Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə162/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   236

 

474 


Təlimdə  proqramlaşdırma  haqqında  ən  görkəmli  pedaqoqlar 

dəyərli fikirlər söyləyirlər. A.M.Matyuşkin göstərir ki, təlimin rasi-

onal  təşkili  a)  təlim  materialının  hissələrə  bölünməsi,  b)  materialın 

hər bir hissəsinin alqoritminin müəyyənləşdirilməsi, c) mənimsəmə 

addımlarının  keçirilməsi  haqqında  əks  informasiyanın  alınması 

üçün  priyomlar  sisteminin  mövcudluğunu  tələb  edir.  Bu  tələblərin 

ödənilməsində, təlimin rasional təşkilində proqramlaşdırmanın əhə-

miyyəti  kifayət  qədər  böyükdür.  M.M.Mehdizadə  göstərmişdir  ki, 

proqramlaşdırma biliklərin şagirdlərə çatdırılması mənbələrinə, fər-

diləşdirməyə,  onların  bilik,  bacarıq  və  vərdişləri  ilə  silahlanmaları 

prosesi  üzərində  nəzarətə,  zehni  fəaliyyət  nəticələri  haqqında  ver-

dikləri  cavabların  formasına  və  verilən  qiymətlərin  ümumiləşdir-

məsinə  görə  təlim  prosesini  daha  da  zənginləşdirir.  Professor 

B.A.Əhmədov  yazır  ki,  A.M.Matyuşkin,  M.İ.Maxmutov  və  baş-

qaları  proqramlaşdırılmış  təlimlə  problemli  təlimi  əlaqələndirmək, 

proqramlaşdırma  vasitəsi  ilə  problem  situasiyaları  yaratmaq 

ideyasını  irəli  sürmüşlər.  Beləliklə,  iki  pedaqoji  yenilik  arasında 

əlaqənin yaranması işi xeyli asanlaşmış və bütün təlim metodlarının 

qarşılıqlı  əlaqədə  götürülməsinin  zəruriliyi  praktik  şəkildə  həyata 

keçirilməyə başlamışdır. 

Nəzəri cəhətdən əsaslandırılır ki, proqramlaşdırmadan şagird-

lərin  problemli  öyrənmə  məqsədi  daşıyan  həm  analitik,  həm  də 

evristik  fəaliyyətinin  təşkili  zamanı  istifadə  etmək  mümkündür. 

Sualların  formalaşdırılmasında  və  materialın  şərhində  problemlilik 

prinsipi əsas götürülməklə kadrlar tətbiq edilə bilər. A.M.Matyuşkin 

belə hesab edir ki, aşağıdakı üç tip kadr bu prinsipə cavab verir: a) 

kadr - problem situasiyasının yaradılması üçün; b) kadr - qoyulmuş 

problemin  həllinə  əsas  yaradan  faktlar  barədə  informasiya  və  izah 

vermək üçün; c) kadr - problemli tapşırıqların yerinə yetirilməsinin 

düzgünlüyünə nəzarət (özünənəzarət) üçün. 

Proqramlaşdırılmış  təlim  elementlərindən  istifadə  edən  Lən-

kəran rayonu, Boladı kənd müəllimi Əliməmməd Ağayev öz təcrü-

bəsindən çıxış edərək yazır ki, bunun müsbət nəticələri aşağıdakılardır: 

1.

 



Şagirdlərin təşəbbüsü və idrak fəaliyyəti genişlənir; 

2.

 



Şagirdlər müstəqil işləməyə alışırlar; 

3.

 



Şagirdlərin bütün diqqəti tədris prosesinə cəlb olunur; 


 

475 


4.

 

Dərslər maraqlı, intensiv və sakit keçir; 



5.

 

Müəllimlər  vaxt  itirmədən  sinifdə  zəif  oxuyan  şagirdlərə 



daha çox kömək etmək imkanı qazanırlar; 

6.

 



Bütün sinfin işinə eyni zamanda nəzarət etməklə şagirdlərin 

hər birinin buraxdığı səhvləri müəyyənləşdirib onları aradan qaldır-

maq üçün lazımi siqnallar verə bilir; 

7.

 



Qısa müddətdə bütün şagirdlərin biliyinə qiymət verə bilir 

və s. 


Qeyd etmək olar ki, nəinki proqramlaşdırılmış təlimdən, hətta 

onun  elementlərindən  belə  istifadə  edən  müəllimlərimiz  çox  azdır. 

Şimal-Qərb  bölgəsində  ümumtəhsil  məktəblərindən  ixtisasartırma 

kurslarına cəlb olunan on beş mindən artıq müəllimdən əldə olunan 

informasiya bu fikri təsdiq edir. Baxmayaraq ki, sözügedən texnolo-

giyanın  yaratdığı  imkanlar  nəzəri  cəhətdən  L.N.Leontyev, P.Y.Qal-

perin,  N.F.Talızina,  A.M.Matyuşkin,  İ.T.Oqorodnikov,  T.A.İlina, 

Q.Q.Maslova, 

V.Q.Boltyanski, 

V.İ.Krupiç, 

M.M.Mehdizadə, 

E.A.Klimov,  M.İ.Maxmutov,  A.İ.Rayev  və  başqaları  tərəfindən  pe-

daqoji  və  psixoloji  aspektli  tədqiqat  obyektinə  çevrilmiş,  ümumi-

ləşmələr edilmişdir. 

Təlim sistemi ilə proqramlaşdırılmış təlim texologiyası arasın-

da münasibətlərlə bağlı nöqteyi-nəzərimizi başqa bir formada Qərbi 

Avropanın  (eləcə  də  ABŞ-ın)  bir  qrup  tədqiqatçı  pedaqoqlarının 

ümumtəhsil sistemi üçün üstünlüklərini vurğuladıqları təlim layihə-

ləri  (texnologiya  və  modelləri)-  selektiv,  birləşmiş  qruplar,  qarışıq 

qabiliyyətlər,  inteqrativ,  innovasion  təlimlər,  fərdiləşdirilmiş,  alqo-

ritmik, mərhələli və s. barədə də söyləyə bilərik. Həmin təlim layi-

hələrinin xarakterik cəhətlərinə diqqət  yetirdikdə  aydın olur ki, on-

ların  üstün  keyfiyyətləri  təlimin  mükəmməl  sistemində  ehtiva 

olunan ya altsistemlərin, ya da imkan daşıyıcılarının funksiyalarının 

daha da təkmil həyata keçirilməsinə yönəldilmişdir.  

Araşdırma  bizi  belə  qənaətə  gətirir  ki,  təlim  texnologiyaları-

nın işlənilməsi, seçilməsi və tətbiqi ilə bağlı aşağıdakı hallar möv-

cuddur. 


- elə texnologiyalar vardır ki, onlar nəzəri cəhətdən işlənmiş-

dir, üstün cəhətləri dəyərləndirilmişdir və praktikada özünə yer tap-

mışdır (məsələn, təlimdə alqoritmləşdirmə). 



 

476 


- elə texnologiyalar vardır ki, o nəzəri cəhətdən işlənilmişdir, 

praktikada elementləri tətbiq olunur; 

- elə texnologiyalar vardır ki, onlar nəzəri ümumiləşmə olaraq 

qalmış və təlim praktikasında yeri yoxdur. 

Bu  barədə  nəzəri  ümumiləşməmiz  belədir  ki,  alqoritmik  və 

evristik  fəaliyyətin  optimal  münasibətlərini  özündə  ehtiva  edən  tə-

lim  sistemi  təlim  texnologiyalarının  tətbiqinə  (daxil  edilməsinə) 

açıqdır. Lakin məsələnin praktik həlli - texnologiyaların təlim siste-

minə daxil edilməsi üçün bir sıra şərtlər ödənilməlidir. Bunların ara-

sından aşağıdakıları fərqləndiririk: 

-  pedaqoji  yenilik  kimi  dəyərləndirilən  və  faydalılığı  arqu-

mentləşdirilən texnologiya üçün xarakterik olan əlamətlər təlim sis-

teminin təbiətinə zidd olmamalı, onun emercentliyinə tabe olmalıdır; 

- təlim sisteminə daxil edilməsi nəzərdə tutulan texologiya alt-

sistemlərin təkmilləşdirilməsinə və onların uzlaşmasına yönəlməlidir; 

- tətbiq olunacaq texnologiya təlim sisteminin imkan daşıyıcı-

larının  funksiyalarının  daha  üstün  həyata  keçməsinə  yönəlməli  və 

onların daxili əlaqəsini pozmamalıdır. 

Pedaqoji texnologiyaların yaradılması və tətbiqi üzrə spesifik 

prinsipləri  müəyyənləşdirmək,  onların  pedaqoji-psixoloji  təhlilini 

vermək  olduqca  vacibdir.  Bu  prinsiplər  əsas  təlim  prinsipləri  üçün 

sistemaltı, köməkçi funksiyaları yerinə yetirir. 

Spesifik  prinsiplər  pedaqoji  texnologiyaları  təşkil  və  tətbiq 

edərkən  rəhbər  tutulan  əsas  müddəalardır.  Pedaqoji  ədəbiyyatda 

müxtəlif spesifik prinsiplər verilmişdir. Professor Ə.X.Paşayevin və 

professor  F.A.Rüstəmovun  təhlili  maraqlıdır.  Sözügedən  prinsiplər 

üzrə onların şərhi belədir: 

1. Tərbiyəedici təlim prinsipi. Hər hansı pedaqoji texnologi-

yanın  məqsədləri  şəxsiyyət  xarakteristikalarını  formalaşdırmaqdır. 

Deməli,  burada  münasibətlər  təlimin  psixi  materialı  hesab  olunur. 

Burada  üç  qrup  münasibətləri  fərqləndirmək  olar:  1)  qanuna  tabe-

lilik münasibətləri; 2) əməkdaşlıq münasibətləri; 3) “Mən” konsep-

siyası. 


Təlim  prosesi  şagirdlərin  psixkasına  təsir  edən  xarici  kons-

truksiyadır. Bu proses müəllimin, şagirdlərin, didaktik materialın tə-

sirindən ibarətdir. 



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə