Annotasiya


Tarixi müqayisəli tədqiqat üsulu



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə40/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   382
N 211

Tarixi müqayisəli tədqiqat üsulu.
Azərbaycanda təhsilin, tə-
lim və tərbiyə məsələlərinin, habelə pedaqoji fikrin tarixini və ya 
xarici ölkələrdə müxtəlif təhsil sistemlərinin xüsusiyyətlərini müqa-


74 
yisəli şəkildə öyrənmək zərurəti meydana çıxanda tədqiqatın bu 
üsulu tətbiq olunur. 
Formallaşdırma və ekstrapolyasiya 
metodu əldə edilmiş elmi 
nəticələrin dəqiq ifadəsi (ən çox riyazi düstur şəklində), bu ifadə 
zəminində yeni sahələrin, obyektlərin öyrənilməsi ilə bağlıdır. For-
mallaşdırma, əsasən düsturla bağlıdırsa, ekstrapolyasiya az sayda 
faktlara əsaslanaraq ümumi nəzəri nəticələr çıxarmaq və həmin 
nəticələri hələ tədqiq olunmamış faktlara şamil etməkdir.
Aksiomatik 
metod bəzi fikirləri isbatsız olaraq doğru hesab edir 
və həmin fikirlərə əsaslanaraq yeni nəticələr çıxarır. Pedaqogikanın 
aksiomları (isbatsız qəbul edilən həqiqətləri) və teoremləri hələ dəqiq 
müəyyənləşdirilməmişdir. 
Pedaqoji tədqiqatda riyazi üsullar.
Pedaqoji tədqiqatda riyazi 
üsullar, adətən, digər üsulların tərkibində tətbiq edilir və bu zaman 
iki əsas məqsəd güdür: a) toplanmış pedaqoji faktlarda baş verən 
keyfiyyət dəyişikliklərini dəqiqləşdirmək; b) həmin faktlar arasın-
dakı kəmiyyət asılılığını təyin etmək. 
Nəticə etibarilə riyazi üsullar pedaqoji qanunauyğunluqların 
elmi cəhətdən dəqiq ifadə olunmasına şərait yaradır və tədqiqatın 
elmiliyini yüksəldir. 
Pedaqoji tədqiqatda istifadəsi faydalı olan riyazi üsullar çox-
dur. Orta riyazi göstəricilərin hesablanması, dispersiya əməliyyatı, 
orta kvadrat sanmanın müəyyənləşdirilməsi, variantlıq əmsalının 
tapılması və s. 
Təlim və tərbiyə problemlərinin öyrənilməsi zamanı daha ge-
niş istifadə edilən sadə riyazi üsullar bunlardır: qeydəalma, nizamla-
ma və qiymətləndirmə. 
Qeydəalma 
– toplanan pedaqoji faktların və ya hadisələrin hər 
birində müvafiq əlamətin olduğunu müəyyənləşdirmək, habelə bu 
cür əlamətin xas olmadığı faktların ümumi miqdarını təyin etmək 
prosesidir. 
Nizamlama 
– toplanmış pedaqoji faktların müəyyən ardıcıl-
lıqla düzülməsi prosesidir. Bu üsulun tətbiqində iki cəhət nəzərə 
alınır: a) faktların eyni əlamət üzrə düzülməsi; b) faktların düzül-
məsində həmin əlamətin getdikcə gücləndiyinin və ya zəiflədiyinin 
müəyyənləşdirilməsi. 


75 
Qiymətləndirmə
– pedaqoji faktların ayrı-ayrı əlamətlərini 
rəqəm göstəriciləri ilə əvəz etməyə imkan verir. Pedaqoji faktların 
müvafiq əlamətləri rəqəm göstəriciləri ilə ifadə olunduqda diqqət-
dən yayına biləcək qanunauyğunluğu tapmaq asandır.
Pedaqoji test
. Pedaqoji test pedaqoji prosesin öyrənilən tərəfi-
ni ciddi nəzarət olunan şəraitdə obyektiv öyrənməyə imkan verən 
məqsədyönlü, hamı üçün eyni zamanda keçirilən yoxlamadır. Başqa 
yoxlama metodlarından fərqli olaraq test dəqiqliyi, sadəliyi, avto-
matlaşdırma imkanları ilə seçilir. Pedaqogikada test, hər şeydən əv-
vəl, şagirdlərin təlim müvəffəqiyyətini yoxlamaq üçün tətbiq olu-
nur. Bu məqsədlə “müvəffəqiyyət”, “yekun”, “sürət” və şagirdlərin 
“əqli inkişaf səviyyəsini” müəyyənləşdirən testlərdən geniş istifadə 
edilir.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə