SəRBƏst iŞ Tələbə: Yeganə Abdullayeva



Yüklə 416,85 Kb.
səhifə1/5
tarix22.03.2023
ölçüsü416,85 Kb.
#102938
  1   2   3   4   5
Abdullayeva Yeganə KİM-2102B (Pedaqogika-1)


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

SƏRBƏST İŞ
Tələbə: Yeganə Abdullayeva


Müəllim: p.ü.f.d baş müəllim – Quliyeva Kəmalə


Fakültə: Kimya və Biologiya


İxtisas: Kimya müəllimi


Qrup: KİM-2102B


Fənn: Pedaqogika-1


Mövzu: Elmlərin differensiyası. Pedaqoji elmlər sistemi.


Elmlərin differensiyası
Diferensiasiya və inteqrasiya yunan sözləridir. Birinci söz vahidin, bütövün fikrən hissələrə ayrılması, ikinci söz isə əksinə, hissələr arasında qarşılıqlı əlaqə sayəsində tama, bütövə çevrilməsi prosesidir. Bu hadisə pedaqoji prosesə də xasdır. Milli pedaqogikada dörd pedaqoji kateqoriya: təlim, tərbiyə, təhsil və psixoloji inkişaf vahid olan pedaqoji prosesdə birləşir, yəni inteqrasiya edir. Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, diferensiasiya və inteqrasiya hadisəsi nəinki pedaqoji kateqoriyalar arasında, hətta kateqoriyalar daxilində də mümkündür. Nisbi mənada müstəqil olan hər bir kateqoriyada digər kateqoriyaların əlamətləri bu və ya digər dərəcədə iştirak edir. Məsələn, təlim kateqoriyasında təhsilin də, tərbiyənin də, psixoloji inkişafın da əlamətlərini sezmək mümkündür, yaxud təhsil kateqoriyasında təlim, tərbiyə və psixoloji inkişaf əlamətlərini və ya tərbiyə kateqoriyasında təlim, təhsil və psixoloji inkişaf əlamətlərini görmək çətin deyil.
Pedaqoji elmin 200 ildən artıq inkişaf tarixində pedaqoji proses kateqoriyasında gedən diferensiasiya və inteqrasiya hadisələri, ən dialektik proseslər bu elmə məlum olmamışdır. O səbəbdən də tərbiyə kateqoriyası uzun müddət pedaqoji elmin tədqiqat mövzusu hesab edilmişdir.
Bir çox yeniliklərin, o cümlədən də pedaqoji proses kateqoriyasının pedaqoji elmin tədqiqat sahəsi hesab edilməsi, orada cərəyan edən dialektik hadisələrin açılması və s. yeniliklər, demək olar ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlıdır. Müstəqillik Azərbaycan vətəndaşlarına imkan yaratmışdır ki, düşündüklərini sərbəst ifadə etsinlər. Sərbəst formalaşdırılmış fikirlərdən biri məhz pedaqoji prosesin tamlığı ilə, onun tərkib hissələrinin inteqrasiyası və diferensiasiyası ilə əlaqədar olmuşdur.

Təlim kateqoriyasının mahiyyətindən göründüyü kimi, burada qabarıq şəkildə özünü göstərən fənn üzrə bilik və bacarıqların mənimsənilməsidir; təlim zamanı şagirdlərin (tələbələrin) tərbiyə olunmaları və psixoloji cəhətdən inkişafları isə müəyyən dərəcədə kölgədə qalır. Pedaqoji ustalıq səviyyəsi aşağı olan müəllimin bu sonuncu iki cəhət diqqətindən, adətən, yayınır.


Topladığımız faktlar əsasında qətiyyətlə, böyük inamla deyə bilərik ki, təlim zamanı şagirdlərin tərbiyə olunmalarına və psixoloji inkişaflarına əhəmiyyət verməmələri bir çox müəllimlərimizin uğursuzluqlarının başlıca səbəblərindən birinə çevrilir.
Eyni sözlər təhsil kateqoriyasına da şamil edilə bilər. Təhsilin mahiyyətinə dair Milli pedaqogika anlamına nəzər salaq: Təhsil sosial-iqtisadi həyatın sahələrindən biri olub, müvafiq tədris müəssisəsində müəyyən müddətə məqsədyönlü, planlı və mütəşəkkil öyrənilən, tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin bir halda zəruri şərti, digər halda gedişi, üçüncü halda nəticəsi kimi özünü göstərən sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur.
Təhsilin mahiyyətinə dair yeni anlamdan aydın göründüyü kimi, burada da təlim, tərbiyə və psixoloji inkişaf məsələləri nəzərə alınmışdır. Lakin bir məqam diqqəti xüsusilə özünə cəlb edir: təhsilin məzmununu təşkil edən biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin hərəkətə başlaması, yəni təlimin zəruri şərti olan təhsilin tədricən onun gedişinə və nəticəsinə çevrilməsi aydın sezilir; təhsil kateqoriyasının mahiyyətində tərbiyə və psixoloji inkişaf məsələləri isə o qədər də aydın sezilmir. Müəllim bu cəhəti bilməli və təhsilin tərbiyəvi imkanlarını da, psixoloji inkişaf imkanlarını da reallaşdırmağın yollarını Milli pedaqogika ruhunda yazılmış kitablar əsasında, o cümlədən "Tətbiqi pedaqogika" və ya "Pedaqoji ustalığın problemləri" adlı dərsliklər əsasında öyrənmək olar.
Tərbiyə kateqoriyasının mahiyyətinə də bəzi yeniliklər gətirilmişdir. Təəssüflər olsun ki, bir çox müəllimlərimiz Milli pedaqogikanın bu yeniliklərindən də xəbərsizdirlər.
Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, tərbiyə, hər şeydən əvvəl, insanların davranışı ilə əlaqədar olan pedaqoji hadisədir. Xeyirxahlıq və ya paxıllıq, səmimilik və ya qeyri-səmimilik, qayğıkeşlik və ya biganəlik, səxavətlilik və ya xəsislik, sözlə əməlin üst-üstə düşməsi və ya düşməməsi, halallıq və ya haramlıq, vətənpərvərlik və ya vətənə laqeydlik, zəhmətsevərlik və ya zəhmətə xor baxmaq və yüzlərlə bu cür müxtəlif formalı və məzmunlu davranış tərzləri buna misal ola bilər.
Tərbiyə kateqoriyasının mahiyyətini səciyyələndirən yeniliklərdən biri də tərbiyə işinin aparıldığı mühitlə əlaqədardır. Milli pedaqogikaya görə, tərbiyə işi üçün münasib şərait yaradılmalıdır. Əks təqdirdə, istənilən nəticəni almaq çətinləşir. Şagirdlərin hüquqları heç bir cəhətdən pozulmayan məktəbdə, şagirdlərə pedaqoji prosesin obyekti kimi deyil, subyekti kimi baxılan, onlarla məsləhətləşmələr aparılan məktəbdə tərbiyəvi tədbirlər yüksək səviyyədə keçirilir.
Soruşmaq olar: pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarının cəmləşdiyini, yəni inteqrasiya etdiyini, bəzən də onun diferensiasiyaya uğradığını, yəni müstəqil kateqoriyalar kimi fəaliyyət göstərdiyini bilmək müəllimə nə verir? Hər şeydən əvvəl müəllimin pedaqoji ustalığının artmasına səbəb olur; bu da şagirdlərdə (tələbələrdə) mənimsəmənin səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
Yenə sual: Necə? Cavab: Pedaqoji prosesdən diferensiasiya edilən, yəni ayrılaraq müstəqil tətbiq olunan, məsələn, təlimdə müəllimin başı yalnız aparıcı cəhətə (bilik və bacarıq öyrənilməsinə) qarışmır; onun diqqətindən yayına biləcək tərbiyənin və psixoloji qüvvələrin də işə qoşulmasına hökmən xüsusi qayğı göstərməli olur.
Tərbiyə imkanları və psixoloji qüvvələrdən istifadə imkanları isə dərsdə kifayət qədərdir. Müəllimi inandırmaq istədiyimiz cəhət budur ki, dərsin həmin imkanlarını öyrənsin, bilsin və təcrübədə işə salsın.
Tamdan, yəni pedaqoji prosesdən ilk baxışda təlim kimi, tərbiyə kimi, ya təhsil kimi və ya psixoloji inkişaf kimi diferensiallaşan, yəni ayrılan pedaqoji kateqoriya hər dəfə digər kateqoriyalarla inteqrasiya edərsə, yəni onlarla qovuşarsa, görün bizim gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsi, psixoloji inkişaf səviyyəsi eyni zaman kəsiyində nə qədər yüksəlmiş olar!
Gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsini yüksəltməkdə, habelə psixoloji inkişaf səviyyəsini qaldırmaqda pedaqoji prosesin diferensiasiya və inteqrasiya imkanlarından istifadəyə dair bu yenilikləri müəllimlərimiz nə qədər ətraflı öyrənib öz işlərində tətbiq etsələr, bir o qədər Azərbaycan xalqının xeyrinə olar; bununla yanaşı, orta ümumi təhsilimizdəki kəsirləri aradan qaldırmağa yönələn şagirdlərin repetitorlar yanına göndərilməsi üçün valideynlərin çəkdikləri əlavə xərc də aradan qalxar.



Yüklə 416,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə