379
2. Şagirdlərin praktik fəaliyyətinin təmin olunması. İş dəf-
tərində dərslikdəki məlumatları anlamaq, təhlil və tətbiq etmək, də-
yərləndirmək üçün praktik materiallar verilir. Əsasən aşağıdakı tip-
dən olan praktik materiallara üstün yer ayrılması məqsədəmüvafiq
hesab edilir:
- çalışma və tapşırıqlar;
- istiqamətləndirici suallar;
- ev tapşırıqları.
Yuxarıda sadalanan praktik materiallar dərslikdə özünə yer
alan təlim materiallarına uyğun tərtib olunmaqla yanaşı, həm də şa-
girdlərin psixologiyasına uyğun qurulur. Onların meyil və maraq-
ları, ən başlıcası, tələbatları nəzərə alınır.
Məlum olduğu kimi, dərsliklərdə biliklərin mənimsədilməsi,
müvafiq anlayışların formalaşdırılması və tətbiqolunma mənimsə-
mənin məntiqində başlıca mərhələlər hesab edilir. Bu təlim prosesi-
nin informasiya ilə başlayan və qavrama mərhələsində tamamlanan
məntiqindən irəli gəlir.
Dərslikləri tamamlayan iş dəftərlərindəki çalışma və tapşırıq-
lar müvafiq anlayışların mənimsənilməsinə xidmət göstərməklə ya-
naşı, həm də şagirdlərdə məntiqi təfəkkürün, yaradıcı təfəkkürün,
eləcə də dəyərlərin (səriştələrin) formalaşmasına imkan yaradır. Bu
iş dəftərində işləməklə şagirdlər həm sinif şəraitində, həm də evdə
müstəqil olaraq fəaliyyət göstərə, qazandıqları bacarıqları inkişaf
etdirə, daha da möhkəmləndirə bilərlər.
Dərsliklərdə əks olunan sistemin reallaşdırılması müəyyən
olunmuş strategiyalardan çox asılıdır. Adətən, müəllimlər bu strate-
giyalara əsasən fəaliyyət göstərirlər. Ona görə də uzun illər yara-
dılmış məzmun üzrə məqsədyönlü iş qurmaq üçün müəllimlərə mü-
vafiq metodik istiqamətin verilməsi zəruri hesab olunaraq müxtəlif
mənbələr hazırlanmışdır. Həmin mənbələrin yaradılmasında peda-
qoji, psixoloji, fizioloji araşdırmalara istinad olunmuşdur.
Dərslik komplektinin hazırlanmasında təlim nəticələrinə nail
olunması üçün potensial imkanların yaradılması xüsusi strateji xətt
kimi nəzərdə tutulur. Bunun üçün ilk növbədə, ayrıca müəllim üçün
metodik vəsait hazırlanaraq istifadəyə verilir .
380
Metodik vəsaitin hazırlanması zamanı başlıca olaraq aşağıda-
kı funksiyaların reallaşdırılması vacib tələblər kimi qarşıya qoyulur:
- qabaqlayıcı materialların olması;
- mövzuların tədrisi texnologiyalarının əhatə edilməsi;
- yardımçı materialların verilməsi.
Metodik vəsaitin ilk hissəsində qabaqlayıcı materiallar verilir.
Bu zaman aşağıdakıların əhatə olunması zəruri hesab edilir:
- fənn üzrə məzmun strategiyalarının reallaşma cədvəli;
- illik və gündəlik planlaşdırma nümunələri;
- inteqrasiyaya aid tövsiyələr.
Məzmun standartları mahiyyət etibarı ilə fənnin təlimi məz-
mununu ifadə edir. Orada minimum hədd, səviyyə öz əksini tapır.
Dərslik hazırlanarkən həmin standartların onun vahidlərində-bölmə
və paraqraflarda reallaşdırılmasına diqqət yetirilir. Dərsliyin peda-
qoji sirrinə çevrilən bu xüsusiyyəti müəllimin diqqətinə daha qaba-
rıq çatdırmaq üçün metodik vəsaitdə xüsusi cədvəl verilir.
Metodik vəsaitdə illik və gündəlik planların nümunələrinin
verilməsi də qabaqlayıcı material kimi əhəmiyyət daşıyır, müəllimin
məqsədyönlü fəaliyyətini təmin edir, onun düzgün strateji xətt üzrə
irəliləyişlərə nail olmasına imkan yaradır. Metodik vəsaitə daxil edi-
lən dərs planı nümunəsi də müəllim və şagird fəaliyyətini daha
konstruktiv və modern formada təmsil edə bilmək baxımından əhə-
miyyət daşıyır. Şagirdlərdə fəallığın, həyati bacarıqların formalaş-
masına imkan yarada bilməsinə və qeyri-standart məzmuna, struk-
tura malik olmasına görə ənənəvi nümunələrdən seçilir. Mövzu,
məqsəd, gözlənilən təlim nəticəsi, inteqrasiya, inklüzivlik, strategi-
yalar və resursların əvvəlcədən müəyyən olunması mühüm şərt kimi
qarşıya qoyulur.
Kitabda inteqrasiya cədvəlinin verilməsi də vacib bilinmişdir.
Bu, ilk növbədə, müəyyən olunmuş məzmun standartlarının hansı
parametrlərlə və necə reallaşdırıldığını göstərir. İnteqrasiya cədvəli
mövzu, fəndaxili və fənlərarası əlaqə inkanını əks etdirir. Orada hər
bir mövzuya aid tədris vahidi, dərs, konkret səhifə göstərilməklə
fəndaxili, uyğun fənn, ona aid standart qeyd olunmaqla fənlərarası
inteqrasiya üçün potensial şərait daha qabarıq formada ifadə olunur.
381
Tədris vahidləri, eləcə də dərsliyin ayrı-ayrı hissələri arasında olan
sıx əlaqə konkret və aydın şəkildə verilir.
Mövzuların tədrisi texnologiyası müəllimlər üçün vəsaitin
əsas hissəsini təşkil edir. Orada tədris vahidlərinə daxil olan hər bir
paraqrafın öyrədilməsi texnologiyasının təsviri verilir. Mövzuların
tədrisi texnologiyası dedikdə, görüləcək işin istiqamətləri, mərhələ-
ləri, istifadə olunacaq üsul və vasitələr, gözlənilən nəticələr başa dü-
şülür. Bu elementlərdən uyğun gələnlərinin əlaqələndirilməsi xüsusi
texnoloji kompleks əmələ gətirir və ondan dərsin məqsəd və məz-
mununa uyğun olaraq istifadə edilir. Həmin texnologiyaların müəy-
yən olunmasında şagirdlərin yaş xüsusiyyətləri, meyil və maraqları,
mövcud resurslar nəzərə alınır.
Metodik vasitə müəllim və şagirdlər üçün əlavə oxu mənbələ-
rinin siyahısı daxil edilir. Hər tədris vahidindən sonra mövzu ilə
bağlı uyğun mənbələr verilir. Müəllimlər üçün metodik vəsaitlərin,
problemlə bağlı son tədqiqat əsərlərinin, KİV-dən məqsədəmüvafiq
məqalələrin, uyğun multimedia materiallarının, internet saytlarının
adı, ünvanı göstərilir. Şagirdlər üçün isə müvafiq uşaq ədəbiyyatının
siyahısı, uşaq qəzet və jurnalları, internet materiallarının dəqiq ko-
ordinatları verilir.
Metodik vasitə fənlərin xüsusiyyətlərindən asılı olaraq müx-
təlif lüğət, cədvəl, şəkil və sairin daxil edilməsi də faydalı bilinir.
Bu zaman onların didaktik əhəmiyyəti əsas götürülür, istifadə im-
kanları nəzərə alınır. Müəllimə yardımçı olması, onların tədqiqatçı-
lıq fəaliyyətini düzgün məcraya istiqamətləndirə bilməsi diqqət
mərkəzində saxlanılır.
***
Müstəqillik illərində dərslik hazırlığı sahəsindəki fəaliyyəti şərti
olaraq üç mərhələyə ayırmaq olar.
1992-1998-ci illəri əhatə edən I mərhələ daha çox latın qrafikalı
əlifbaya keçid, dövrün siyasi ab-havasına uyğun çətinliklər və bundan irə-
li gələn sistemsizliyin aradan qaldırılması ilə müşayiət olunur. Bu mərhə-
lədə respublikada siyasi-iqtisadi sabitlik formalaşdıqca ümumtəhsil mək-
təb dərsliklərinin məzmunca yeniləşdirilməsi istiqamətində müəyyən işlər
görülmüşdür. Lakin ölkənin mövcud iqtisadi-maliyyə vəziyyəti nəzərə
Dostları ilə paylaş: |