Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə72/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   236

 

221 


və  həyata  keçirilməsində  birgə  pedaqoji  fəaliyyətin  bütün  detalları 

ilə  hazırlanmış  modeli  kimi  yanaşır.  Burada  müəllim  və  şagirdlər 

üçün komfort şəraitin yaradılmasının zəruri olduğunu qeyd edir.  

Pedaqoji  təcrübədə  və  tədris  metodik  ədəbiyyatda  bəzən, 

pedaqoji  texnologiya  sistem  anlayışının  sinonimi  kimi  işlədilir  və 

bu anlayışlar bəzən eyniləşdirilir. Sistem anlayışı texnologiya anla-

yışına  nisbətən  daha  geniş  məna  daşıyır.  Pedaqoji  sistem  öz  daxi-

lində çoxlu sayda texnologiyaları birləşdirir. İstənilən texnologiyaya 

sistem  kimi  baxılsa  da,  istənilən  pedaqoji  sistemə  ayrıca  texnolo-

giya kimi baxmaq olmaz. Sistem anlayışı çox vaxt baxılan prosesin 

statistik, struktur xarakteristikası kimi istifadə olunursa, texnologiya 

həmin prosesdə subyekt və obyektin fəaliyyətində zaman və məkan 

daxilində  gedən  dəyişikliklərin,  onların  funksiyalarının  müəyyən 

edilməsi  və  qabaqcadan  planlaşdırılmış  məqsədlərin  yerinə  yetiril-

məsinin təmin olunması üçün istifadə olunur.  

Pedaqogikaya  texnologiya  ideyasının  gətirilməsinin  əleyhdar-

ları belə hesab edirlər ki, pedaqoji proses yaradıcı prosesdir, odur ki, 

onu texnoloji proses hesab etmək olmaz, məharət, ustalıq intuisiya-

ya  əsaslandığı  halda  texnologiya  elmə  əsaslanır.  Hər  şey  ustalıqla 

başlayır, texnologiya ilə başa çatır.  

Tədqiqatçılar  pedaqoji  texnologiyaların  kütləvi  tətbiqinin  XX 

əsrin  60-cı  illərindən  başlandığını  qeyd  edirlər.  Bu  proses  əvvəlcə 

Amerika,  sonra  isə  Avropa  məktəblərində  həyata  keçirilən  islahat-

larla bağlı olmuşdur. 

Hazırda pedaqoji texnologiyalara insanşünaslıq texnologiyala-

rının bir növü kimi baxırlar. Pedaqoji texnologiyalar psixodidaktika, 

sosial  psixologiya,  kibernetika,  idarəetmə  və  menecment  (menec-

ment sosial proseslərin, o cümlədən, təhsil prosesini idarəetmə üzrə 

prinsip,  metod,  forma  və  vasitələrin  məcmusudur)  nəzəriyyələrinə 

əsaslanır. İlk vaxtlar bir çox pedaqoqlar təlim texnologiyası ilə öy-

rədici və pedaqoji texnologiya arasında fərq görmürdülər. “Pedaqoji 

texnologiya”  termini  təlimə  uyğun  olan  bir  sistem  kimi  işlədilirdi. 

Texnologiya  isə  texniki  vasitələrin  köməyi  ilə  aparılan  təlim  kimi 

başa  düşülürdü.  Hazırda  pedaqoji  texnologiya  dedikdə,  müəllimin 

pedaqoji vəzifələri həll etməyə yönəldilmiş ardıcıl, qarşılıqlı əlaqəli 

fəaliyyəti  başa  düşülür.  Başqa  sözlə  desək,  pedaqoji  texnologiya 




 

222 


qabaqcadan  planlaşdırılmış  pedaqoji  prosesi  planauyğun  və  ardıcıl 

olaraq praktikada həyata keçirməkdir. 

Pedaqoji  prosesdə  texnologiya  –  nəzərdə  tutulmuş  məqsəd-

lərin  yerinə  yetirilməsini  təmin  etməyə  imkan  verən,  elmi  əsaslar 

üzərində  qurulmuş,  məkan  və  zaman  səviyyəsində  proqramlaşdı-

rılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sis-

temidir.  Eyni  zamanda,  texnologiya  təlim-tərbiyə  prosesinin  para-

diqmalarını  müəyyənləşdirən  elə  alqoritmlər  sistemidir  ki,  onun 

tətbiqi  kamil  insanda  tələb  olunan  keyfiyyətləri  formalaşdırmağa 

xidmət edir, təlim prosesinin layihələşdirilməsi, mərhələli diaqnosti-

kasını,  idarəçilik  baxımından  nəticələri  korrektə  etməyə  imkan 

verir.  Belə  yanaşmada  pedaqoji  və  təlim  texnologiyaları  anlayışı 

müəyyən  mənada  bir-birini  tamamlasa  da,  tədris  prosesi  pedaqoji 

aspektlərdən  başqa  müxtəlif  sosial,  sosial-siyasi,  idarəetmə,  psixo-

pedaqoji,  tibbi-pedaqoji,  iqtisadi,  mədəni  və  digər  aspektləri  də 

özündə  birləşdirdiyindən,  “təlim  texnologiyası”  (təhsil  sferasında 

texnologiya)  anlayışının  tutumu,  “pedaqoji  texnologiya”  (pedaqo-

gika sahəsində texnologiya) anlayışının tutumuna nisbətən fərqlidir. 

Eyni  zamanda  pedaqoji  proses  ənənəvi  olaraq  kamil  insanın  for-

malaşması üçün həm təlim, tərbiyə, həm də inkişaf sahələrini əhatə 

etdiyindən  pedaqoji  texnologiya  təhsilin  bütün  sahələrinə  (məktə-

bəqədər, orta, ali məktəb, androqogika, ailə, xüsusi, korreksiyaedici, 

sənaye,  sosial  və  s.)  nüfuz  edir.  Təhsildə  texnoloji  yanaşma  tədris 

prosesini  demokratik  prinsiplər  əsasında  idarə  etməyə  imkan  ver-

məklə bərabər təlim məqsədlərinin yüksək səviyyədə yerinə yetiril-

məsinə zəmanət verən fəaliyyət sistemidir .  

Texnoloji yanaşmanın strukturunu şaquli və üfüqi olmaqla iki 

yerə bölmək olar. Məlumdur ki, istənilən prosesdə texnoloji yanaş-

ma pedaqoji  fəaliyyətin  müəyyən sahəsini  əhatə  edir.  Bu fəaliyyət, 

bir  tərəfdən  özündə  istifadə  olunan  texnologiyanın  müəyyən  tərkib 

hissələrini, parametrlərini, digər tərəfdən, bütövlükdə texnologiyala-

rın özünü birləşdirir.  Belə iyerarxik  strukturda, texnoloji  yanaşma-

nın  şaquli  strukturunda,  bir-birilə  əlaqəli  –  meta,  makro  və  mikro 

texnologiyaları ayırmaq lazımdır.  

 

metatexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahəsin-



də  sosial  siyasəti  həyata  keçirməyə  imkan  verən  ümumpedaqoji 


 

223 


(ümumdidaktik, ümumtərbiyə) texnologiyadır. Belə texnologiyalara 

misal  olaraq  inkişafetdirici  təlim  texnologiyalarını,  regionlarda  tə-

lim keyfiyyətinin idarə olunması və konkret məktəbdə tərbiyə işinin 

təşkili üçün tətbiq olunan texnologiyaları göstərmək olar. 

 

makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiya hər 



hansı təhsil sahəsini, təlim-tərbiyə prosesinin müəyyən istiqamətini, 

ümumpedaqoji və ümummetodiki səviyyədə fənnin tədrisi ilə bağlı 

fəaliyyət  sahələrini  əhatə  edir.  Belə  texnologiyalara  misal  olaraq 

ayrı-ayrı fənlərin tədrisi texnologiyalarını, bərpaedici təlim texnolo-

giyalarını göstərmək olar.  

 



mezotexnologiya  və  ya  lokal-modul  texnologiya  təlim-tər-

biyə  prosesinin  ayrı-ayrı  hissələri  (modulları),  xüsusi,  didaktik, 

metodik və ya tərbiyənin müəyyən bir problem sahəsi ilə bağlı mə-

sələləri  həll  etmək  üçün  tətbiq  olunan  texnologiyadır.  Belə  texno-

logiyalara  misal  olaraq  təlim-tərbiyə  prosesində  ayrı-ayrı  fəaliyyət 

sahələri,  verilmiş  mövzunun  öyrənilməsi,  dərsin  gedişi,  materialın 

mənimsənilməsi, təkrar olunması və keyfiyyətə nəzarətin təşkili ilə 

bağlı texnologiyaları göstərmək olar.  

 

mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasındakı 



operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin həlli ilə 

bağlı texnologiyadır. Belə texnologiyalara misal olaraq yazı vərdiş-

lərinin  formalaşdırılması,  subyektin  (şəxsiyyətin,  tədris  prosesinin 

iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası üçün treninqlərin 

təşkili ilə bağlı texnologiyaları göstərmək olar. 

Texnoloji  yanaşmanın  üfüqi  strukturu  isə  özündə  pedaqoji 

nəzəriyyə və pedaqoji təcrübəyə əsaslanmış, müəyyən problemi həll 

etmək  üçün  istifadə  olunan  elmi-nəzəri  texnologiyaları,  qabaq-

cadan  müəyyənləşdirilmiş,  gözlənilən  nəticənin  yerinə  yetirilməsi 

üçün istifadə edilən modelləri, metod və üsulları, alqoritmləri əhatə 

edən və özündə birləşdirən formal-təsviri  xarakterli  texnologiya-

ları,  pedaqoji  prosesin  iştirakçılarının  fəaliyyət  sahələrində  aldığı 

nəticələrin  təhlili,  təşkili  və  planlaşdırılmış  yeni  işlərin  həyata  ke-

çirilməsini təmin etmək üçün tətbiq olunan prosessual-aktiv texno-

logiyaları birləşdirilir.  

Pedaqoji proses müəyyən prinsiplər sistemi üzərində qurulur, 

Pedaqoji  texnologiya  isə  həmin  prinsiplərin  ardıcıl  həyata  keçiril-



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə