Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə169/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   236

 

494 


ətraflı dayanaq. 

İstehsal,  idarəetmə,  xidmət  və  mədəniyyət  dairələrində  elmi 

biliyin tətbiqi sahəsi xeyli genişləndiyi bir zamanda, təlimdə elmilik 

prinsipi  xüsusi  bir  əhəmiyyət  kəsb  edir.  Orta  məktəbdə  elmilik 

prinsipi  demək  olar  ki,  bütün  tədris  fənlərinin  strukturunu  və  məz-

mununu  nəzərdən  keçirib  dəyişdirmişdir.  Bu  prinsip  hər  bir  fənnin 

məzmununda elmin əsas, inkişaf meyllərini  əks etdirən və  eyni za-

manda müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ide-

yaları müəyyənləşdirməyi tələb etmişdir. Elmilik prinsipinin həyata 

keçirilməsi  şagirdləri  elmi  üsullarla  tanış  etmək,  onlara  tədqiqat 

üsullarını, aparılan təcrübələrin köməyi ilə proseslərin inkişafı üzə-

rində  uzun  müddətli  müşahidələr  aparmaq,  mənbələri  təhlil  etmək 

və s. vasitəsilə müstəqil surətdə bilik əldə etmək yollarını da öyrət-

mək məqsədini güdür. Bu sahədə aparılan pedaqoji tədqiqatlar gös-

tərir  ki,  həmin  istiqamətdə  müəllimin  məqsədyönlü  işi  təlimin  sə-

mərəli olması ilə nəticələnir. 

Təlimdə sistemlilik prinsipi olmadan təlimin elmiliyi də müm-

kün deyildir. Belə ki, hər bir elmin özünə məxsus olan məntiqi var-

dır.  O,  mexaniki  surətdə  məktəbə  gətirilə  bilməz  və  gətirilməmə-

lidir,  lakin  tədris  fənnində  olan  sistem  onu  elmə  yaxınlaşdıran  xü-

susiyyətlərdən biridir. Elmdə olduqca çox mücərrəd material, çoxlu 

fərziyyə, elmi nəzəriyyə, mübahisəli konsepsiyalar vardır. Məktəbə, 

şagirdlərə təmizlənib müəyyənləşmiş, elm tərəfindən qəbul olunmuş 

biliklər  və  əlbəttə,  uşaqlar  və  yeniyetmələr  üçün  müyəssər  olan, 

onların yaş və psixoloji xüsusiyyətlərinə uyğun biliklər verilir. 

Didaktik sistem elmi sistemdən onunla fərqlənir ki, tədris fən-

ni  elmin  sistemini  olduğu  kimi  götürüb  təkrar  etmir,  lakin  ümu-

miyyətlə, ona xas olan məntiqi və biliklər sistemini saxlayır, bu sis-

temdə  isə  əvvəl  öyrənilən bilik  ondan sonra  gələn biliyə  doğru  yol 

açır,  elmi  anlayışlarla  ümumi  qanunauyğunluqlar  arasında  daxili 

əlaqə aşkara çıxır. Bununla belə, fənn üzrə biliklərin sistemi, tədris 

illəri üzrə materialın yerləşdirilməsi qaydası, əlbəttə, şagirdlərin in-

kişaf edən psixoloji xüsusiyyətlərinə və imkanlarına uyğun olmalıdır. 

Professor  Ə.X.Paşayev  və  professor  F.A.Rüstəmov  yazır  ki, 

təlimdə şagirdlərə mənimsəmək üçün təklif edilən biliklər elm tərə-

findən  müəyyənləşdirilmiş  həqiqi  biliklər  olmalıdır.  Elə  təlim  me-



 

495 


todlarından istifadə edilməlidir ki, onlar öz xarakterinə görə öyrəni-

lən elmin metodlarına yaxın olsun. Onlar göstərirlər ki, elmilik prin-

sipinin əsasında bir sıra elmi müddəalar durur. Bu müddəalar aşağı-

dakılardır: 

1. Dünya dərk olunandır, praktikada yoxlanılmış biliklər dün-

yanın inkişafının obyektiv, düzgün mənzərəsini əks etdirir. 

2.  Elm  insanın  həyatında  getdikcə  daha  mühüm  rol  oynayır, 

ona  görə  də  məktəb  işi  elmi  bilikləri  mənimsəməyə,  böyüməkdə 

olan nəsli obyektiv  gerçəklik haqqında biliklər sistemi ilə silahlan-

dırmağa yönəldilmişdir. 

3. Təhsilin elmiliyi, hər şeydən əvvəl, məktəb təhsilinin məz-

munu, onun formalaşması  prinsiplərinə  ciddi riayət  edilməsi  ilə  tə-

min olunur. 

4. Təlimin elmiliyi müəllimlərin qəbul olunmuş məzmunu re-

allaşdırmasından asılıdır. 

5.  Təlimin  elmiliyi  mənimsənilən  biliklərin  faydalılığından, 

tədris  planları  və  proqramlarının  sosial  və  elmi-texniki  tərəqqinin 

səviyyəsinə uyğunluğundan, praktikada əldə olunan biliklərin möh-

kəmləndirilməsindən, fənlərarası əlaqədən asılıdır. 

Mütərəqqi  didaktik  sistemlərin  təcrübəsi  elmilik  prinsipinin 

həyata keçirilməsi üçün bir sıra qaydaları və tövsiyyələri işləyib ha-

zırlamışdır

1

. Bunlar aşağıdakılardır: 



1. Elmilik prinsipini həyata keçirərkən pedaqogikanın, psixo-

logiyanın, metodikanın, qabaqcıl pedaqoji təcrübənin yeni nailiyyət-

lərinə əsaslanın. 

2. Təlim, təhsil-tərbiyə nəzəriyyəsinin və təlim psixologiyası-

nın yeni nailiyyətlərini nəzərə alarkən həm induktiv, həm deduktiv 

təlimin məntiqindən ağıllı istifadə edin, hətta ibtidai siniflərdə  abs-

traksiyanı cəsarətlə tətbiq edin, çünki o, konkreti dərindən başa düş-

məyə  kömək  edir.  Bununla  yanaşı,  məktəb  kursu  çəçivəsində  tam, 

düzgün tərifi (izahı) olmayan abstraksiyalardan çəkinməyə çalışın. 

3. Tədris fənninin məntiqini açıb göstərin, çünki bu , fənni öy-

rənməyə başlayan ilk andan yeni elmi anlayışlarla yaxından tanış ol-

maq üçün etibarlı əsası təmin edir. 

                                                 

1

 Bax: Ə.X.Paşayev, F.A.Rüstəmov. Pedaqogika. Bakı: Nurlan, 2007. səh.163-165. 




 

496 


 

4. Şagirdlərdə öyrədilən predmetlərə, hadisələrə dialektik ya-

naşmanı tərbiyə edin, onlarda elmi-dialektik təfəkkür elementlərini 

formalaşdırın. 

5. Təlim metodlarında elmi idrak metodlarını  əks etdirin. Tə-

lim  prosesində  şagirdləri  axtarışa,  yaradıcılığa  yönəltməklə  onların 

təfəkkürünü inkişaf etdirin. 

6. Elmin, texnikanın, mədəniyyətin  yeni nailiyyətləri haqqın-

da  öz  şagirdlərinizə  sistemli  məlumat  verin.  Yeni  nailiyyətləri  şa-

girdlərdə formalaşmış biliklər sistemi ilə bağlayın, əlaqələndirin. 

7. Tədris fənninə təzə daxil edilən yeni elmi anlayışları fənnin 

tədrisi müddətində müntəzəm olaraq təkrar edin, əks təqdirdə onlar 

yaddan çıxa bilər. 

8. Yeni ideyalarla tanışlığı,  yeninin qavranılmasını ayrıca bir 

işlə  məhdudlaşdırmayın:  hər  hansı  bir  hadisəyə  yeni-yeni  əlaqələr 

və münasibətlərdə baxın. 

9. Şagirdləri görkəmli alimlərin bioqrafiyası ilə, elmin inkişa-

fında onların xidmətləri ilə tanış etmək imkanlarını əldən verməyin. 

10. Elmi idrakın metod və çətinliklərini şagirdlərin qarşısında 

açın, nəticələrin metodlardan asılılığını göstərin. 

11.  Ən  yeni  elmi  texnologiyalardan  istifadə  edin,  köhnəlmiş 

terminləri işlətməyin, öz fənniniz üzrə son elmi  nailiyyətlərdən xə-

bərdar olun. 

12.  Elmi  biliyin  genezisini,  həqiqətin  embriologiyasını  açıb 

göstərin, təlimdə tarixiliyin tələblərini ardıcıl olaraq həyata keçirin. 

13.  Elmi  informasiyanın  artması  ilə  əlaqədar  olaraq  başlıca 

diqqəti  elmin  əsas  problemlərinə  yetirin,  elmi  nailiyyətlərin  əsas 

ideyalarını şagirdlərin qarşısında açıb göstərin, onları elmi informa-

siyanı izləməyə alışdırın, elmi-texniki və sosial problemlərin kollek-

tiv müzakirəsini alqışlayın, rəğbətləndirin. 

14. Yuxarı siniflərdə mübahisəli elmi problemlərdən yan keç-

məyin,  müvafiq  formada  o  problemlərin  məzmununun  və  həllinin 

perspektiv  yollarını  açıb  göstərin,  şərait  imkan  verərsə,  diskussiya 

təşkil edin. 

15.  Şagirdlərin  yeni  anlayışları  və  terminləri  elmi  nəzəriyyə-

lərlə, qanunlarla vəhdətdə mənimsənilməsinə nail olun. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə