Annotasiya


İnduktiv və deduktiv metodlar



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə41/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   382
N 211

İnduktiv və deduktiv metodlar
. Bunlar empirik yolla alınan 
məlumatları məntiqi ümumiləşdirmə metodlarıdır. İnduktiv metod 
fikrin inkişafının xüsusi mühakimələrdən ümumi nəticələrə doğru 
getməsini nəzərdə tutur. Deduktiv metodda əksinə olur, fikir ümumi 
mühakimədən xüsusi nəticəyə doğru inkişaf edir.
2.4. Pedaqoji tədqiqatların texnologiyası 
(və ya tədqiqatın metodoloji aparatı

Pedaqogika üzrə tədqiqatlar dedikdə təhsil, təlim və tərbiyənin 
qanunauyğunluqları, prinsipləri, strukturu, məzmunu, texnologiyası 
və s. haqqında yeni biliklər almaq üçün elmi fəaliyyət prosesi və 
onun nəticəsi başa düşülür. Pedaqoji tədqiqatlar faktları və hadi-
sələri izah və təhlil edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır, 
tövsiyələr hazırlayır, faktlar və hadisələr haqqında qabaqcadan 
xəbər verir. Pedaqoji tədqiqatlar istiqamətlərinə görə fundamental, 
tətbiqi və işləmələr xarakterli olurlar. Fundamental tədqiqatların nə-
ticəsi kimi ümumiləşdirilmiş konsepsiyalar işlənib hazırlanır. Bu 
konsepsiyalar pedaqogikanın nəzəri və praktik nailiyyətlərini ümu-
miləşdirir və ya proqnostik əsasda pedaqoji sistemlərin inkişaf mo-
delini işləyib hazırlayır. Tətbiqi tədqiqatlar pedaqoji prosesin ayrı-
ayrı tərəflərini dərindən öyrənmək, çoxtərəfli pedaqoji praktikanın 


76 
qanunauyğunluqlarını aşkara çıxarmaq məqsədilə aparılır. İşləmələr 
dedikdə, məlum nəzəri müddəaları nəzərə almaqla konkret elmi-
praktik tövsiyələri əsaslandırmaq başa düşülür.
Hər hansı pedaqoji tədqiqat, o cümlədən dissertasiya işi ümu-
mi qəbul olunmuş metodoloji parametrləri müəyyənləşdirməyi nə-
zərdə tutur. Pedaqoji tədqiqatın keyfiyyətinin əsas kriteriyaları onun 
aktuallığı, yeniliyi, nəzəri və praktik əhəmiyyətidir. Tədqiqatın ak-
tuallığının ətraflı və dəqiq əhatə olunması, obyektlə predmetin dü-
rüst şəkildə fərqləndirilməsi, predmetin dissertasiyanın adını təkrar-
lamaması, fərziyyənin dəqiq qoyulması, məqsəd və vəzifənin şərhi-
nin qarışdırılmaması, fərziyyə ilə əlaqəsinin dəqiq müəyyənləşdiril-
məsi, müdafiəyə təqdim olunan müddəaların dərin tədqiqat xarakte-
ri daşıması və s. dissertasiyaların girişi – tədqiqat proqramının biri-
nci bölməsi (burada metodoloji məsələlər ehtiva olunur) ilə bağlı 
mühüm tələblərdir.
Proqramın ikinci bölməsində tədqiqatın strateji planı, həm-
çinin ilkin məlumatların toplanması və təhlilinin əsas proseduraları 
açılır. Araşdırmalardan belə qənaət hasil olur ki, pedaqoji tədqiqatın 
metodoloji aparatına daxil olan məsələlərin formuləsində bir sıra 
yanılmalara yol verildiyi özünü göstərir. Odur ki, onların üzərində 
bir qədər ətraflı dayanmağa lüzum vardır. Məlum olduğu kimi, 
ümumi şəkildə tədqiqatın aktuallığı, elmi ideyalara və praktik tövsi-
yələrə olan tələbat ilə hazırda elmin və praktikanın verə biləcəyi 
təkliflər arasında ziddiyyət dərəcəsini xarakterizə edir. Elmi prob-
lem əsas ziddiyyəti ifadə edir və elmin vasitələri (elmin qanuna-
uyğunluqları, prinsipləri, metodları, anlayışları, amilləri, faktları, 
hadisələri və s.) ilə həll olunur. Tədqiqatın məqsədi problemin həl-
lindən ibarətdir. Problemin ifadə olunması tədqiqatın mövzusunun 
seçilməsinə gətirib çıxarır.
Tədqiqatın problemi çox vaxt hazır verilir. Belə hallarda prob-
lem təcrübədən doğduğundan, onun diktəsi ilə meydana gəldiyindən 
qanunauyğun olur. Bununla belə, bəzən çatışmazlıq, zəiflik burada 
ondan ibarət olur ki, tədqiqatçı problemin əks olunduğu situasiyanı 
tanımır. O, hansı şəraitin problem situasiyaya gətirdiyini və bunun 
ardınca problemin həllinin müəyyənləşdirilməsi ilə məhdudlaşdığını 
yəqin etmək imkanından məhrumdur. Tədqiqatçı problem seçərkən 


77 
onun qoyulması üçün zəruri olan şəraiti dəqiq təsəvvür etməlidir. 
Tədqiqatçının nəzəriyyəni və təcrübəni təhlil etmək əsasında müs-
təqil problemin qoyuluşuna gəlib çıxması məntiqi cəhətdən özünü 
doğruldur. Bəzən tədqiqatın problemini fəaliyyətindəki problem 
şəraitin təhlilinə əsasən müəllif özü formalaşdırır. Belə problemlər 
çox vaxt nəzəri olur. Bu, praktik pedaqoqun – müəllimin araşdırılan 
problemin nəzəriyyəsini dərindən bilməməsi üzündən baş verir. 
Belə halda problem özünün nəzəri mahiyyətini itirir və praktik mə-
sələyə çevrilir. Təlimin metodikası üzrə tədqiqatların bir çoxu elə 
bu səbəbə görə lazımi səviyyədə sonuclanmamış qalır. Konkret di-
daktik vəzifələrin həlli üçün tədqiqatlarda məlum nəzəri məsələlərin 
tətbiqinin yolları və vasitələri ilə məhdudlaşdırmaq da qanunauyğun 
hal deyil . 
Tədqiqat işinin girişində, adətən, qarışdırılan məsələlərdən 
biri tədqiqatın obyekti və predmetidir. “Obyekt” latın sözüdür, 
mənası “yer”, məkan” ”proses”, “hal” “predmet” deməkdir. A.Smitə 
görə, obyekt – konkret dərk edilən predmet, vahidlik və ya mövcud-
luqdur. Obyektin konkret funksiyası və fəliyyət dairəsi vardır. Elm 
üçün mütləq onun elmi sərhədləri olmalıdır. 
Obyekt bizdən kənarda və bizim şüurumuzdan asılı olmayaraq 
mövcud olan xarici aləmdir. Pedaqoji gerçəklik bu böyük obyektin 
bir hissəsidir. Bu hissəni – predmeti pedaqogika elmi öyrənir. 
Azərbaycan dilindəki bəzi pedaqogika üzrə dərslik və dərs vəsaitlə-
rində yanlış olaraq “predmet” anlayışını “mövzu” anlayışı ilə eyni-
ləşdirirlər. Halbuki “predmet” və “mövzu” eyni tutuma malik anla-
yışlar deyildir. Pedaqogika üzrə tədqiqatlarda buraxılan ənənəvi 
səhvlərdən biri budur. Odur ki, elmi tədqiqatların predmeti dedikdə, 
pedaqoji varlıq başa düşülməlidir. Bu həm nəzəri, həm də tarixi 
mövzuların tədqiqinə aiddir. Tədqiqatın mövzusu dedikdə isə, 
həmin pedaqoji varlıqdakı çoxsaylı komponentlərdən biri (tədqiq 
etmək istənilən komponent, mövzu) nəzərdə tutulmalıdır.
Professor Y.Ş.Kərimov göstərir ki, obyekt idrak nəzəriyyəsin-
də dərk edilən subyektdən asılı olmayan, onun idrak fəaliyyətinə 
qarşı duran proses, hadisədir. Eyni obyekt başqa mövzuya, hətta 
başqa elmə də aid ola bilər. Obyekt xüsusi şəraitdə təlim, tərbiyə, 
inkişaf prosesi, yeni təhsil sisteminin yaranması, şəxsiyyətin forma-


78 
laşdırılması prosesidir. Tədqiqatın predmetinin köməyi ilə tədqiqat-
çı xüsusi cəhdlə öyrənməli olduğu obyektin əlamətlərini, başlıcası, 
daha əhəmiyyətli olanı ayırmaqla bütövlükdə obyekti dərk edir, ona 
münasibəti qeydə alır. Eyni obyekt müxtəlif tədqiqatların problemi 
ola bilməz. Ona görə də predmet ancaq öyrənilməsi vacib olan ele-
mentləri əhatə edir. Predmetdə axtarışın vəzifəsi, sərhədləri, onların 
müvafiq vasitələrlə, metod və priyomlarla həlli əhatə edilir . 
Tədqiqatın məqsədində onun ümumi və aralıq nəticələri, əldə 
ediləcək nailiyyətlər haqqında təsəvvür əsaslandırılır. Məqsəd ob-
yekt və predmetə əsaslanmalıdır. Məqsəddə tədqiqatın ümumi ide-
yası dəqiq və lakonik şəkildə formalaşır. Məqsəd bilavasitə prob-
lemlə bağlı olur, ondan irəli gəlir, lakin onları eyniləşdirmək olmaz. 
Bəzən dissertasiyanın elmi nəticəsi əvəzinə yeni elmi bilik nəzərdə 
tutulur, bununla da məqsəd dəqiq olmur.
Tədqiqatın vəzifələri onun məqsədinə xidmət edir. Təsadüfi 
deyildir ki, psixoloqlar məqsəd və vəzifəni vəhdətdə götürürlər. Və-
zifə, əslində, konkret şəraitdə yerinə yetirilən məqsəddir. Tədqiqatçı 
məqsədə nail olmaq üçün tədqiqatın məntiqini qeyd etməklə nə et-
məyin lazım olması haqqında təsəvvür yaradan xüsusi tədqiqat vəzi-
fələrini formalaşdırır. Hər hansı məqsədə xidmət edən bir neçə 
vəzifə nəzərdə tutulur. Vəzifələr məqsədin məzmununu, mahiyyəti-
ni dəqiq təsəvvür etməyə imkan verir. 
Tədqiqatın fərziyyəsi mahiyyəti bilinməyən, elmi güman, 
ehtimal olub, elmi biliklərin inkişafının, nəzəriyyənin, struktur ele-
mentlərinin metodlarından, təkliflərindən biridir. Fərziyyə tədqi-
qatın qarşısında qoyulmuş məqsədə hansı yolla çatmağın gümanını 
qurur. Fərziyyədə irəli sürülən ehtimal nəzəri təhlil, daha çox eks-
perimentin köməyi ilə yoxlanır. Eksperiment fərziyyəni ya təsdiq 
edir, ya da ehtimalı inkar edir. Belə olduqda yeni fərziyyə irəli 
sürülür. Dəqiq fərziyyə tədqiqatın gedişini, nəticəsini görməyə və 
qaydaya salmağa imkan verir.
Bəzən tədqiq olunan hadisənin müxtəlif cəhətlərini əhatə edən 
çox variantlı fərziyyə formalaşdırılmalı olur. Bununla tədqiqatçı öz 
işini zənginləşdirir, öz mövqeyini möhkəmləndirir.
Tədqiqat işində irəli sürülən müddəalar bir növ onun 
predmetinə uyğun gəlir. Mövzudan asılı olaraq müdafiəyə prinsip-


79 
lər, tələblər, nəyinsə elimi cəhətdən əsaslandırılması, nəyinsə varlı-
ğının şəraiti, nəyinsə mexanizmi, nəyinsə səmərəliliyinin meyarları, 
model, sxem, metodlar, priyomlar, vasitələr və s. belə müddəalar 
təqdim olunur. Müdafiəyə təqdim olunan müddəalar hamını düşün-
dürən, işlənməsi gözlənilən məsələlər olmalıdır.
Müdafiəyə çıxarılan müddəalar həmin mövzuda tədqiqatın 
aparılması zərurətindən, pedaqoji ictimaiyyəti, təhsili narahat edən 
problemlərin sadalanmasının vacibliyi ilə səsləşməlidir.
Hər bir tədqiqatın uğuru onun metodologiyasının düzgün 
müəyyənləşdirilməsindən asılıdır. Adətən, təhsil konsepsiyası, təhsil 
qanunu, hökumətin təhsil, gənc nəslin tərbiyəsi haqqında qərar və 
sərəncamları, dialektik materialist fəlsəfə, idrak nəzəriyyəsi, gör-
kəmli nəzəriyyəçi pedaqoq və psixoloqların fikirləri tədqiqatın 
fundamental əsasları hesab edilir.
Hər hansı ciddi tədqiqat elmi yeniliklə nəticələnir. Yeniliyin 
dərəcəsi, dəyəri müxtəlif səviyyədə ola bilər. Yenilik yığcam şəkil-
də nəticədə öz əksini tapır. Bir çox hallarda tədqiqatın elmi yenili-
yini nəzəri əhəmiyyətlə eyniləşdirirlər. Elmi yenilikdən fərqli olaraq 
nəzəri əhəmiyyət elmi yeniliyin yerini, elmin inkişafında onun 
dəyərini göstərir. Nəzəri əhəmiyyət dedikdə, tədqiqatın nəticələrinin 
mövcud konsepsiyaya, pedaqoji nəzəriyyəyə təsir göstərən nəzəri 
təsəvvürlər başa düşülür. Nəzəri əhəmiyyət elmi yeniliklə bilavasitə 
pedaqoji prosesin mahiyyəti və qanunauyğunluqları ilə, nəticənin 
sübut və perspektivliyi ilə əlaqədar olub həmin məsələlərin tədris 
təcrübəsində tətbiqi ilə əlaqədar olur, ideyanın doğruluğu haqqında 
mühakimə yürütməyə imkan verir. Əslində tədqiqatın nəzəri 
əhəmiyyəti onun elmi yeniliyində və nəticəsində öz əksini tapır.
Tədqiqatın nəticələrində onun tətbiqinin pedaqoji təcrübəyə nə 
verəcəyi, təlim-tərbiyənin keyfiyyətinin yüksəlməsində nə kimi rol 
oynayacağı təsvir edilir. Yeniliyin tətbiqi sahəsi, dairəsi, verə biləcəyi 
fayda, sosial-iqtisadi səmərə onun əhəmiyyətini dəyərləndirir.
Tədqiqatın məntiqi və dinamikası bir sıra mərhələlərin həyata 
keçirilməsini nəzərdə tutur: empirik, hipotetik (fərziyyə), eksperi-
mental-nəzəri (və ya nəzəri), proqnostik.
Empirik mərhələdə tədqiqatın mövzusu barədə təsəvvür alınır, 
real təhsil praktikası, elmi biliklərin səviyyəsi ilə hadisələrin 


80 
mahiyyətini anlamaq tələbatı arasında ziddiyyət aşkara çıxarılır, 
elmi problem ifadə olunur. Empirik analizin əsas nəticəsi tədqiqatın 
fərziyyəsi hesab olunur. Hipotetik mərhələ tədqiqatın mövzusu 
haqqında faktiki təsəvvürlər ilə onun mahiyyətini başa düşmək zə-
rurəti arasında ziddiyyəti həll etməyə yönəldilir. Bu mərhələ təd-
qiqatın empirik səviyyəsindən nəzəri (və ya eksperimental-nəzəri) 
səviyyəsinə keçməyə şərait yaradır. Nəzəri mərhələdə tədqiqatın 
mövzusu haqqında təsəvvürlər ilə həmin mövzu barədə sistemli 
təsəvvürlər almağa olan tələbat arasında ziddiyyətin aradan qaldırıl-
ması ilə bağlıdır. Tədqiqat nəticəsində yaranan nəzəriyyə proqnostik 
mərhələyə keçməyə imkan verir. Bu mərhələdə tədqiqatın mövzusu 
haqqında alınan təsəvvür ilə onun (mövzunun) yeni şəraitdə inkişa-
fını qabaqcadan görmək zərurəti arasında ziddiyyəti həll etmək 
tələb olunur.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə