|
Annotasiya
386
Digər mühüm məsələ yeni dərsliklərin komplekt şəklində nəşr edil-
məsi idi. Bunun əhəmiyyəti ondan ibarətdir ki, müəllim üçün vəsait (bu,
komplektə daxil edilmişdir) şagirdlərin təlim marağını gücləndirir,
onları axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir, məntiqi və
yaradıcı təfəkkürü inkişaf etdirir, tətbiqi xarakter daşımaqla zəruri
həyati bacarıqların formalaşdırılmasına zəmin yaradır, fəndaxili və
fənlərarası inteqrasiya imkanlarını genişləndirir, fəal təlim şəraitinin
yaradılmasını tələb edir, şagirdlərin fərqli idrakı imkanlarının nəzərə
alınmasına şərait yaradır. Dərslik komplektlərinin müsabiqə qaydasında
hazırlanması təqdirəlayiq iş formasıdır. Dünya təcrübəsində tətbiq
olunan mexanizmlərin dərslik yaradıcılığı sahəsində fəaliyyətin əsasına
qoyulması uğurlu nəticələri şərtləndirən amillərdən hesab edilməlidir.
İnanmaq olar ki, yeni kurikulumlar əsasında yazılan, müəyyən edilmiş
məzmun standartlarının reallaşdırılmasını ehtiva edən ilk təcrübələr
getdikcə cilalanacaq və zənginləşəcək, ümumi işə daha dəyərli fayda
gətirəcəkdir.
***
Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.
Ümumi təhsilin məzmununun yeniləşdirilməsi, şagird nailiyyətlərinin qiy-
mətləndirilməsi sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir.
Azərbaycanda “qiymətləndirmə” dedikdə, bəziləri bunu təhsil-
alanın təlim nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Lakin dünya
təcrübəsində təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və
məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərlə-
rinin peşəkarlıq səviyyəsinə verilən qiymət kimi qəbul edilir. Belə düşüncə
sovet dövründən qalmış qiymətləndirmə qaydalarından və Azərbaycanda
qiymətləndirmə üzrə yeni konsepsiyanın olmamasından irəli gəlir.
Ənənəvi qiymətləndirmə məzmunun tərkib hissəsi sayılmadığından, həmi-
şə müəllimin subyektiv mülahizələrinə əsaslanırdı, şagirdlərdə təlimə ma-
rağı artırmaq əvəzinə, əksinə azaldır, onların inkişafını sistemli şəkildə
izləməyə imkan vermirdi və bu da, bir qayda olaraq, şagirdləri qiymət
almaq xatirinə oxumağa sövq edirdi.
Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şkalaya
keçidlə əlaqədar bəzi regionlarda eksperimentlər aparılmışdır. Nəticə
göstərmişdir ki, bal sistemindən asılı olmayaraq, tətbiq edilən qiymətlən-
dirmə sistemi şagirdlərin inkişafını sistemli şəkildə izləməyə imkan ver-
mir, şagirdin nailiyyəti keyfiyyət baxımından deyil, kəmiyyət baxımından
387
qiymətləndirilir. Nəticədə şagirddə özünün səviyyəsi barədə dolğun fikir
formalaşmır. Eyni zamanda qiymətləndirmənin yalnız məktəbdaxili for-
masının həyata keçirilməsi, milli və beynəlxalq qiymətləndirmənin tətbiq
edilməməsi, məktəblərarası müqayisəyə, milli səviyyədə təhlillərə imkan
vermirdi və respublikada təhsilin keyfiyyəti barədə etibarlı informasiyanın
əldə olunması mümkün olmurdu.
“Şagird nailiyyətlərinin qiymətləndirilməsi” pedaqoji anlayış kimi
təhsil leksikonuna yaxın illərdə daxil olmuşdur. Uzun müddət pedaqoji
aləmdə “şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi”
anlayışı işlədilmişdir. Bununla belə, qiymətləndirmə dedikdə, bir qayda
olaraq, şagirdlərin gündəlik (cari) qiymətləndirilməsi başa düşülmüşdür.
Belə qiymətləndirmə növü isə mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb
etmir. Şagird, məsələn, kimya fənnindən dərs ilinin yarısında iki dəfə
qiymət almış və onun yarımillik qiyməti həmin iki qiymətin əsasında
çıxarılmışdır. Halbuki yarım il ərzində kimyadan xeyli mövzu keçilir. Belə
çıxır ki, bütövlükdə yarımillik mövzuların şagird tərəfindən öyrənilib
mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli pro-
sesdir. Bu proses, sadəcə, şagirdin nail olduğu təlim nəticələrinin səviyyə-
sini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiyyətinin yüksəl-
dilməsinə xidmət edir. Başqa sözlə, qiymətləndirmə keyfiyyəti idarə edən
mühüm bir amil kimi meydana çıxır.
Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin qiy-
mətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə
saxlanması, onların irəliləyişlərinin, yaxud geriləmələrinin izlənilməsi və
bu məqsədlə monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur.
Məhz həmin monitorinqlərin nəticələri təlim prosesinin optimal qurul-
ması, müəllimlərin işinin təkmilləşdirilməsi, habelə kurikulumlarda və
dərsliklərdə zəruri dəyişikliklərin olması haqqında müvafiq qərarlar qəbul
etməyə imkan verir.
Yeni fənn kurikulumlarında məzmun standartları ilə yanaşı, qiy-
mətləndirmə standartları da öz əksini tapmışdır. Həmin standartlar
məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə şagirdlərin hansı
səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət edir. Bununla əlaqə-
dar dünya təcrübəsinə uyğun surətdə qiymətləndirmənin 4 səviyyədə apa-
rılması təklif edilmişdir. 1 və 2-ci səviyyələr əksər şagirdlər, 3 və 4-cü
səviyyələr isə müvafiq olaraq istedadlı və daha istedadlı şagirdlər üçün
nəzərdə tutulur.
Bununla belə, etiraf etmək lazımdır ki, məzmun standartlarının re-
allaşdırılma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə standartlarının
Dostları ilə paylaş: |
|
|