Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə141/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   236

 

411 


yoldur. Bu yol idrakda deduktiv yanaşma ilə hökmən əlaqələndiril-

məlidir.  Deduktiv  yol  (ümumidən  xüsusiyə  doğru  yol)  proseslərin 

mahiyyətinin dərk edilməsi yoludur. Bu yol eyni zamanda məktəbli-

ləri təlimdə elmi tədqiqat üsullarından istifadə edə bilməsinə gətirib 

çatdırır. 

Fəlsəfə elmi başqa bilik sahələri ilə əməkdaşlıq əsasında çox-

dan  sübut  etmişdir  ki,  dünyanın  qavranılması  passiv,  seyri,  cansız 

duyğu qavrayışı deyil, fəal qavrayışdır. İnsan özünü əhatə edən alə-

min şeylərini və hadisələrini dəyişdirici ictimai fəaliyyət prosesində 

duyur,  qavrayır.  Bu  da  ona  aləmi  dərk  etmək  imkanı  verir.  Özünü 

əhatə  edən  aləmin  insan  tərəfindən  qavranılması  prosesində  yalnız 

qavranılan obyektlər və hiss orqanları deyil, habelə insanın, bəşəriy-

yətin topladığı bütün tarixi təcrübə rol oynayır. 

Təlimdə  nəzəriyyə  ilə  təcrübənin  vəhdəti  çox  mühüm  peda-

qoji  prinsipdir.  Bu  metodoloji  əsas  zəminində  son  vaxtlar  didaktik 

işlərdə şagirdlərin aktiv idrak fəaliyyətinin təbiəti “qabaqlayıcı ini-



kas” anlayışı ilə açılır, hansı ki, didaktiklərin diqqətini öyrətmə pro-

sesindən, daha doğrusu, müəllimin bilik və fəaliyyət üsullarını əsa-

sən  hazır  şəkildə  ötürmə  fəaliyyətindən  şagirdin  müstəqil  öyrənmə 

fəaliyyətinə  (şagirdin  idrak  müstəqilliyinin  və  onun  yaradıcı  qabi-

liyyətlərinin  formlaşmasına  istiqamətlənən  fəaliyyətinə)  yönəltmiş-

dir. Mükəmməl təlim sistemi üçün bu cəhət xarakterikdir. 

Biliyin  verilməsi  və  fəaliyyət  üsullarının  formalaşdırılması 

yolları pedaqogika elminin inkişafı gedişində dəyişikliyə məruz qal-

mışdır. Xarakterik cəhət budur ki, həmin dəyişikliyin də metodoloji 

əsasında idrak nəzəriyyəsi durur (dayanır). Hansı ki, sözügedən də-

yişmələr  prosesinin  aşağıda  göstərilən  üç  inkişaf  mərhələsini  fərq-

ləndirmək  olar:  əvvəllər  şagirdlərə  biliklər  şifahi  formada  təqdim 

olunurdu,  bu  zaman  doqmatik  təlim  aparıcı  mövqedə  idi;  sonralar 

fəaliyyət  üsulları  haqqında  biliklərin  verilməsi  və  xüsusi  qaydada 

onların  tətbiqi  üstün  mövqe  qazandı,  nəhayət,  fəaliyyətin  nəticəsi 

olaraq biliyin əldə olunması məqsədəuyğun hesab edildi. Fəaliyyət-

də olan nəzəriyyə - “əvvəlcə hər hansı mənimsəmə, sonra isə tətbiq” 

öz yerini daha əsaslandırılmış nəzəriyyəyə verməli oldu: “anlayışın 

mənimsənilməsi  yalnız  onun  tətbiqi  prosesində  həyata  keçir”  -  qə-

naəti üstün mövqeyə çıxdı. 



 

412 


Biz mənimsəmə və tətbiqi vahid idrak prosesinin iki tərəfi ki-

mi qəbul edilməsinin tərəfdarıyıq. Bu, bilik və fəaliyyət üsullarının 

əsasən hazır şəkildə verilməsi ilə problemli öyrənmə tərkibləri olan 

mükəmməl  təlim  sisteminin  vacib  cəhətidir.  Təlimdə  biliyin  hazır 

şəkildə verilməsi (ənənəvi təlim) ilə şagirdlərin özlərinin zehni axta-

rışlara cəlb olunması (müasir təlim) həmişə vəhdətdə götürülməlidir, 

biri digərini tamamlamalıdır. Şagirdə müəyyən bilik vermədən onu 

zehni axtarışlara hazırlamaq mümkün deyildir. Ona görə də indi şa-

girdin  reproduktiv  təfəkkürü  ilə  produktiv  təfəkkürünün  dialektik 

vəhdətdə  götürülməsi  təlimə  verilən  ən  ciddi  tələblərdən  biridir  . 

Q.Noyerin rəhbərliyi ilə hazırlanmış kitabda müəllimin əsas vəzifə-

lərindən  biri  kimi  şagirdləri  fəal  müzakirələrə  cəlb  etmək  nəzərdə 

tutulur: “Müəllim məktəblilərə insan idrakının məhsullarını birbaşa 

ötürməməlidir. O, nəzərə almalıdır ki, bilik praktik fəaliyyətin əsası 

kimi fəal  düşüncə  prosesində  formalaşır və şagirdlərin bu prosesdə 

iştirakı vacibdir. Başqa sözlə, müəllim şagirdlərin biliklərə yiyələn-

məsi prosesini fəal, şüurlu, imkan daxilində maksimum müstəqil və 

yaradıcı proses kimi təşkil etməlidir (bax: Pedaqogika. M., 1984, s.256). 

Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi ilə ta-

nış olduqda qabarıq şəkildə görünür ki, şagirdlərə informasiya nis-

bətən az verilir, daha çox dərəcədə düşünməyə, mühakimə yürütmə-

yə,  öz  fikirlərini  müstəqil  surətdə  şərh  etmək  qabiliyyətlərinin  for-

malaşmasına diqqət yetirilir. 

Fəlsəfi  ədəbiyyatda  təfəkkürün  obyektiv  aləmdə  mövcud  ol-

mayan bu və ya digər cisim və hadisələrə adekvat olmayan obrazla-

rın yaradılması yönümündə aktivliyi inikas-dəyişdirmə (şüurlu yara-

dıcı fəaliyyət) anlayışı ilə izah olunur. Yaradıcılıq dəyişdirici fəaliy-

yətin inkişafının zirvəsi, onun ali dərəcəsi sayılır. Bu fəaliyyətin nə-

ticəsində daha yüksək bilik, bacarıq və vərdişlər formalaşır. Dialek-

tik  təfəkkür  axtarışlar  təfəkkürü  olub,  bir  tərəfdən  empirik  biliklə, 

digər tərəfdən isə kateqorial struktur ilə şərtlənən yaradıcı fəaliyyət-

dir. Mahiyyətin dialektik təfəkkür vasitəsilə aşkara çıxarılması o de-

mək  deyildir  ki,  bu  prosesdə  formal  məntiqi  təfəkkür  formaları, 

əməliyyatları və üsulları iştirak etmir. Əksinə, formal məntiqi vasi-

tələr  olmadan  mahiyyət  aşkar  edilə  bilməz.  Lakin  bu  vasitələr  də 

mahiyyətin  aşkar  edilməsi  üçün  kifayət  deyil,  burada  aparıcı  rol 




 

413 


dialektik  təfəkkürə,  kateqorial  təhlilə  məxsusdur.  İntellektual  intu-

isiya ilə birlikdə kateqorial təhlil zəruri biliyə gətirib çıxaran vahid 

prosesin ayrılmaz tərkib hissəsidir. 

İnsan  fəaliyyətinin  cəhəti  olan  biliyin  özünü  də  rasional  və 

qeyri-rasional  kateqoriyalar  baxımdan  qiymətləndirmək  olar.  Öz 

təbiəti etibarilə bilik bəşəriyyətin məqsəd və tələbatına cavab verən 

ideyalar yaratdığına görə məntiqi, qərarlaşmış olan məlum zəka for-

malarına  uyğun  gəlməsinə  görə  rasionaldır.  Əlbəttə,  yaradıcılığın 

bütün sirləri, qanunauyğunluqları, mexanizmi hələlik tam, axıra qə-

dər öyrənilməmişdir. Bununla belə, elmi  idrakın nəticələri kimi  bi-

liklərin sistemi, onların inkişaf məntiqi haqqında kifayət qədər mə-

lumatımız vardır. 

Bu sistemə tərəf kimi daxil olan müəllimin idrak formalarının 

xüsusiyyətlərini,  qarşılıqlı  əlaqələrini  bilməsi  və  bunlardan  məqsə-

dəuyğun istifadə  etməsi  zəruridir. Vurğulanan zərurətin vəhdət təş-

kil edən səbəbləri vardır. Birincisi, bu və ya digər fənninin məzmu-

nunu təşkil edən bilik və fəaliyyət üsulları müəyyən formada təqdim 

olunur.  İkincisi,  idrakın  müəyyən  metod  və  formalarından  istifadə 

edilməklə tədris fənninin məzmununu təşkil edən bilik və fəaliyyət 

üsulları  əldə olunur.  Üçüncüsü, hər bir formanın spesifik  xüsusiy-

yətlərini,  idrakın  strukturunda  həmin  elementin  yerini  və  funksiya-

larını  bilməklə  təlim  prosesində  şagirdin  idrak  fəaliyyətlərini  tən-

zimləmək mümkündür. Məhz biliyin formasından asılı olaraq müəl-

limin idarəetmə fəaliyyətinin istiqaməti şərtlənir və onun əldə edil-

məsinə  yönələn  fəaliyyətin  analitik  və  evristik  cəhətlərindən  hər 

hansı birinə üstünlük vermək, seçim etmək məsələsi həll olunur. 

Şagirdlərin təlim fəaliyyətləri, onların yaradıcılıq qabiliyyətlə-

ri  və  müstəqilliyinin  fomalaşmasının  məqsədyönlü  şəkildə  istiqa-

mətləndirilməsi elmi biliklərin sistemini və onların inkişaf məntiqi-

ni nəzərə almağı tələb edir. 

Fəlsəfi  anlayışlardan  bu  və  ya  digər  səviyyədə  təlim  prosesi-

nin  idarə  olunması  probleminin  tədqiqində  istifadə  edilməsi  o 

zaman müvəffəqiyyətli olur ki, bu məsələyə məntiq, psixologiya və 

pedaqogika emləri ilə birlikdə baxılsın, onlar bu elmlərin nəticələri 

ilə  uzlaşsın.  Həmin  uzlaşmanın  özü  qnoseologiyanın,  dialektikanın 

qanun  və  kateqoriyalarının  məntiq,  psixologiya  və  pedaqogikada 




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə