Annotasiya


Şəxsiyyətin pedaqoji-psixoloji xüsusiyyətləri



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə46/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   382
N 211

 
3.3. Şəxsiyyətin pedaqoji-psixoloji xüsusiyyətləri 
Şəxsiyyət – 
b
iogenetik, sosiogenetik və psixogenetik element-
lərin inteqral vəhdətidir. 
Şəxsiyyət – 
içərisində yaşadığı dövrün, ictimai-siyasi qurulu-
şun, sosial mühitin məhsuludur. 
Şəxsiyyət – 
fiziki cəhətdən normal olub, fərdi psixoloji xassə-
ləri (temperament, xarakter, qabiliyyət) olan və ictimai vəzifələri 
(real varlığa, adamlara, cəmiyyətə, əməyə münasibəti, ictimai fəa-
liyyəti və s.) yerinə yetirən, müəyyən ictimai-tarixi dövrdə (zaman 
kəsiyində) yaşayan konkret insandır. 
Şəxsiyyət
ətraf mühitin obyektiv qanunları əsasında forma-
laşır. Bunun da nəticəsində onun sosial davranışı müəyyən məzmun 
kəsb edir. İnsanın onu əhatə edən fiziki və sosial mühiti öyrənməsi 
uzun çəkən bir prosesdir. Bu öyrənmə prosesi onun həyatının sonu-
nadək davam edir. Uşaq bir yaş yarımdan sonra “mən” anlayışını 
başa düşür. Uşaq daim özünü başqaları ilə müqayisə edir. Nəticədə 
o, ətraf mühitin sosial təcrübəsini qəbul edir, özü də sosiallaşır və 
formalaşır. 
Şəxsiyyətin başqa şəxsiyyətlərlə əlaqəsi olmasa, o, özünü də 
dərk edə bilməz. Belə ilkin əlaqələr sosial qrup daxilində yaranır. 
Sosial mühit insanın formalaşmasında güzgü rolunu oynayır. Şəx-


90 
siyyətin sosiallaşmasında şəxsi nümunələr, normal həyat tərzi, nor-
mal məişət, xoş ailə münasibətləri, yoldaşlar, bilikli müəllimlər, onu 
əhatə edən insanların ona qayğısı və s. müsbət rol oynayır. 
3
.
4.
Şəxsiyyətin strukturu 
 
Pedaqoji və psixоlоji tədqiqаtlаr göstərir ki, şəxsiyyətin 
strukturunа dаxil оlаn elementlər həm kооrdinаtiv (аyrı-аyrı-
lıqdа mövcud оlmа), həm də subоrdinаtiv (biri digərindən аsılı 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə