Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə113/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   236

 

337 


göstərir  ki,  kompetensiyalara  şəxsin  fəaliyyət  sahəsində  effektiv  istifadə 

etdiyi,  insan  şəxsiyyətinin  dayanıqlı  baza  keyfiyyətləri  kimi  baxmaq 

lazımdır. Bu dayanıqlı baza keyfiyyətlərin fəaliyyət prosesində motivasiya, 

psixo-fizioloji  xüsusiyyətlər,  “Mən  –  konsepsiyası”,  biliklər  sistemi, 

vərdişlər ilə bağlı tiplərini bir-birindən ayırmaq tələb olunur. 

Təhsil  prosesində  təhsil  alanda  elə  sosial-peşəkar  xarakterli  key-

fiyyətlər  formalaşdırılmalıdır  ki,  onlar  gələcəkdə  peşə  ilə  bağlı  istənilən 

məsələlərin  həllinə  müsbət  təsir  göstərsin,  eyni  zamanda  insanlarla  qar-

şılıqlı münasibətlər qurmağa imkan versin. Bu keyfiyyətlər insanın bütöv 

sosial  və  peşəkar  kompetensiyaları  kimi  qəbul  olunur.  Belə  “ideal-

laşdırılmış modelin” baza əsasını aşağıdakı müddəalar təşkil edir: 

- sosial və peşəkar kompetensiyalar müəyyən mərhələdə intellektual 

bacarıqların və təfəkkürün inkişafı əsasında formalaşır; 

- insanın peşəkar fəaliyyətində reallaşdırılması tələb olunan zəruri 

məsələlərin səmərəli həlli onun şəxsi xüsusiyyətləri ilə müəyyən edilir. 

Təhsil  alanlarda  kompetensiyanın  (şəxsiyyətin  yeniləşmiş  tədris-

təlim prosesində və praktik fəaliyyətində aktivləşən, formalaşan və inkişaf 

edərək  müəyyən  edilmiş  qaydada  düzgün  istifadə  olunan  və  ölçülə  bilən 

inteqrativ xarakteristikaların məcmusu) formalaşmasında aşağıdakı məz-

munu özündə əks etdirən anlayışlardan düzgün istifadə etmək lazımdır: 

-

 



kompetensiya dəqiq hansı fikri ortaya qoyur; 

-

 



onun təməlini, baza əsasını nə təşkil edir; 

-

 



hansı amillər ona təsir göstərir; 

-

 



harada özünü göstərə bilir; 

-

 



hansı funksiyaları yerinə yetirir və onlar hansı parametrlərlə 

xarakterizə olunur. 

A.V.Xutorskoy  öyrədənlərlə  bağlı  yeddi  baza  təhsil  kompetensi-

yalarının formalaşdırılmasını əsas məqsəd kimi qarşıya qoymuşdur: 

-

 



dəyər və məna ilə bağlı kompetensiyalar; 

-

 



ümummədəniyyətlə bağlı kompetensiyalar; 

-

 



təhsil və dərketmə ilə bağlı kompetensiyalar; 

-

 



informasiya ilə bağlı kompetensiyalar; 

-

 



kommunikativliklə bağlı kompetensiyalar; 

-

 



sosial və əməklə bağlı kompetensiyalar; 

-

 



şəxsin özünütəkmilləşdirməsi ilə bağlı kompetensiyalar . 

“Müəllim  professionallıq  baxımından  hazırdır”  anlayışı  təhsildə 

keyfiyyətin  əldə  edilməsi  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Rusiyada  nəşr 

edilmiş ensiklopedik lüğətdə təsdiqlənir ki, “professional hazırlıq” anlayışı 

“ümumi və xüsusi” kompetensiyaların cəmi olub, müəyyən ixtisas üzrə fəa-

liyyətin müvəffəqiyyətli həllini tələb edir. Təcrübə göstərir ki, əgər müəllim 


 

338 


ali məktəbdə oxuyarkən lazımi vərdişləri əldə edirsə və müstəqilliyə təminat 

verən  pedaqoji  ustalığa  yiyələnirsə,  o,  məktəbdə  keyfiyyət  əldə  etməkdə 

çətinlik çəkmir. 

Fənlərin  məzmunu  ixtisas  xarakteristikasından  asılıdır.  O,  isla-

hatlar  prosesində,  xüsusən  həyata  keçirilən  təhsil  kurikulumlarının  tət-

biqində daha da təkmilləşməlidir. Bu  zaman  müəllimə aid olan aşağıdakı 

on  qrup  kompetensiyalardan  söz  gedə  bilər.  Onlar  ali  məktəbdə  tədris 

prosesində, sonralar isə məktəbdə iş prosesində formalaşdırılır və həyata 

keçirilir. Bunlar aşağıdakılardır: 

1.

 

Planlaşdırma, dərsin hazırlanması, keçirilməsi və təhlili; 

2.

 

Məktəbdə tətbiq edilən eksperimentlərdən tədris məqsədləri 

üçün istifadə etmək; 

3.

 

Şagirdləri həyati bacarıqlara yiyələndirmək, çətin məsələlərin 

həllinə yönəltmək; 

4.

 

Fənn kabinetini yaratmaq və onun işini təşkil etmək; 

5.

 

Uşaqları layihələşdirmə fəaliyyətinə cəlb etmək; 

6.

 

Ekskursiyaları planlaşdırmaq və həyata keçirmək; 

7.

 

Sinifdənxaric və məktəbdənkənar işləri planlaşdırmaq və həyata 

keçirmək; 

8.

 

Tədris  prosesində  təlimin  texniki  vasitələrindən,  xüsusən  infor-

masiya-kommunikasiya texnologiyalarından istifadə etmək; 

9.

 

Qiymətləndirmənin  növlərini,  məqsədini  və  qiymətləndirmə 

vasitələrini bilmək və tətbiq etmək, monitorinqdən istifadə etmək; 

10.

 

Məktəbdə tədris olunan fənlərin təliminin təşkili mexanizminə 

yiyələnmək. 

Ümumfənlərlə  bağlı  kompetensiyalar  texnologiyaların  mənimsənil-

məsi  və  öyrədənlər  üçün  çox  vacib  olan  aşağıdakı  keyfiyyətlərin  for-

malaşması ilə bağlıdır: 

-

 



insanlarla  qarşılıqlı  münasibətlərdə  mədəni  kommunikasiya-

lardan istifadə; 

-

 



peşəkarlıq  sahəsində  informasiyanı  qəbul  etmək  bacarığı  və 

ondan özünütəhsil prosesində istifadə; 

- əldə olunmuş zəruri informasiyanı başqalarına ötürmə bacarığı

Təhsil  sisteminin  strukturunun  müasirləşdirilməsi  və  məzmununun 

modernləşdirilməsində  böyük  elmi  və  praktik  əhəmiyyət  daşıyan  ya-

naşmalar  içərisində  kompetensiyalı  (səriştəli)  yanaşma  xüsusi  yer  tutur. 

Yüksək  səviyyədə  səriştəlilik  geniş  bilik,  bacarıq  və  vərdişlər  sisteminin 

formalaşmasında  şəxsi,  instinsional  və  ictimai  inkişafın  əsas  amili  kimi, 

tədris-təlim  prosesinin  səmərəliliyinin  yüksəldilməsinə  imkan  verən  əsas 

göstərici  hesab  edilir.  Ona  görə  də  insanların  səriştəlilik  səviyyəsinin 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə