Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə43/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   382
N 211

III fəsil 
 
ŞƏXSİYYƏTİN İNKİŞAFI VƏ FORMALAŞMASI 
MƏSƏLƏLƏRİ 

 
Əhatə olunan məsələlər: 
3.1.
Şəxsiyyətin inkişafı haqqında tarixi nəzəriyyələrə xülasə. 
3.2.
Şəxsiyyət, onun inkişafı və tərbiyəsi.
3.3.
Şəxsiyyətin pedaqoji-psixoloji xüsusiyyətləri. 
3.4.
Şəxsiyyətin strukturu. 
3.5.
Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı konseptual fikirlər. 
3.6.
Şəxsiyyətin inkişafı və tərbiyəsində irsiyyətin rolu.
3.7.
Şəxsiyyətin inkişafı və tərbiyəsində mühitin rolu. 
3.8.
Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin rolu. 
3.9.
Şəxsiyyətin inkişafı və tərbiyəsində “qoşa amil” nəzəriyyəsi. 
3.10.
Şəxsiyyətin inkişafında müxtəlif fəaliyyət növlərinin rolu. 
 
 


83 
3.1. Şəxsiyyətin inkişafı haqqında 
tarixi nəzəriyyələrə xülasə 
 
Şəxsiyyət problemi, onun müxtəlif yönlərdən öyrənilməsi hələ 
antik filosofların marağına səbəb olmuş və Sokrat, Platon, Aristotel 
şəxsiyyətin inkişafı və formalaşması haqqında dəyərli fikirlər 
söyləmişlər. 
Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi və qarşılıqlı əla-
qələri Şərq fəlsəfəsinin, pedaqoji, psixoloji fikrinin də həmişə hə-
dəfi olmuş, bu istiqamətdə Nizami Gəncəvinin, Füzulinin, Nəsimi-
nin, Nəsirəddin Tusinin, Əvhədinin, habelə Sədi Şirazinin, İmam 
Qəzzalinin, Cəlaləddin Ruminin və başqalarının dəyərli fikirləri, 
şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd nəsihətləri məlumdur. 
Şəxsiyyətin inkişafı, tərbiyəsi, yaş xüsusiyyətləri və onun 
dövrləri Azərbaycan xalq pedaqoji fikrində də özünə möhkəm yer 
tutmuş, bu barədə xalqın düşüncə və fikirləri, mülahizələri bütün 
dövrlərdə yüksək dəyər və qiymətə malik olmuşdur. 
Şəxsiyyət probleminin tədqiqi ilə bağlı keçən əsrdən başlaya-
raq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə alimlər, xüsusilə 
pedaqoq və psixoloqlar daha ciddi və sistemli tədqiqat işləri apar-
mış, çoxsaylı məqalələr, elmi əsərlər yazıb-yaratmışlar. Bu sahədə 
aparılan tədqiqat işləri çox geniş bir sahəni əhatə etdiyindən müəl-
liflər şəxsiyyətin çoxyönlü sahələrini, müxtəlif cəhətlərini diqqətlə 
araşdırmışlar. Digər tərəfdən də şəxsiyyət problemi ilə təkcə peda-
qoq və psixoloqlar məşğul olmamış, bu problemin tədqiqi ilə həm-
çinin filosoflar, sosiloqlar, bioloqlar, fizioloqlar, erqonomiklər məş-
ğul olmuş və problem bir çox humanitar elm sahələrinin – etika, es-
tetika, hüquq elminin həmişə tədqiqat obyekti olmuşdur. 
Pedаqоgikа şəxsiyyəti tərbiyənin оbyekti, fəаliyyəti isə sub-
yekti bаxımındаn öyrənir, şəxsiyyətin inkişаfındа tərbiyənin möv-
qeyini, onların qarşılıqlı əlaqələrini meydаnа çıxаrır. 
Bütün bunlarla bərabər şəxsiyyət probleminə müxtəlif cəhət-
lərdən və mövqelərdən yanaşılmış, xeyli ciddi əsərlər yazılmış və 
ardıcıl olaraq da bu sahə tədqiq edilməkdədir. 
Şəxsiyyət dedikdə, şüurlu fəaliyyət göstərən, sosial münasi-
bətlərdə iştirak edən, yaxşı əməllər sahibi olan, ətrаf aləmi yaxşılaş-


84 
dıran və ya bu barədə düşünən xeyirxah, humanist insan nəzərdə 
tutulur. 
Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı sistemli tədqiqat iş-
ləri 1930-cu illərdən etibarən başlamışdır. 1930-cu illərdə şəxsiyyə-
tin əxlaq tərbiyəsində şüurlu intizam tərbiyəsinin roluna dair ilkin 
tədqiqatlar meydana gəldiyi zaman B.B. Komarovski, A.O.Mako-
velski, M.Rəhimli refleksoloji, biogenetik, sosiogenetik nəzəriyyə-
lər irəli sürdülər. Həmin dövrün tədqiqatlarında şüurlu intizam 
tərbiyəsinin yeni yollar axtarışında şüuraltı və qeyri-şüuri proseslər 
pedaqoq və psixoloqların əsas diqqət mərkəzində idi. Xarici ölkə 
pedaqoji konsepsiyalarına, xüsusilə Avstriya alimi Z.Freydin tədqi-
qatlarına o zamanlar hələ qadağa qoyulmamışdı. Tədqiqatçılar əx-
laqi aktların dəyişməsindən (sublimasiyasından), təcavüzkar əməl-
lərin mexanizmlərinin öyrənilməsindən həvəslə yazır, uşaqlarla tər-
biyəvi işin elə formasını axtarırdılar ki, şəxsiyyətin hərtərəfli inki-
şafına, şəxsiyyətin mənəvi gücünün açılmasına imkan yarana bilsin. 
1930-cu illərin əvvəllərində irəli çəkilən şəxsiyyətin hərtərəfli 
və harmonik inkişafı problemi çox keçmədi ki, tədqiqatlardan 
sıxışdırılıb çıxarıldı. 1950-1960-cı illlərdə sosial-fəlsəfi və pedaqoji 
ədəbiyyatda hərtərəfli inkişaf etmiş şəxsiyyət modeli yenidən üstün-
lük təşkil etməyə başladı. Amma hazırlanmış belə bir modeldə şəx-
siyyətin ahəngdar inkişafı unudulmuş, şəxsiyyətin bütövlüyü ide-
yası öz əksini tapmamışdı. Bəzi pedaqoq tədqiqatçılar şəxsiyyətin 
hərtərəfli inkişafını peşə universallığı ilə eyniləşdirirdilər. 
Həmin dövrdə "şəxsiyyət", "hərtərəfli və ahəngdar inkişaf et-
miş şəxsiyyət" anlayışları geniş işlədilsə də, bunlar əsasən, siyasi-
ideoloji yönümə, partiyalılıq, kommunist əqidəsi prinsipinə tabe 
etdirilmişdi. 
1960-cı illərdə isə şəxsiyyətin inkişafı və formalaşdırılması 
pedaqoqlar tərəfindən daha dialektik şəkildə başa düşüldü. Yeni 
tədqiqatlar hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət nəzəriyyəsini 
zənginləşdirdi. Şagirdlərin şəxsiyyətinə güclü təsir göstərən bioloji, 
sosioloji, biososial və pedaqoji amillər arasındakı qanunauyğunluq-
lar aşkar edildi və tədqiq edilməyə başlandı. İctimai və şəxsi 
maraqlar probleminin şəxsiyyətin inkişafında mövqeyi aydınlaşdı-
rıldı, bu münasibətin şəxsiyyətin bütövlüyündə, mənəvi və fiziki 


85 
cəhətdən inkişafında böyük rolu göstərildi. 
1960 və 1970-ci illərdə şəxsiyyətin hərtərəfli öyrənilməsi, 
şəxsiyyətin təlimini, tərbiyəsini və inkişafını qarşılıqlı əlaqədə, vəh-
dətdə-kompleks olaraq həyata keçirilməsi tədqiqat işlərinin mərkə-
zində dururdu. Şəxsiyyətin inkişafına kompleks yanaşmaq şəxsiy-
yətin düzgün tərbiyəsi üçün əsas şərt hesab edilirdi. Təəssüflər ol-
sun ki, sonrakı illərdə bəzi tədqiqat işlərində şəxsiyyətin tərbiyəsin-
də bu ideya nəzərə alınmamışdı. 
1979 - 1980-cı illərdə sırf şəxsiyyət probleminə, şəxsiyyətin 
inkişafına və formalaşmasına həsr olunmuş kitablar da meydana 
gəldi. Şəxsiyyət problemini ictimai-siyasi, ideoloji tərbiyəvi 
baxımdan tədqiqi ön planda durdu. 
1979 - 1980-ci illərdə Azərbaycan pedaqoji mətbuatında 
şəxsiyyətin "Fəal həyat mövqeyi" anlayışı tez-tez işlənir və tədricən 
pedaqoji elmin metodoloji probleminə çevrilirdi. Bu problem fəl-
səfi, tarixi, sosioloji aspektlərdən tədqiq olunmağa başladı və 
pedaqoji yönümdən ilkin araşdırmalar meydana gəldi. 
1979-cu il aprel ayının 25-dən 27-dək Bakı şəhərində keçiri-
lən "Fəal həyat mövqeyinin formalaşdırılması: Mənəvi tərbiyənin 
təcrübəsi və aktual problemləri" nə həsr olunmuş Ümumittifaq 
Konfransında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 
geniş məruzə ilə çıxış etmişdir. Məruzədə şəxsiyyətin fəal həyat 
mövqeyinin formalaşdırılmasının əsas istiqamətləri, onun mahiyyə-
ti, məqsəd və vəzifələri şərh edilmişdir. Daha sonralar bu fikirlərin 
davamı kimi Ulu öndərimniz Heydər Əliyev Gənclərin Birinci 
Ümumrespublika Konfransında şəxsiyyətin inkişafının səciyyəvi 
cəhətlərini, onun tərbiyəsinin əsas istiqamətlərini göstərmiş, xüsu-
silə gənclərin mənəvi tərbiyəsinin şəxsiyyətin tərbiyəsində mühüm 
rolu olduğu qeyd etmişdir. 
Fəal həyat mövqeyi problemini yeniyetmə prizmasından təd-
qiq edən müəlliflər göstərmişlər ki, fəal həyat mövqeyinin ilkin əla-
mətləri uşaqlıq dövründən təzahür etməyə başlayır, məktəb illə-
rində, müstəqil əmək və ictimai fəaliyyət dövründə, əmək kollektiv-
lərində dinamik inkişaf xətti ilə formalaşır, mürəkkəb situasiyalarda, 
əqidələrin sınağında özünü təsdiq edib yetkin şəxsiyyətin inteqral 
xassəsinə çevrilir. Problemi ilk dəfə akademik M.Mehdizadə ətraflı 


86 
tədqiq etmiş,
anlayışın fəlsəfi-sosioloji, pedaqoji-psixoloji mahiyyə-
tini açmış, kompleks tərbiyə sistemində fəal həyat mövqeyinin əhə-
miyyətini şərh etmiş, fənlərin tərbiyəyə təsir potensialını üzə çıxar-
mış və onu reallaşdırmağın səmərəli yollarını müəyyənləşdirmişdir. 
Əgər 1970-1980-ci illərdə şəxsiyyətin tərbiyəsinə və inkişafı-
na sırf tərbiyə funksiyаlаrını yerinə yetirən bir sistem kimi bаxı-
lırdısа, 1990-cı illərdə bu tendensiyа dəyişdi. Bu mənаdа tərbiyəvi 
işlərdə də təlim elementləri vаrdır. Burаdа dа insаnın prаktik 
fəаliyyəti və dаvrаnışı üçün zəruri оlаn biliklər öyrədilir. Biliklər 
sisteminə əsаslаnmаyаn tərbiyə sistemi və prоsesi yоxdur. Əgər biz 
sinifdənxаric şərаitdə etik söhbət аpаrırıqsа, deməli, hаnsısа etik 
bilikləri öyrətmək istəyirik. Bunun özü də təlim prоsesidir. Sinif-
dərs sistemindəki bütün fəаliyyət növləri təhsilləndirici, tərbiyəedici 
və inkişаfetdirici funksiyаlаrı yerinə yetirdiyi kimi, sinifdənxаric və 
məktəbdənkаnаr şərаitdə həyаtа keçirilən bütün növ işlərdə şəx-
siyyətin inkişafı üçün təhsilləndirici, tərbiyəedici və inkişаfetdirici 
funksiyаlаr da yerinə yetirilir. Təhsil və tərbiyə məktəb şərаitində 
vаhid təlim prоsesinin iki tərəfidir, vаhid nəzəriyyəyə dаxil оlаn 
ideyаlаr, аnlаyışlаr, qаnunаuyğunluqlаr, prinsip və qаydаlаr аrаsın-
dа ziddiyyət оlа bilməz. Çünki bunlаr nəzəriyyənin struktur ele-
mentləridir. Hаlbuki uzun müddət məqsəd kаmil şəxsiyyət yetişdir-
mək olduğu hаldа, məktəblərimizdə şаgird şəxsiyyətinin inkişafının 
və tərbiyəsinin hissə-hissə həyata keçirilən proses kimi reallaşdırıl-
masına cəhd edilmişdir. 
Təlim və tərbiyə prosesi üçün vаhid pedaqoji prinsip və vahid 
metоdlаrın yаrаdılmаsı, təsnifаtın həmin əsаslаr üzrə аpаrılmаsı 
fikri 1990-cı və 2000-ci illərdə davam etdirilmişdir. 
Müasir dövrdə yeni pedaqoji, psixoloji konsepsiyalara görə, 
şаgirdin bir şəxsiyyət kimi fоrmаlаşdırılmаsı və inkişаf etdirilməsi 
üçün təhsil humаnistləşdirilməli, demоkrаtikləşdirilməli, humаnitаr-
lаşdırılmаlıdır. Təlim təhsilləndirici, inkişаfetdirici və tərbiyəedici 
оlmаlı, fərdiləşdirilməli və diferensiаllаşdırılmаlıdır. Yeni pedaqoji 
təfəkkürdə şagirdin bir şəxiyyət kimi formalaşdırılması təhsil siste-
minin başlıca vəzifəsi olmalıdır. Bu köklü vəzifənin həyata 
keçirilməsi üçün təhsil humanist və demokratik prinsiplər əsasında 
qurulmalıdır. 


87 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə