Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə130/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   236

 

382 


alınaraq,  müstəqilliyin  ilk  illərində  1991-1992-ci  tədris  ilində  37  adda 

3.154.000 nüxsə, 1992-1993-cü tədris ilində isə 43 adda 4.020.000 nüsxə 

dərslik çap edilmişdi ki, bunların da əksəriyyəti Sovet dövründə hazırlan-

mışdı. Bununla belə, həmin illərdə hazırlanmış tarix və ədəbiyyat dərslik-

lərində  sovet  dövründəkilərdən  fərqli  olaraq  milli  və  ümumbəşəri  dəyər-

lərə  üstünlük  verilir,  köhnə  siyasi  ideologiyadan  imtina  edilirdi.  Çünki 

sovet dövründə yazılan tarix dərsliklərindən Azərbaycan və ümumtürk ta-

rixi,  eləcə  də  ədəbiyyatı  obyektiv  işıqlandırılmır,  türk-islam  mədəniyyəti 

ilə bağlı verilən məlumatlar tarixi reallıqları düzgün əks etdirmirdi. 

Ümummilli Lider Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayı-

dışı dərslik islahatı sahəsində də yeni mərhələnin əsasını qoymuşdur. Belə 

ki, ölkədə dərsliklərlə təminatda yaranmış vəziyyəti nəzərə alan, dərsliyin 

məktəb  üçün  strateji  əhəmiyyətini  dərindən  bilən  və  yüksək  qiymətləndi-

rilən ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Nazirlər 

Kabinetinin 25 avqust 1994-cü il tarixli 318 nömrəli qərarı ilə 1995-1996-

cı  tədris  ilindən  etibarən  hər  il  ibtidai  sinif  dərslikləri  dövlət  vəsaiti  he-

sabına çap edilib şagirdlərə pulsuz verilməyə başladı. Bu da təhsilə dövlət 

başçısının  qayğısının  bir  daha  bariz  nümunəsi  idi.  1993-1994-cü  tədris 

ilindən ümumi təhsilin məzmununda aparılan dəyişikliklərə uyğun olaraq, 

milli dərsliklərin tamamilə yenidən hazırlanması işinə başlanıldı. Belə ki, 

I-XI siniflər üzrə 63 adda yeni dərslik çap edildi. Bununla paralel olaraq 

ibtidai siniflər üzrə dərsliklərin yeniləşdirilməsi istiqamətində də müəyyən 

işlər görüldü. 1994-1995-ci dərs ilində I-XI siniflər üçün 77 adda dərslik 

çap  edilmişdi.  Lakin  yeni  hazırlanan  bu  dərsliklər  əvvəlkilərə  nisbətən 

xeyli təkmilləşdirilsə də, hələ də tələblərə tam cavab vermirdi: uzun illər 

müştərək  yaşanmış  sovet  təsirindən  təmizlənmirdi,  müstəqilliyin  kövrək 

illərinin hələ çətinliklə formalaşan və möhkəmlənən ideoloji istiqamətləri 

az-az  görünürdü,  poliqrafik  keyfiyyət  aşağı  idi.  Buna  görə  də,  əvvəlki 

illərdə  çap  olunmuş  dərsliklər  istifadə  edilməklə  yanaşı,  bu  işin  keyfiy-

yətinin yaxşılaşdırılması sahəsində axtarişlar davam etdirilirdi. 

Dərslik  və  dərs  vəsaitlərinin  hazırlanması  işində  Ümummilli  Lider 

Heydər Əliyevin söylədiyi belə bir konseptual fikir, əslində bu işlərə müəy-

yən istiqamət verdi: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlər-

dən biri də odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin ta-

rixinə,  mənəviyyatına,  ənənələrinə  uyğun  qururuq.  Burada  dərsliklərin 

dəyişilməsi, yeni dərsliklərin yaradılması xüsusi əhəmiyyət kəsb edir... İndi 

dərs  alan  uşaqlar,  gənclər  gərək  mütləq  bizim  yeni  dərsliklər  əsasında 

oxusunlar....”. Ulu Öndərimizin bu konseptual göstərişi əsasında yeni milli 

dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmağa başlandı. 


