Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə174/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   236

 

509 


Təlimin mahiyyəti ilə bağlı invariant asılılıqlardan irəli gələn, 

onun  məzmununa,  üsullarına,  təşkili  formalarına  təsir  göstərən, 

müəllim  və  şagirdlərin  birgə  fəaliyyətini  səmərəli  qurmağa  imkan 

verən didaktik ideyaların (yəni təlimin prinsiplərini) tətbiqində han-

sınasa üstünlük verib, bir qisminə laqeydlik göstərmək yolverilməz-

dir.  Təlimin  prinsiplərindən  (təlimin  müvəffəqiyyətlə  nəticələnmə-

sini təmin etmək üçün irəli sürülən əsas tələblərdən) kompleks hal-

da istifadə olunmalıdır. Ona görə də birincisi, nəzərə alınmalıdır ki, 

təlim vahid prosesdir. Vahid prosesə aid olan prinsiplərdən bir qis-

mini  tətbiq  etmək,  digər  qisminə  laqeyd  qalmaq  düzgün  deyildir; 

ikincisi  təlimin  prinsipləri  onun  mahiyyəti  ilə  bağlı  invariant  asılı-

lıqlarla şərtlənir, onlardan irəli  gəlir. Təlim  prosesində onun bütün 

invariant asılılıqları ilə hesablaşmaq lazımdır. 

Təlimdə tam müvəffəqiyyət qazanmaq üçün onun bütün prin-

siplərindən istifadə edilməlidir. 

Təlimin  prinsipləri  bütün  fənlərin  tədrisində  hər  bir  müəllim 

tərəfindən  nəzərə  alınmalıdır.  Bu  müəllimdən  yüksək  elmi-nəzəri 

hazırlıq və sınaqlardan çıxmış təcrübəyə yiyələnməyi tələb edir. Re-

al pedaqoji prosesdə təlim prinsiplərini sistemli tətbiq etmək yaradı-

cılıq işidir. 



 

 

13.4. Təlim prosesində əsas amillər 

 

Məlum  olduğu  kimi,  təlim  prosesinin  gedişinə  və  nəticələrinə 



çoxlu sayda müxtəlif səbəblər təsir göstərir. Yaxşı inkişaf etmiş peda-

qoji intuisiya başlıca səbəblərin təsirini nəzərə alaraq gözlənilən nəti-

cələrə nail olmağa kömək edir. Təəssüf ki, təlimin bütün səbəblərinin 

təsirini  obyektiv  təhlil  etməyə  kömək  edən  elmi  nəzəriyyə  hələlik 

yoxdur. Təlimin son nəticələrinin asılı olduğu bütün səbəbləri öyrən-

məklə  təlim  prosesini  idarə  etmək  və  şagirdləri  müəyyən  olunmuş 

vaxtda  nəzərdə  tutulan  hazırlıq  səviyyəsinə  çatdırmaq  mümkündür. 

Səmərəverən səbəbləri və amilləri  ayırmaqla bir  çox təlim problem-

lərinin eyni zamanda və arzuolunan həllinə nail olmaq olar. 

Səmərəverən  səbəbləri  və  amilləri  bilmək  pedaqoji  hazırlığın 

özəyini  təşkil edir. Yeri  gəlmişkən qeyd edək ki,  amil  əhəmiyyətli 

səbəbdir, o bir qrupdan olan ən azı iki səmərəverən səbəbdən əmələ 




 

510 


gəlir. Ayrı-ayrı amillər öz aralarında birləşərək amillər birliyini ya-

radırlar.  Ümumi  təlim  amillərinin  birləşməsi  nəticəsində  isə  baş 

amillər yaranır. 

Pedaqoji  mənbələrdə  göstərilir  ki,  səmərəverən  səbəblərdən 

təlim amillərinin yaradılması amil təhlili adlanır. Müasir amil təhlili 

inkişaf etmiş riyazi fəndir. Təlim nəzəriyyəsində onun vəzifəsi aşa-

ğıdakılardır: 

1) səmərəverən səbəblərin ziddiyyətsiz olaraq ayrılması yolla-

rını işləyib hazırlamaq; 

2) bu səbəblərdən amillər yaratmaq mexanizmini açmaq

3) həmin amillərin son məhsula töhfəsini müəyyənləşdirmək. 

Amil təhlilinə görə, təlimin səbəbləri müxtəlifliyinə, dəyişkən-

liyinə, mürəkkəbliyinə baxmayaraq, bir-birindən ayrıla, əhəmiyyətinə 

görə düzələ, ümumi, kompleks və baş amillər şəklinə salına bilər. 

Vurğulamaq  yerinə  düşər  ki,  pedaqogikada  amil  təhlili  riya-

ziyyatın müvafiq bölməsinə əsaslanır. Bu bölmədə amilləri müxtəlif 

səbəblərdən  ayırmaq  proseduru  işlənib  hazırlanmışdır.  Bütün  inki-

şaf etmiş elmlər də öz işinə amil təhlilindən başlamışdır. Amil təhli-

li təkcə kəmiyyət  yox, həm də keyfiyyət xarakterində ola bilər. Di-

daktika  keyfiyyət  təhlilinə  üstünlük  vermişdir.  Bu  tendensiya  indi 

də saxlanılır. 

Təlim  prosesinin  məhsuldarlığına  (məhsuldarlıq  şagirdlərin 

öyrənmə səviyyəsində baş verən dəyişikliklə xarakterizə edilir) eyni 

zamanda  və  məcmu  halında  bütün  səbəblər  təsir  göstərir.  Bu  təsir 

kompleks xarakter daşıyır. Təlimə təsir edən başlıca səbəblər siste-

mini  müəyyənləşdirmək  məsələsinə  ta  qədimdən  filosoflar  xüsusi 

diqqət  vermişlər.  O,  vaxtdan  bəri  tədqiqatçılar  həmin  sistemi  yeni 

amillərlə  tamamlamış,  müasir  elmi  terminologiya  ilə  zənginləşdir-

mişlər. Görkəmli didaktların əsərləri səmərəverən amillər haqqında 

bitkin  informasiya  verir.  Bu  sahədə  İ.Herbartın,  A.Disterveqin, 

K.D.Uşinskinin, C.Dyuinin fikirləri xüsusilə maraq doğurur. 

Professor  Ə.Paşayev  və  professor  F.Rüstəmov  göstərirlər  ki, 

tədqiqatlar nəticəsində  təlim  prosesinin  məhsulunu kompleks  halda 

formalaşdıran  dörd  baş  amil  ayrılmışdır:  tədris  materialı,  təşkilati-

pedaqoji təsir, şagirdlərin oxumağa qabilliyi , vaxt. 



 

511 


Birinci baş amil “tədris materialı”dır. Tədris informasiyası 

iki  yerə  ayrılır:  1)  koqnitiv  informasiya  (bilik  verən  informasiya);   

2)  idarəedən  informasiya  (konqnitiv  informasiyanı  necə  mənimsə-

mək haqqında siqnallar). 

 “Tədris materialı” olduqca özünəməxsus informasiyadır. Baş-

qa  informasiya  ilə  müqayisədə  o,  pedaqoji  cəhətdən  işləmiş  infor-

masiyadır. Tədris prosesi üçün informasiyanın  yararlılığı, onun gü-

cə  müvafiqliyi,  təlimdə  qazanılan  nəticələr  məhz  həmin  informasi-

yanın  pedaqoji  cəhətdən  işlənilmə  səviyyəsindən,  keyfiyyətindən 

asılıdır. Baş amil kimi “tədris materialı”nın tərkibində iki kompleks 

amil  bir-birindən məntiqi  surətdə fərqənir: 1) obyektiv informasiya 

kompleksi; 2) pedaqoji cəhətdən işləmiş informasiya kompleksi. 

Birinci  kompleksə  tədris  materialının  məzmunu,  kəmiyyəti, 

keyfiyyəti,  forması,  strukturu  kimi  ümumi  amillər  aiddir.  İkinci 

kompleksə tədris materialının öyrənilmə ardıcıllığı, ona ayrılan vaxt 

və s. daxildir. Materialın pedaqoji cəhətdən işlənilmə prosesində əl-

də olunan və şagirdlərə təqdim edilən informasiyanın xarakteristika-

larına aşağıdakılar aiddir: informsiyanın şərh olunma qaydası, struk-

turu, müvafiqliyi (müəllimin nitqi, informasiyanın şagirdlərin hazır-

lıq səviyyəsinə uyğunluğu, informasiyanın artıqlıq səviyyəsi və s.) 



İkinci  baş  amil  “təşkilat-  pedaqoji  təsir”  amilidir. O, çox 

sayda səmərəverən səbəbləri özündə birləşdirir. Bu səbəblər müəlli-

min  fəaliyyətini,  tədris  prosesinin  təşkilinin  keyfiyyət  səviyyəsini, 

tədris və pedaqoji əməyin şəraitini xarakterizə edir. Bu amilin tərki-

bində iki kompleks amil vardır: 1) dərsdə təşkilati-pedaqoji təsir; 

2)  sinifdənxaric  və  məktəbdənkənar  məşğələlərdə  təşkilati  –

pedaqoji təsir. 

Üçüncü baş amil “şagirdlərin oxumağa qabilliyi”dir. Bu, şa-

girdlərin  oxumağa  qabilliyi  (yararlılığı)  və  müəyyən  olunmuş  müd-

dətdə layihələşdirilmiş nəticələrə nail olmaq imkanlarıdır. Oxuma qa-

billiyinə fərdi və qrup (kollektiv) halında baxmaq məqsədəuyğundur. 

Burada iki kompleks amil vardır: 1) dərsdə oxumağa qabillik; 2) si-

nifdənxaric və məktəbdənkənar fəaliyyətdə oxumağa qabillik. Dərsdə 

oxumağa  qabilliyi  aşağıdakı  səbəblər  xarakterizə  edir:  oxuyanların 

ümumi  hazırlıq  səviyyəsi  (erudisiyası);  müəyyən  tədris  materialına 

yiyələnmə;  bilik,  bacarıq  və  vərdişləri  mənimsəmə  qabiliyyəti;  öy-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə