsə də müvafiqlik prinsipləri-
nin praktik olaraq həyata keçirilməsi ilə bağlı professor Ə.X.Paşa-
yevin və professor F.A.Rüstəmovun müəllifləri olduqları “Peda-
qogika” kitabından (Bakı: Nurlan, 2007) götürülmüş qaydalardan
hər bir müəllim yaradıcılıqla istifadə edərək faydalana bilər. Yaxşı
olar ki, bu qaydalarla (həmin kitabda özünə yer alan digər prin-
siplərin praktiki həyata keçirilməsi ilə bağlı təqdir olunan digər
qaydalarla) iş müəllim hazırlığı ilə bağlı pedaqoji təcrübədə diqqət
mərkəzinə çəkilsin. Bu bizim subyektiv anlamımıza görə faydalı
olar. Bundan başqa, yaxşı olar ki, didaktika fənninin tədrisi üzrə
seminarlarda həmin qaydalar üzrə müstəqil işə tələbələr cəlb
olunsun. Bu qaydaları özününküləşdirə bilən bu günkü tələbə sabah
məktəbə müəyyən praktik hazırlığa malik müəllim kimi göndərilmiş
olar. Bu da çox vacib məsələdir.
Nəzəriyyə ilə praktikanın əlaqəsi prinsipinin əsasını klassik
fəlsəfənin və müasir qnoseologiyanın əsas müddəası olan “praktika
həqiqətin meyarıdır” qənaəti təşkil edir. Bununla yanaşı nəzəriy-
yənin praktika ilə əlaqəsi prinsipini bir çox fəlsəfi, pedaqoji və
psixoloji müddəalar şərtləndirir. Əslində həmin müddəalar qanuna-
uyğun olaraq bu prinsip üçün başlanğıc rolunu oynayırlar:
1. Təlimin effektliliyi və keyfiyyəti praktika ilə yoxlanılır, təs-
diq olunur və istiqamətləndirilir.
2. Praktika həqiqətin meyarıdır, idrak fəaliyyətinin mənbəyi-
dir və təlimin nəticələrinin tətbiqi sahəsidir.
3. Düzgün qurulmuş təhsil-tərbiyə həyatın, praktikanın özün-
dən doğur, onunla qırılmaz surətdə bağlıdır, böyüməkdə olan nəsli
fəal dəyişdirici fəaliyyətə hazırlayır.
501
4. Şəxsiyyətin formalaşmasının effektliliyi onun əmək fəaliy-
yətinə cəlb edilməsindən asılıdır və həmin fəaliyyətin məzmunu,
növləri, formaları və istiqaməti ilə müəyyən olunur.
5. Təlimin həyatla, nəzəriyyənin praktika ilə əlaqəsinin effekt-
liliyi təhsilin məzmunundan, təlim-tərbiyə prosesinin təşkilindən,
təlimin forma və metodlarından, əmək və politexnik hazırlıq üçün
ayrılan vaxtdan, həmçinin şagirdlərin yaş xüsusiyyətlərindən asılıdır.
6. Şagirdlərin əmək və istehsal fəaliyyəti nə qədər dolğun
olarsa, onların hazırlığının keyfiyyəti də bir o qədər yüksək olar.
7. Şagirdlərin məhsuldar əməyi və peşəyönümü işi nə qədər
yaxşı təşkil olunarsa, müasir istehsalat şəraitinə onların uyğunlaş-
ması prosesi də bir o qədər uğurla gedər.
8. Dərsdə politexnizmin səviyyəsi nə qədər yüksək olarsa, şa-
girdlərin bilikləri də bir o qədər güclü, təsirli olar.
9. Şagirdlərin əldə etdikləri biliklər həyatda nə qədər çox tət-
biq edilərsə, ətrafdakı proseslərin və hadisələrin dəyişdirilməsi üçün
istifadə olunarsa, təlimin şüurluluğu və ona maraq bir o qədər yük-
sək olar.
Fikrimizcə, Ə.Paşayevin və F.Rüstəmovun sıraladığı yuxarı-
dakı müddəalar bu prinsipin təlim prosesində özünə yer alması üçün
başlanğıc rolunu oynamaqla yanaşı müvafiq qaydaların da formalaş-
dırılmasına və praktik olaraq istifadəsinə əsas yaradır.
Şüurluluq və fəallıq prinsipi təlim prosesində şagirdlərin
fəaliyyətinin xarakterini, onların təlimə münasibətini əks etdirir. Bu
prinsipin əsasına aşağıdakı müddəaları qoymaq olar:
1. Gərgin şəxsi əqli fəaliyyət yolu ilə mənimsənilmiş biliklər
insanın aldığı təhsilin mahiyyətini təşkil edir.
2. Şagirdlərin bilikləri şüurlu mənimsəməsi bir sıra şərtlərdən
və amillərdən asılıdır: idrak motivlərindən; şagirdlərin idrak fəallı-
ğının səviyyəsi və xarakterindən; təlim-tərbiyə prosesinin təşkilinin
səviyyəsindən və xarakterindən; şagirdlərin idrak fəaliyyətinin idarə
olunmasından; müəllimin təlimdə tətbiq etdiyi metod və vasitələr-
dən və s.
3. Məktəblinin şəxsi idrak fəallığı onun oxuması üçün mühüm
amildir və tədris materialının mənimsənilməsinin sürətinə, dərinliyi-
502
nə və möhkəmliyinə həlledici təsir göstərir.
Bu aparıcı prinsipdir, şagirdlərin idrak fəaliyyətinə və bu fəa-
liyyətə rəhbərlik işinə başlıca istiqamət verir. Müasir məktəbdə bu
prinsipin təlim prosesində həyata keçirilməsi sözün həqiqi mənasın-
da təlim və öyrənmənin müvəffəqiyyətini təmin edir, çünki bu, təli-
min başlıca vəzifələrinin yerinə yetirilməsinə imkan verir. Son illər-
də şüurluluq, fəallıq, idrak müstəqilliyi problemlərinə bir çox didak-
tik və psixoloji tədqiqat əsərləri həsr edilmişdir. Həm də bu əsərlə-
rin hər biri təlimdə şüurluluq prinsipinin həyata keçirilməsi məsələ-
sini özünəməxsus anlamda həll edir. Bu prinsip hər hansı müasir ya-
naşma çərçivəsində təlim prosesini müəyyən edir. Problemli təlim
(altsistem olmaqla) şagirdlərin fəal surətdə bilik əldə etməsi prosesi-
nə hər vasitə ilə cəlb olunması, elmin qanunauyğunluqlarının, əsas
ideyalarının, proses və hadisələrin şagirdlər tərəfindən şüurlu surət-
də mənimsənilməsini təmin etmək üzərində qurulmuşdur. Müvafiq
surətdə seçilmiş addım tapşırıqları olan proqramlaşdırılmış təlim
(texnologiya olaraq) müqayisə, təsnifat, təhlil, sintez kimi zehni
əməliyyatlardan fəal surətdə istifadə etməyi şagirdlərə öyrətməyə
çalışır. Diferensiallaşdırılmış təlim, şagirdin hazırki real imkanları-
na arxalanaraq, zəif və orta şagirdləri tədricən, irəlilədib daha yük-
sək səviyyəyə, biliyi şüurlu surətdə mənimsəmək, əldə edilmiş ba-
carıqlardan fəal surətdə istifadə etmək səviyyəsinə qaldırmağı nə-
zərdə tutur. Şüurluluq prinsipi müəllimlərdən tələb edir ki, şagirdlə-
rin idrak fəaliyyətinə rəhbərlikdə konkret və mücərrəd prosesləri
düzgün əlaqələndirsin. Q.İ.Şukina göstərir: “Bu prinsipin təlim pro-
sesində həyata keçirilməsi eyni zamanda müəllimin qarşısında şa-
girdlərin təfəkkür fəaliyyətinə çox mürəkkəb və incə rəhbərliyi hə-
yata keçirmək vəzifəsini qoyur ki, bu da şagirdlərdə elmi anlayışları
formalaşdırmaq üçün:
-
anlayışların mühüm əlamətlərini ayırmağı və ümumiləşdir-
məyi öyrətmək, zahiri təsadüfi əlamətlərin ayrılmasına məhdud və
səthi yanaşmanı aradan qaldırmaq;
-
hadisə və prosesləri ümumi və fərq dərəcəsinə görə müqa-
yisə etməyi, şagirdin özünün etdiyi müqayisə əməliyyatının mənası-
nı başa düşməyi ona öyrətmək, onda müstəqil idrak zamanı müqayi-
sədən istifadə etmək bacarığı tərbiyələndirmək;
Dostları ilə paylaş: |