 

383 


Dərslik  islahatının  I  mərhələsində  ümumtəhsil  məktəblərinin  I-IV 

sinifləri  üzrə  dərsliklərin  90  faizi,  V-XI  siniflər  üzrə  75  faizdən  çoxu 

məzmunca yeniləşdirilmişdir. 

Hökumətin  26  aprel  1999-cu  il  tarixli  qərarı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”nın 

və  Azərbaycan  Respublikası  Prezidentinin  15  iyun  1999-cu  il  tarixli 

Sərəncamı  ilə  təsdiq  olunmuş  “Azərbaycan  Respublikasının  təhsil  sahə-

sində İslahat Proqramı”nın icrası ilə başlanan II mərhələ tədris planları 

və proqramlarının, dərs vəsaitləri və digər tədris – metodik ədəbiyyatların 

məzmunca  yeniləşdirilməsi,  müasir  standartlara  cavab  verən  yeni  nəsil 

dərsliklərin  hazırlanması,  nəşri  və  ümumtəhsil  məktəblərinin  bu  dərs-

liklərlə  dövlət  vəsaiti  hesabına  fasiləsiz  təmin  edilməsi  məqsədilə  geniş 

miqyaslı tədbirlərə başlanılması ilə səciyyələnir. 

O  zaman  dövlət  başçısı  Heydər  Əliyevin  tapşırığına  əsasən,  Na-

zirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 180 nömrəli Sərəncamı ilə 

respublikanın  ümumtəhsil  məktəblərinin  V-XI  sinifləri  üçün  milli  təhsilin 

tələblərinə cavab verən yeni dərsliklərin çap olunması məqsədilə 2000-ci 

və  2001-ci  ilin  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  Ehtiyat  Fondundan 

Təhsil  Nazirliyinə  2  il  müddətinə  qaytarılması  şərti  ilə  güzəştli  kredit 

ayrıldı. 

Heydər  Əliyev  hələ  1997-ci  ildə  Azərbaycan  Milli  Elmlər  Akade-

miyasında görüşü zamanı milli tariximizin yazılması və tədrisi sahəsində 

qarşıda  duran  vəzifələrdən  danışarkən,  “İlk  növbədə  Azərbaycanın  XIX-

XX əsrlər tarixi yazılmalıdır” tapşırığını vermişdi. Bunu həyata keçirmək 

məqsədilə  Təhsil  Nazirliyində  aparıcı  tarixçi  alimlər  və  təcrübəli 

müəllimlərdən  ibarət  işçi  qrupu  yaradılmış,  milli  ideologiya  və  müstəqil 

dövlətçilik prinsiplərinə cavab verən, XIX-XX əsrlər tariximizi əhatə edən 

“Azərbaycan  tarixi”  (X  və  XI  sinif)  dərslikləri  hazırlanaraq  Azərbaycan 

və  rus  dillərində  nəşr  edildi.  2001-ci  ildə  VI-IX  siniflər  üçün  “Qədim 

dünya tarixi”, “Orta əsrlər tarixi” və “Yeni tarix” kimi orijinal dərsliklər 

hazırlanaraq  çap  olundu.  Bu  dərsliklərdə  ümumdünya  tarixi,  xüsusən 

türk-islam  dünyası  xalqlarının  tarixi  və  mədəniyyəti  müasir  tələblər  və 

milli dövlətçilik prinsipləri əsasında işıqlandırılmışdır. 

Dərslik  islahatının  II  mərhələsindəki  ən  mühüm  yeniliklərdən  biri 

fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə yeni nəsil milli dərsliklərin 

hazırlanması  və  nəşri  idi.  2001-ci  ildə  ümumtəhsil  məktəblərinin  V  sinfi 

üçün  “Riyaziyyat”,  VIII-XI  sinifləri  üçün  “Kimya”  (təkmilləşdirilmiş) 

proqramları çap olundu. Həmçinin inkişaf etmiş xarici ölkələrin təcrübəsi 

öyrənilərək  təhlil  olundu  və  müasir  tələblərə  cavab  verən  dərsliklərin 

tərtibi  prinsipləri  müəyyənləşdirildi.  Həmin  prinsiplər  əsasında  V-XI 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə