Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə154/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   236

 

450 


 

12.1.3. Bilik, bacarıq və vərdişlərin tətbiqi. 

 

Əsaslı şəkildə dərk edilən bilik və bacarıqlar sonra möhkəm-

ləndirilir. Öyrənilən bilik və bacarıqların möhkəmləndirilməsinə eh-

tiyac vardır. Məlumdur ki, şagirdlər tədris materialını anlayır və hət-

ta dərk edir, lakin bir müddətdən sonra onu unuda bilir. Biliyin yad-

dan çıxması isə təfəkkür prosesini, mühakiməni çətinləşdirir. Hafi-

zəsində  lazımınca  bilik  ehtiyatı  olmayan  şagirdin  fikri  səthiliyi  ilə 

fərqlənir.  Möhkəmlətmə  tədbirləri  biliklərin  hafizədə  uzun  müddət 

qalmasına  və  təfəkkürün  zənginləşməsinə  imkan  verir.  Öyrənilən 

biliklərin  yaddaqalma  müddəti  möhkəmlətmə  sayəsində  xeyli  artır 

və  idrakın  sonrakı  mərhələsi  üçün  etibarlı  zəminə  çevrilir.  Bütün 

bunlara  görə  də  təlim  zamanı  bilik  və  bacarıqların  möhkəmləndi-

rilməsi zəruri olur. 

Tədris materiallarının yenidən götür-qoy edilməsi, onun şüur-

lu təkrarı, bəzi anlayışların, ümumiləşmələrin, əlaqələrin, isbatların, 

qaydaların,  qanunların  və  s.  vaxtaşırı  yada  salınması  müəllimdən 

xüsusi vaxt və qayğı tələb edir. 

Təlim  zamanı  biliyin  möhkəmliyini,  dərinliyini  və  şüurlulu-

ğunu  təmin  etməklə  kifayətlənmək  olmur.  Bununla  yanaşı,  bilik 

həm də əməli səciyyə daşımalıdır; lazım gəldikdə mövcud bilikdən 

təlimdə və ictimai-iqtisadi həyatda istifadə edilməlidir. Biliklər hafi-

zədə toplanıb qaldıqda, ondan istifadə edilmədikdə əhəmiyyətini itirir. 

Mənimsəmənin  tamlığını  təmin  etmək  üçün  öyrənilən  biliyin 

tətbiqini  təşkil  etmək  lazım  gəlir.  Fənnin  məzmunundan  və  tədris 

mövzusunun  xarakterindən  asılı  olaraq  bilik  və  bcarıqlar  müxtəlif 

formalarda tətbiq edilir. 

 

12.1.4. Təlimdə müvəffəqiyyətin hesaba alınması  

və qiymətləndirilməsi. 

 

Şagirdlərin tədris fəaliyyətinə nəzarət təlimin vacib mərhələlə-

rindən  biridir.  Təlim  zamanı  şagirdlərin  mənimsəmə  fəaliyyətinə 

nəzarət imkan verir ki, müəllim onların bilik və bacarıqlarının möv-

cud vəziyyətindən hali olsun,  ehtiyac duyan, çətinlik çəkən şagird-

lərə  lazımi  köməklik  göstərsin,  müvafiq  istiqamət  versin;  yaxud 




 

451 


dərsdən  sonra  belə  şagirdlərlə  fərdi  şəkildə  əlavə  iş  aparsın.  Şa-

girdlərin tədris fəaliyyətinə lazımınca nəzarət etməyən, onların mə-

nimsəmə səviyyəsini üzə çıxarmayan və həmin səviyyənin necəliyi-

ni sonrakı işində nəzərə almayan müəllim təlimdə tam müvəffəqiy-

yət qazana bilmir. 

Nəzarətin  müxtəlif  növləri  var:  gündəlik  nəzarət,  tematik 

nəzarət, dövrü nəzarət, yekun nəzarət. Şagirdlərin tədris fəaliyyətinə 

nəzarət  onun  xüsusiyyətlərini  qiymətləndirmək  və  hesaba  almaqla 

üzv şəkildə əlaqədardır. 

Nəzərə alınmalıdır ki, şərh olunan mərhələlər təlim prosesində 

bir-birindən tam ayrılıqda cərəyan etmir, onlar bir-biri ilə qarşılıqlı 

əlaqədə olur, hətta bir-birinə çevrilə bilir, biri digərində iştirak edir. 

Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla yana-

şır.  Çünki  fənnin  və  mövzunun,  habelə  qarşıya  qoyulmuş  didaktik 

vəzifənin  xarakterindən  asılı  olaraq  mənimsəməni  cisim  və  ha-

disələrin  qavranılmasından  deyil,  anlayışların  dərk  olunmasından 

başlamaq, təlimin hansısa mərhələsini adlamaq mümkün olur. Təl-

imdə bu cəhət də nəzərə alınmalıdır. 



 

 

12.2. Mükəmməl təlim sisteminin altsistemləri 

 

12.2.1. Bilik və fəaliyyət üsullarının əsasən hazır ötürülməsini 

özündə ehtiva edən altsistem. 

 

Pedaqoji ədəbiyyatda təlimin müəllim tərəfindən bilik və fəa-

liyyət üsullarının əsasən hazır şəkildə ötürülməsi, hafizəyə daha çox 

üstünlük verilməsi əsasında cərəyan edən, təhsilin ilk iki səviyyəsi 

əhatə olunan, şagirdlərin analitik və evristik fəaliyyəti üçün önəmli 

funksiyalar daşıyan, analitik və evristik fəaliyyətin optimal münasi-

bətlərin özündə saxlayan mükəmməl təlim sisteminə məxsus altsis-

tem  barəsində  çox  yazılmışdır.  Həmin  altsistem  “izahlı  repro-



duktiv”“izahedici”, “izahlı-illüstrativ”, “reproduktiv” təlim anla-

yışı  (və  ya  “yanaşmalar”  termini)  vasitəsilə  təqdim  olun-muşdur. 

Uzun  müddət  məktəblərimizdə  bu  altsistem  təlimin  mükəmməl 

sistemi  kimi  qəbul  edilmiş,  ona  ənənəvi  təlim  statusu  verilmişdir. 



 

452 


Bir çox tanınmış psixoloqlar belə bir yanlış yanaşma üçün əsas ola 

biləcək ideyanın müəllifi kimi israrlı mövqedə dayanmışdır. 

Sözügedən altsistemin mükəmməl təlim sistemi ilə eyniləşdi-

rilməsi cəhdi bəşərin təcrübəni əldə etməsinin formalaşmış yollarına 

ziddir. Məlum olduğu kimi, insan bilik və fəaliyyət üsulları siste-

minə iki istiqamət üzrə yiyələnir: 

insan bəşərin öz ictimai-tarixi inkişafı prosesində əldə etdik-



lərinin bir qismini başqasına hazır şəkildə ötürür (təbii ki, müxtəlif 

yol və vasitələrlə); 

- insan öz potensial imkanlarını səfərbər etməklə, axtarış yolu 

ilə real aləm haqqında biliklərə, onun dəyişidirilməsi ilə bağlı fəa-

liyyət üsullarına yiyələnir. 

Çoxillik müəllimlik təcrübəmizə və apardığımız konkret məq-

sədli  tədqiqat  işindən  əldə  etdiyimiz  ümumiləşdirmələrə  əsasən  is-

rarlıyıq ki, təlim sistemində biliklərin və fəaliyyət üsullarının əsasən 

hazır şəkildə ötürülməsinə, bunların şagirdlər tərəfindən əsasən icra-

etmə  və  reproduktiv  fəaliyyətin  nəticəsi  kimi  əldə  olunmasına  üs-

tünlük  verilməsi  tamamilə  arzuolunan  nəticələrə  gətirib  çıxarmır. 

Reproduktiv  fəaliyyətə  əsaslanan  sistem  barəsində  N.Dayri  haqlı 

olaraq bildirir ki, orta təhsilin sürətlə inkişaf etməsi və biliklərə tələ-

batın  artması  şəraitində  bu  cür  təlimin  çatışmazlıqları  özünü  get-

gedə daha bariz surətdə göstərirdi. 

Şagirdlərin bir çoxu dərsdə işləmirdi və hətta ən yaxşı hallar-

da mənimsəmənin effektliyi şagirdlərin idrak imkanlarından geri qa-

lırdı. Səbəb-nəticə əlaqələrinin, qanunauyğunluqların zəif mənimsə-

nilməsi  və  ümumiyyətlə,  biliklərin  əzbərlənmiş  olması  və  onların 

tətbiqini, başlıca səbəbin ayrılıb göstərilməsini, mühakimə yürüdül-

məsini,  sübut  edilməsini  bacarmamaq  və  s.  bu  kimi  çatışmazlıqlar 

təlim praktikasında özünü göstərirdi. Həmin altsistemin təlimin mü-

kəmməl  sistemi  üçün  xarakterik  və  əhəmiyyəti  danılmaz  olan 

vəzifələrin  həyata  keçirilməsinə  yönələn  aşağıdakı  funksiyaları 



effektli  şəkildə  daşımadığını  göstərməklə  fikrimizi  daha  əsaslı 

arqumentləşdirə bilərik: 

-  yeni  bilik və üsulların müstəqil mənimsənilməsi fəaliyyətinə 

şagirdlərin daha geniş şəkildə cəlb edilməsi funksiyasını; 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə