Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə146/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   236

 

426 


mır.  Məsələ  həllində  arası  kəsilmədən  yeni-yeni  şərtlər  meydana 

çıxır və inkişaf edir. Bu cəhətdən riyaziyyatın tədrisi xüsusi maraq 

doğurur. Riyaziyyatın tədrisində, məsələ həlli metodikasının özündə 

zəngin psixoloji məqamlar vardır. Buun təhlili o dərəcədə zəruridir 

ki, onu bəzi müəlliflər xüsusi tədqiqat obyekti kimi seçmişlər. Mə-

sələn,  L.M.Fridmanın  monoqrafiyasında  bu problemin  müxtəlif as-

pektləri araşdırılmışdır. Həmin tədqiqat  əsərində  sübut olunmuşdur 

ki, məsələ həlli prosesində fəaliyyətin alqoritmik və evristik cəhətlə-

ri optimal üzlaşmış olduğu halda təlim prosesinin keyfiyyəti yüksəl-

miş olur. 

Təlim  prosesinin  bu  və  ya  digər  funksiyasının  daha  səmərəli 

həyata  keçirilməsinə  yönələn  konsepsiyaların  işlənilməsi  cəhdləri 

psixoloqlar  üçün  xarakterik  cəhətlərdəndir.  İnkişafetdiricilik  funk-

siyasının  gücləndirilməsi  ilə  bağlı  işlənilən  konsepsiyalar  bir  çox 

hallarda “inkişafetdirici təlim konsepsiyaları” da adlandırılır, əslin-

də bu termindən daha çox istifadə olunur, baxmayaraq ki, biz bunun 

əleyhinəyik, amma ədalət naminə həqiqəti (reallığı) etiraf etməliyik. 

Pedaqogika  elmindən  təlimin  inkişafetdiricilik  funksiyasının 

yüksəldilməsi  ilə  bağlı  dörd  əsas  konsepsiya  bizə  məlumdur 

(L.V.Zankov, D.B.Elkonin-V.V.Davıdov, V.S.Biblerin və S.A.Amo-

naşvilinin  konsepsiyaları).  Bunlardan  daha  populyar  olanı  və  bütün 

təhsil  pillələrində  tətbiq  ediləni  D.B.Elkonin-V.V.Davıdov  konsep-

siyasıdır.  Bu  alimlərin  bütün  təhsil  strukturları  üçün  hazırladığı  tə-

lim texnologiyası başqalarından prinsipcə onunla fərqlənir ki, bura-

da məktəblilərin nəzəri təfəkkürünün formalaşdırılmasına da çox üs-

tünlük verilir. Bu sistemdə həyata keçirilən təlim məktəblilərə yal-

nız bilik və praktik bacarıqları deyil, həm də elmi anlayışları, bədii 

obrazları və mənəvi dəyərləri öyrətməklə təhsilin nəzəri səviyyəsini 

xeyli yüksəldir. 

Elkonin-Davıdovun  təlim  sistemində  iki  əsas  metodik  qayda-

ya  əməl  olunması  tövsiyə  olunur:  1)  təlimin  ilk mərhələsindən,  şa-

gird məktəbə gəldiyi gündən bu və ya başqa şeylər, anlayışlar öyrə-

dilərkən onların mənşəyi və yaranması şəraiti haqqında nəzəri bilik-

lər verilməlidir; 2) şagird nəzəri bilikləri təlim fəaliyyəti prosesində 

tədricən, mütəmadi olaraq mənimsəməlidir. 



 

427 


Yeri gəlmişkən, onu da qeyd edək ki, müasir məktəb praktika-

sında  əməkdaşlıqla,  layihələr  metodu  ilə,  modullarla,  müxtəlif  sə-

viyyəli,  biliklərin  tam  mənimsənilməsi  və  s.  kimi  təlim  texno-

logiyaları daha geniş tətbiq olunur. 

Təlim prosesinin idarəolunması baxımından xüsusi əhəmiyyət 

kəsb edən məsələlərdən biri də yeni biliyin mənimsənilməsi ilə bağ-

lıdır. Biliklər anlayışlar və kateqoriyalar formasında dildə və işarə-

lər sistemində saxlanılır. Həmin biliklər sisteminə müvafiq anlayış-

ları  mənimsəmək  üçün  hər  birinin  məzmununu  və  həcmini  açmaq 

lazım  gəlir.  Anlayışın  məzmun  və  həcminin  müəyyənləşdirilməsi 

iki  üsulla  aparıla  bilər,  bunu  ya  müəllim  izah  edər,  ya  da  təlimi 

problem həlli yolu ilə şagird özü edə bilər. 

Anlayışın  yaranması  məsələsi  psixologiyada  mərkəzi  prob-

lemlərdən hesab olunur  Anlayışlar sisteminin mənimsənilməsi  pas-

siv  deyil,  aktiv  prosesdir.  Bu  anlayışı  mənimsəyən  şəxsdən  gərgin 

əqli  fəaliyyət  tələb  edir.  Biliklərin  mənimsənilməsi  o  zaman  daha 

müvəffəqiyyətli  olur  ki,  insan  onu  özü  müstəqil  əldə  etmiş  olsun. 

Yeni anlayışların mənimsənilməsi prosesi əvvəl əldə olunmuş bilik-

lər sisteminə yeni anlayışın daxil edilməsi kimi anlaşılmalıdır. 

Anlayışın mənimsənilməsi,  fikri  fəaliyyətin mərhələlərlə mə-

nimsənilməsi,  yaradıcı  idrak  fəaliyyətinin  mexanizmi,  qanunauy-

ğunluqları, inkişafın mənbə və şərtləri və s. ədəbiyyatda elmi əsas-

larla  şərh  olunmuş,  psixologiyanın  əldə  etdiyi  nəticələrə  istinad 

edən  müxtəlif  təlim  konsepsiyaları  nəzəriyyə  və  praktikada  özünə 

yer  tapmışdır.  Onlardan  bəziləri  pedaqoji  fikrin  və  praktikanın  öt-

müş mərhələsi hesab edilir, bəzilərinin isə birtərəfli olması həm nə-

zəri,  həm  də  praktik  cəhətdən  əsaslandırılır.  Qeyd  olunan  reallığın 

səbəbləri sırasında aşağıdakılar da vardır. 

1.

 

Təlim  konsepsiyalarının  bəzilərinin  əsasına  qoyulmuş  psi-



xoloji  nəzəriyyələrin  özləri  elmin  inkişafında  ötmüş  mərhələnin 

məhsuluna çevrilmişdir; 

2.

 

Birtərəfli təlim konsepsiyalarında bu və ya digər əsaslar la-



zımınca qiymətləndirilməmişdir; 

3.

 



Müxtəlif  psixoloji  nəzəriyyələrə  əsaslanan  layihələr  təlim 

sisteminə altsistemlərin təkmilləşdiririlməsi və onların uzlaşdırılma-

sı ideyası əsasında daxil edilməmişdir. 



 

428 


Mükəmməl  təlim  sistemi  belə  çatışmazlıqlardan  uzaqdır.  Bu 

sistem biliyin və fəaliyyət üsullarının əldə olunmasını özündə daha 

optimal şəkildə əxz edən layihələr üçün açıqdır. O, idrak prosesinin 

tarixən formalaşmış yoluna adekvatdır. 

Məktəb təliminin bütöv dövrü ərzində məktəbli bəşəriyyət tə-

rəfindən tarix boyu hasil və kəşf edilmiş hazır, təşəkkül etmiş, mə-

lum biliklər, anlayışlar sistemi ilə qarşılaşır. Ona görə də toplanmış 

bilik sərvətinin  mənimsənilməsi  uşaqlardan geniş təfəkkür və  ciddi 

yaradıcı iş tələb edir. 

Anlayışın  formalaşması  nəzəriyyəsinin  müəllifləri  (D.N.Bo-

qoyavlinski, N.A.Mençinskaya, E.N.Kabanova-Meller, L.V.Zankov 

və başqaları) hesab edirlər ki, şagirdlərin əqli inkişafı üçün mühüm 

stimul təlim prosesində intellektual çətinlikləri şagirdlərin aktiv şə-

kildə aradan götürməsidir. Vurğulayaq ki, mükəmməl təlim sistemi 

məhz  belə  bir  tələbin  ödənilməsinə  istiqamətlənir.  L.V.Zankovun 

konsepsiyasının didaktik prinsipləri bunlardır: 



1. Yüksək çətinlik səviyyəsində təlim. Şagirdin “yaxın inki-

şaf  zonası”ndakı  çətinlikləri  aradan  qaldırılması  onu  inkişaf  etdirir 

və öz qüvvəsinə inamını möhkəmləndirir. 

2. Nəzəri biliklərin aparıcı rolu. Söhbət sadəcə olaraq nəzə-

riyyənin öyrənilməsindən deyil, materialda mühüm əlaqələri, qanu-

nauyğunluqları açmaqdan gedir. 

3.  Materialın  yüksək  sürətlə  öyrənilməsi.  Öyrənilənlərin 

təkrar-təkrar “çeynənilməsi” şəklində məşqlər zərərlidir. “Saqqız in-

kişafın ən qudurmuş düşmənidir”. Öyrənilmişlərin təkrarlanması zə-

rurəti yeninin öyrənilməsi zamanı qarşıya çıxır və onunla bağlanır. 



4.  Oxu  prosesinin  mahiyyəti  məktəblilər  tərəfindən  başa 

düşülməlidir.  Şagird özünü tədris  fəaliyyətinin  subyekti keyfiyyə-

tində dərk edir: mən materialı necə yaxşı yadda saxlaya bilərəm, nə-

yi yeni öyrəndim, dünya haqqında təsəvvürlərim necə dəyişdi, mən 

necə dəyişirəm? 



5.  Bütün  şagirdlərin  inkişafı  üzərində  müntəzəm  iş.  Şa-

girdlərin  qabiliyyətlərinə  görə  fərqləndirilməsinə  yol  verilmir.  Hər 

kəs özünün inkişafı üzrə hərəkət edir, nəticədə imkanına görə müx-

təlif cür inkişaf etmiş şagirdlərin əməkdaşlığı baş verir. 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə