Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə116/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   236

 

343 


İnsanın  inkişafı  ilə  bağlı  texnologiyalar  antropotexnologiyalar 

adlanır.  Bu  mənada  istənilən  pedaqoji  sistemə  təhsil  standartları  tələb 

edən güclü fəaliyyət, antropotexnologiya, müxtəlif peşə sahələri ilə bağlı 

texnologiya və ya texnologiyalaşdırılmış incəsənət kimi də baxmaq olar. 

Müasir  pedaqogika,  “antropotexnologiya”  kimi  öyrədənin  xüsusi 

texniki  və  sosial  mədəniyyətə,  yəni,  eyni  bir  fəaliyyətin  mücərrəd  və 

konkret  təsvirini  fərqləndirmək  mədəniyyətinə  malik  olmasını,  yeni 

pedaqoji yanaşmalardan, interaktiv təlim metodlarından səmərəli istifadə 

bacarıqlarının formalaşdırılmasını ön plana çəkir. 

 

Suallar və tapşırıqlar 

 

1. Xüsusi təhsil hansı zərurətdən yaranır? 

2. “Xüsusi şərait” dedikdə nə başa düşülür? 

3. Xüsusi təhsilin məqsədi nədir? 

4. Xüsusi təhsillə bağlı dövlət hansı vəzifələri yerinə yetirir? 

5. Kimlər tam dövlət təminatında olan sağlamlıq imkanları məhdud 

şəxslər hesab olunur? 

6.  Ümumi  təyinatlı  təhsil  müəssisələrində  xüsusi  təhsilin  təşkili 

barədə nə deyə bilərsiniz? 

7. Reabilitasiya mərkəzləri barədə danışın. 

8. Psixoloji-tibbi-pedaqoji komissiya hansı vəzifələri icra edir? 

9. Yaşlıların təhsili barədə nə deyə bilirsiniz? Fikirlərinizi açıqlayın. 



 

Ədəbiyyat 

 

1.  “Sağlamlıq  imkanları  məhdud  şəxslərin  təhsili  (xüsusi  təhsil) 

haqqında  Azərbaycan  Respublikasının  Qanunu”.  (Bakı,  5  iyul  2001-ci  il 

tarixində  imzalanmış,  19  iyul  2001-ci  il  tarixli  540  nömrəli  fərmanla 

qüvvəyə minmişdir.) 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il 

tarixli 74, 10 may 2002-ci il tarixli 77 nömrəli qərarları. 

3.  Əhmədov  H.H.  Azərbaycan  təhsilinin  strategiyası.  Bakı:  Elm, 

2010. 

4.  Mehrabov  A.O.  Müasir  təhsilin  konseptual  problemləri.  Bakı: 



Mütərcim, 2010, 516 səh. 

5.  Məmmədzadə  R.H.  Təhsildə  keyfiyyət  aparıcı  istiqamətlərdən 

biri kimi. Bakı: Müəllim, 2010, 170 səh. 



 

344 


6.  Mərdanov  M.C.  Azərbaycan  təhsili  yeni  inkişaf  mərhələsində. 

Bakı: Çaşıoğlu, 2009, səh. 182-194. 

7.  “Yaşlıların  təhsili”  mövzusunda  keçirilmiş  beynəlxalq  və  milli 

konfransların bəyannamələri . Bakı: Şərqin səsi, 2005, 44 səh. 

8.  Dostuzadə  D.Ə.  Eşitmə  qüsurlu  uşaqlrala  işin  təşkili.  Bakı: 

ADPU, 2011. 

9.  Həsənova  İ.M.  Sağlamlıq  imkanları  məhdud  olan  uşaqların  cə-

miyyətə adaptasiyası. (Metodik vəsait) Bakı: ADPU, 2012. 

10.  Ağayeva  T.N.,  Əliyeva  S.M.  Loqopediyanın  nəzəri  və  praktik 

məsələləri. Bakı, 1999. 

11. Qasımov S.Ə. Sağlamlığı məhdud olan uşaqlara ana dilinin öy-

rədilməsi problemləri.Bakı: Çaşıoğlu, 2003. 

12. Поташник М., Ямвир Е., Матрос Д. Управление качеством 

образования (под ред. М.Поташника). М.: Педагогическое общество, 

2000. 

13.  Хуторский  А.  Дидактическая  Эвристика:  Теория  и  техно-



логия креативного обучения. М.: МГУ, 2003. 


 

345 


 

 

 O şey ki, bizlərə lap aşikardır, 



Orda da gizli bir xəzinə vardır

 

Nizami Gəncəvi 

 

 

X fəsil 

 

TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT STANDARTLARI, 

TƏHSİL PROQRAMI, TƏDRİS PLANI, TƏDRİS 

PROQRAMI VƏ TƏDRİS ƏDƏBİYYATI 

 

 

Əhatə olunan məsələlər: 

 

10.1. Təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kurikulum). 

10.2.Ümumi orta təhsilin məzmunu. 

10.2.1. Təhsilin məzmunu. 

10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu sahəsində 

islahatlar. 

10.3. Tədris planı. 

10.4. Tədris fənni. 

10.5. Tədris proqramları. 

10.6. Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait komplekti. 




 

346 


 

10.1. Təhsil sahəsində dövlət standartları,  

təhsil proqramı (kurikulum) 

 

Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlə-

tin  tələbatına  uyğun  olaraq,  elmi-pedaqoji  prinsiplər  əsasında  ha-

zırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət 

tələblərini  əks  etdirən  ümumi  normalar  məcmusudur.  Dövlət  təhsil 

standartları  təhsil  sahəsində  sınanmış  mütərəqqi  meyarlar,  milli  və 

ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təh-

sil standartları və onların qüvvədə olan müddəti müvafiq icra haki-

miyyəti orqanı tərəfindən müəyyən olunur. Dövlət təhsil standartları 

təhsilin  məzmununu,  idarə  olunmasını,  maddi-texniki  və  tədris  ba-

zasını,  infrastrukturunu,  təhsilverənlərin  keyfiyyət  göstəricilərini, 

hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin 

səviyyəsini  müəyyənləşdirir.  Təhsil  müəssisəsinin  fəaliyyətinin, 

təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndi-

rilməsində,  akkreditasiyada  və  attestasiyada  müvafiq  dövlət  təhsil 

standartları  əsas  götürülür.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin 

təhsili üçün xüsusi dövlət standartları müəyyən edilir. 

Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uy-

ğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu 

və mənimsənilmə qaydalarını müəyyən edir. Təhsil proqramına təd-

ris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı töv-

siyələr, qiymətləndirmə  və digər müvafiq təhsil texnologiyaları da-

xildir. Azərbaycan Respublikasında təhsilin  bütün  pillələrini  və  sə-

viyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir, onun müd-

dəti  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilir. 

Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün 

müvafiq  təhsil  proqramları  tətbiq  edilir.  Yuxarıda  qeyd  olunduğu 

kimi, sağlamlıq imkanları məhdud, uzun müddət müalicəyə ehtiyacı 

olan  təhsilalanların  təhsilini,  müalicəsini,  sosial  adaptasiyasını  və 

ictimai  həyata  inteqrasiyasını  nəzərdə  tutan  xüsusi  ümumtəhsil 

proqramları müəyyən edilir və həyata keçirilir. 

Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da 

həyata  keçirilir.  Beynəlxalq  təhsil  proqramları  üzrə  mütəxəssis  ha-




Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə