Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə166/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   236

 

484 


 

pedaqoji  yenilikləri  qəbul  etməkdə,  onlara  uyğunlaşmaqda  və 



tətbiqində  məktəbin  kollektivinin  yaradıcı  qabiliyyətlərinin,  bacarığının 

olması; 

 



məktəbdə innovasion dəyişikliyə meyl və istiqamətlənmə yaratmaq 

üçün siyasi, sosial-iqtisadi, texniki və digər xarici amillərlə təsir edilməsi

 



məktəbi  əhatə edən  mühitin  təsiri  ilə  onun  daxili  motivasiyasının 

qarşılıqlı uyğunlaşdırılması prosesinin aparılması. 

Onu  da  qeyd  edək  ki,  bəzi  tədqiqatçılar  məktəbin  inkişafını  mək-

təbdə  idarəetmənin  təşkili  və  təhsilvermə  üsullarının  dəyişdirilməsində 

görürlərsə, digərləri innovasiya fəaliyyətinin məktəbdə effektiv şəkildə hə-

yata keçirilməsi ilə əlaqələndirirlər

1

.  

 

Suallar və tapşırıqlar 

 

1.

 



Mükəmməl  təlim  sisteminin  altsistemlərinə  ayrılması üçün  əsas 

kimi qəbul edilən xassə hansıdır? 

2.

 

Bilik  və  fəaliyyət  üsullarının  əsasən  hazır  ötürülməsini  özündə 



ehtiva edən altsistemin hansı çatışmazlıqları mövcuddur? 

3.

 



“Alqoritmik mədəniyyət” dedikdə nə başa düşülür? 

4.

 



Problemliliyin səviyyələri hansılardır? 

5.

 



“Problem situasiyası” anlayışını şərh edin. 

6.

 



Problemin həlli mərhələlərini fərqləndirin və onların şərhini verin. 

7.

 



Hipoteza barədə danışın. 

8.

 



Sistemaltı, köməkçi funksiyaları yerinə yetirən prinsipləri şərh edin. 

 

Ədəbiyyat 

 

1.

 



Mərdanov  M.C.  Azərbaycan  təhsili  yeni  inkişaf  mərhələsində. 

Bakı: Çaşıoğlu, 2009. 

2.

 

Əhmədov  B.A.,  Rzayev  A.Q.  Pedaqogikadan  mühazirə  kons-



pektləri. Bakı: Maarif, 1993. səh.160-174. 

3.

 



Mehrabov  A.O.,  Abbasov  Ə.Ə.  və  b.  Pedaqoji  texnologiyalar. 

Bakı: Mütərcim, 2006 

4.

 

Mehrabov  A.O.  Müasir  təhsilin  metodoloji  problemləri.  Bakı: 



Mütərcim, 2012. 

                                                 

1

 Ətraflı məlumat üçün bax: Mərdanov M., Ağamalıyev R., Mehrabov A., Qarda-



şov T. Təhsil sistemində monitorinq və qiymətləndirmə. Bakı: Çaşıoğlu 2002. 


 

485 


5.

 

Həmzəyev  M.Ə.  Pedaqoji  psixologiya.  Bakı:  Maarif,  1991, 



səh.291. 

6.

 



İbrahimov  F.N.Ümumi  pedaqogikadan  mühazirələr.  Bakı:  Mü-

tərcim, 2010. səh.163-191. 

7.

 

Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: Nurlan, 2007. 



səh.139-146; 229-231. 

8.

 



Дидактика средней школы. Под редакцией М.А.Данилова и 

М.Н.Скаткина М.: Педагогика, 1982. стр.102. 

9.

 

Загвязинский В.И. О современной трактовке дидактических 



принципов //Советская педагогика, 1978, №10 

10.


 

Махмутов  М.И.  Теория  и  практика  проблемного  обуче-

ния. Казань, 1972. cтр.119, 125-138. 

11.


 

Оконь  В.  Основы  проблемного  обучения.  М.:  Просвеще-

ние, 1968. стр.38. 

12.


 

Пушкин  В.Н.  Эвристика-наука  о  творческом  мышлении 

М.: Учпедгиз, 1967. стр.189-190 

 

 

 



 

486 


 

 

XIII fəsil 

TƏLİM SİSTEMİNİN İNVARİANTLARI.  

TƏLİMİN PRİNSİPLƏRİ, AMİLLƏRİ VƏ ŞAGİRDLƏRİN, 

MÜƏLLİMLƏRİN FƏALİYYƏT MODELLƏRİ 

 

 

Əhatə olunan məsələlər: 

 

13.1. Təlim sisteminin ümumpedaqoji invariantları və onlardan irəli 

gələn prinsiplər. 

13.2. Təlim sisteminin spesifik invariantları və onlardan irəli gələn 

prinsiplər. 

13.3. Nəzəriyyədə və praktikada özünə yer almış bəzi ümumpeda-

qoji və spesifik prinsiplərin interpretasiyası. 

13.4. Təlim prosesində əsas amillər. 

13.5. Təlim prosesində şagirdin idrak fəaliyyəti modeli. 

13.6. Təlim prosesində müəllimin pedaqoji fəaliyyət modeli. 




 

487 


 

13.1. Təlim sisteminin ümumpedaqoji invariantları 

və onlardan irəli gələn prinsiplər 

 

Yaşlı  nəsil  özündən  sonra  gələn  nəslə  bəşər  təcrübəsini  ver-

məsəydi,  onun  əldə  olunması  və  inkişaf  etdirilməsi  yollarını  yetiş-

mədə  olanlar  mənimsəməsəydi,  onda  sivilizasiya  prosesi  də  ol-

mazdı. Bəşər özünəməxsus təcrübəsini tarixən mübarizə yolu ilə əl-

də  etmişdir.  İctimai  həyat  insanın  mübarizəsinin məhsuludur.  İnsa-

nın azadlıq mübarizəsi əbədidir, bugünkü insanın özü də, onun ya-

ratdığı  və  onu  yaşadan  cəmiyyət  də  azadlıq  mübarizəsi  ilə  forma-

laşır. Bəşər bu mübarizənin yollarını daim təkmilləşdirir. 

İnsan şəxsiyyəti ictimai münasibətlərin məcmusudur. O, təbiət 

və  cəmiyyəti  dəyişdirməklə  özü  də  dəyişmişdir  və  bioloji  var-

lığından  sosial  varlığına  yüksəlməkdədir.  Həyatı  dəyişdirmək  qüd-

rətinə  insan  azad  olduqda  yüksəlir.  Azad  insan  bəşərin  azadlıq  yo-

lunda əldə etdiyi təcrübəni və onun nəticələrini mənimsəməklə for-

malaşır. Azad insan və azad cəmiyyət bir-biri ilə bağlıdır. Pedaqoji 

proses bəşərin azadlığa olan əbədi tələbatından yaranmışdır və onun 

ən böyük kəşflərindəndir. Pedaqoji proses də ictimai münasibətlərin 

məcmusudur. 

Şübhə  yoxdur  ki,  sivilizasiyanın  hazırki  səviyyəsində  azad-

lığını dəyərləndirməyən, onun uğrunda mübarizə yollarını aramayan 

cəmiyyətdən  danışmağa  dəyməz  və  təbii  ki,  təlim-tərbiyə  o  zaman 

azad cəmiyyətə xidmət edə bilər ki, onun məqsədi azad insanın for-

malaşmasına yönəlmiş olsun. 

 



Pedaqoji  prosesin  məqsədinin  bəşərin  azadlıq  mübarizəsi 

prosesinin təcrübəsinə  və  nəticələrinə  hökmən uyğun olaraq müəy-

yənləşdirilməsi  məntiqidir,  yəni  cəmiyyət  azadlıq  uğrunda  müba-

rizənin  istiqamətlərini  necə  müəyyənləşdirirsə  və  əldə  olunmuş  bə-

şəri  təcrübənin  hansı  nəticələrinə  istinad  edirsə,  pedaqoji  prosesin 

məqsədi də hökmən ondan asılı olaraq müəyyənləşir. 

Göstərilən bu invariant asılılıqdan aşağıdakı prinsip irəli gəlir: 

pedaqoji  prosesin  (eyni  zamanda  təlim  prosesinin)  məqsədinin  bə-

şərin azadlıq mübarizəsinin təcrübəsi və nəticəsi əsasında müəyyən-

ləşdirilməsi prinsipi. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə