477
2. İnkişafetdirici təlim prinsipi. Pedaqoji texnologiyaları
təşkil edən zaman tərbiyəedici səmərəni nəzərə almaqla yanaşı,
onun inkişafetdirici tərəfini də layihələndirmək və həyata keçirmək
yaxşı olar. Şagirdin psixi əməliyyatlarında (intekllektual, emosio-
nal, iradi, motivasion sferalarında) artım hiss olunmalıdır. Emosio-
nal və intellektual sferanın ahəngdar inkişafını təmin etmək lazım-
dır. İntellektual sferanın emosional sferanı sıxışdırması insanda so-
yuq münasibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək və se-
vincə şərik olmaq bacarıqlarının olmamasına gətirib çıxara bilər.
3. Müvəffəqiyyət qazanmaq prinsipi. Müvəffəqiyyət qazan-
maqdan ötrü situasiya yaratmaq uşağı daha böyük nəticələrə nail ol-
mağa stimullaşdırır.
4. Şagirdlərlə əks əlaqə prinsipi. Mühüm vəzifələrdən biri
hər bir dərsdə bütün şagirdlərə öz müvəffəqiyyətləri barədə məlu-
mat vermək imkanı yaratmaqdır. Başqa sözlə desək, hər bir şagird
tədris materialının mühüm elementləri üzrə yoxlanılmalıdır.
Bütün şagirdlərlə əks əlaqə prinsipi şagirdi hər dərsə hazır
gəlməyə stimullaşdırır. Bu prinsipi lazımi şərait yaradıldığı halda
həyata keçirmək olar. Hər şeydən əvvəl ev tapşırıqları uşaqların gü-
cünə müvafiq olmalıdır.
5. Təkrar etmək prinsipi. Tədris materialı ilə ilk dəfə tanış
olandan sonra onu bir neçə dəfə təkrar etmək lazımdır. Bu zaman
başlıca diqqət əsas fikirlərə, “siqnallara” verilməlidir. İl ərzində ke-
çilmiş materiala dövri olaraq qaytarmaq və əsas fikirləri təkrar et-
mək lazımdır.
Dərs ilinə keçən tədris ilində mənimsənilmiş materialın təkrarı
ilə başlamaq faydalıdır. Yay ərzində çox şey şagirdlərin yadından
çıxır. Normal və sağlam psixika belə qurulmuşdur. Təkrar et-
mədiyimiz şey şüurdan çıxıb şüuraltına keçir və yaddan çıxır. Ona
görə də bilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları
təkrar etmək lazımdır.
6. Optimal psixi gərginlik prinsipi həm şagirdlər, həm də
müəllimlər üçün zəruridir. Şagirdi həm həddindən artıq yükləmək,
həm də az yükləmək olmaz. Şagird az psixi gərginlik şəraitində in-
kişaf etmir.
478
7. Təlim prosesində şagirdlərin maksimum iştirakı prin-
sipi dərsdə şagirdləri müxtəlif növ fəaliyyətə cəlb etməyi nəzərdə
tutur. Bu məqsədlə qarşılıqlı sorğu keçirilir, yaranan problemlər, ca-
vablardakı kəm-kəsrlər aradan qaldırılır.
8. Vahid məqsədlər üçün birləşmək prinsipi iş prinsipləri-
nin, məqsədləri, texnologiyaların şagirdlərə zorla qəbul etdirilməsi-
ni nəzərdə tutur.
9. Yaxın inkişaf zonasına oriyentasiya prinsipi.
Yeni təlim texnologiyalarının tətbiqi prinsipləri və digər tələb-
lərlə bağlı geniş interpretasiya VIII fəsildə özünə yer almışdır.
***
Təhsilvermə (təhsilləndirmə) modelləri – təhsilvermənin (təhsillən-
dirmənin) strukturu, tədris kursunun məzmunu və quruluşu, şagirdlərlə işin
təşkilinin konkret məqsədləri, şagirdləri qruplara bölmənin formaları,
testləşdirmə və qiymətləndirmənin metodları, həmçinin təlim prosesinin
qiymətləndirilməsi kimi məsələlərin qarşılıqlı əlaqələrini müəyyənləş-
dirməyə imkan verir. Qərbi Avropanın tədqiqatçı pedaqoqları ümumtəhsil
sistemində təhsilvermənin bir çox modellərindən, o cümlədən aşağıdakı ye-
ni modellərindən (formalarından) də istifadə etməyi məsləhət bilirlər:
1) seçmə qruplar (selektiv) modeli; 2) birləşmiş qruplar modeli; 3) “qarışıq
qabiliyyətlər” modeli; 4) inteqrativ təlim modeli; 5) innovasion təlim
modeli.
Təhsilvermə (təhsilləndirmə) modelləri aşağıdakı əsas komponent-
ləri ilə bir-birindən fərqlənirlər:
modelin təhsilvermə strukturu;
təlim kurslarının məzmunu;
təlim kurslarının təşkili;
şagirdlərin qrup şəklində təşkili formaları;
şagirdlərin idarə edilməsi;
tətbiq edilən testlər və yoxlamalar;
təlim prosesinin qiymətləndirilməsi.
2. Seçmə qruplar (selektiv) modeli. Bu modeldə təlimin ilk dövrü
(bir həftədən bir ilə qədər) şagirdlərin qabiliyyətlərinə görə seçilməsi işi
aparılır. Son illərdə məktəbə qəbul edilənlər (V-X siniflərdə) testlər vasi-
təsi ilə seçilərək müxtəlif səviyyəli şagirdlərdən sinif (potok) qruplaş-
dırılır. Şagirdlərin yüksək səviyyəli siniflərdən aşağı səviyyəli sinifə keçidi