Mövzu: TƏLİm prosesiNİn mahiYYƏTİ



Yüklə 14,35 Kb.
tarix23.12.2023
ölçüsü14,35 Kb.
#155038
mühazirə 7


Mövzu: 7.TƏLİM PROSESİNİN MAHİYYƏTİ
Ədəbiyyat siyahısı:
1. N.Kazımov. Məktəb pedaqogikası. Bakı, 2005.
2. L.Qasımova, R.Mahmudova. Pedaqogika. Bakı, 2012.
3. İ.Əliyev. İbtidai təhsilin pedaqogikası. Naxçıvan, 2012
PLAN
1. Təlim prosesinin mahiyyəti.
2. Təlim prosesinin quruluşu.
3. Didaktikanın müasir vəzifələri.
1. Təlim prosesinin mahiyyəti.
Elmi idrakla təlim zamanı idrakın fərqləri
• Təlim prosesi vahid pedaqoji prosesin tərkib hissəsi olub, inkişafın uzunmüddətli tarixi proseslərinin (mənimsəmə və idrak proseslərinin) fərdi inkişafa köçürülməsidir. Başqa sözlə, təlim prosesi bəşəriyyətin hazırlamış olduğu maddi və mənəvi sərvətlər haqqında bilik, bacarıq və vərdişlərin məqsədyönlü və mütəşəkkil şəkildə gənc nəslə çatdırılmasıdır.
• Öyrətmə müəllimin təlim məqsədlərini reallaşdırma, məlumat vermə, tərbiyəetmə, biliklərin dərk edilməsi və praktik tətbiqi haqqında sistemli fəaliyyətidir.
Öyrənmə dərketmə, çalışma və təcrübəyə yiyələnmə sayəsində şagirddə yeni davranış və fəaliyyət formalarının yaranması prosesidir.
• Təlim – qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətidir. Təlim şagirdlərin xüsusi olaraq təşkil edilmiş elə idraki fəaliyyətidir ki, bu prosesdə elmi biliklər, zəruri fəaliyyət qaydaları, ətraf aləmə emosionalyaradıcı münasibətformalaşır və şagirdlərin ümumi inkişafı təmin edilir.

Təlim prosesinin əlamətləri:


– ikitərəfli xarakter daşıması;
– müəllim və şagirdlərin birgə fəaliyyəti;
müəllimin rəhbərliyi;
– planauyğun təşkil və idarəetmə;
– tamlıq və vahidlik;
– uşaqların inkişaf dövrlərinin qanunauyğunluqlarına müvafiqlik;
– uşaqların inkişafı və tərbiyəsinin idarə edilməsi.


Təlim prosesinin funksiyaları:
Təhsilverici funksiya təbiət, cəmiyyət, təfəkkür və fəaliyyət üsulları haqda biliklərə, ümumi və xüsusi bacarıq və vərdişlərə, reprodiktiv və yaradıcılıq fəaliyyət təcrübəsinə, dünyagörüşünə yiyələnməni təmin edir.
• Tərbiyəedici funksiya ətrafı duymaq, təfəkkür mədəniyyətini, əxlaqi normaları, estetik ideal və zövqləri, əməksevərlik və məsuliyyət hissini formalaşdırır.
• İnkişafetdirici funksiya nitqin inkişafı, lüğət fondunun zənginləşdirilməsi; emosiya və hisslərin, iradənin, təxəyyülün, analizsintez, ümumiləşdirməmücərrədləşdirmənin və s. təfəkkür əməliyyatlarının inkişaf etdirilməsi.
2. Təlim prosesinin quruluşu
• Qavrama təlim prosesində şagirdlərin öyrəniləcək fakt və hadisələr haqqında məlumat əldə etməsi deməkdir.
• Anlama şagirdlərdə anlayış yaratma mərhələsidir.
• Möhkəmləndirmə qazanılmış biliklərin, öyrənilmiş materiaın uzun müddət yadda qalmasına xidmət edir.
• Tətbiqetmə öyrənilmiş bilikləri bacarıq və vərdişlərə çevirmə, dürüstləşdirmə, həqiqiliyini yoxlama məqsədi daşıyan mərhələdir.
• Ümumiləşdirmə yeni qazanılmış bilik və bacarıqların əvvəllər mənimsənilmiş bilik və bacarıqlarla birgə ümumi sistemə daxil edilməsidir.
• Diaqnostika təlim müvəffəqiyyətinin yoxlanılması, nəzarət, qiymətləndirmə mərhələsidir.

3. Didaktikanın müasir vəzifələri.


 ölkənin sosialiqtisadi inkişaf xüsusiyyətləri nəzərə alınmaqla ümumi və peşə təhsilinin məzmununun, kurrikulumun işlənilib hazırlanması;
 yeni tip təhsil müəssisələrində (gimnaziyalar, liseylər, kolleclər və s.) təlimtərbiyə prosesinin təşkilinin elmi əsaslarının hazırlanması;
 istedadlı gənclərin təhsili ilə bağlı məsələlərin tədqiqi;
 şagirdlərin idrakı müstəqillik və fəallığının inkişafı və təkmilləşməsinin elmi baxımdan əsaslandırılması;
 təlim prosesinin intensivləşdirilməsinə yönəldilmiş tədqiqatların genişləndirilməsi;
 təlim fənlərinin inteqrasiyası yollarının əsaslandırılması;
 təlim texnologiyalarının texniki əsasda inkişafının praktik həlli yollarının işlənməsi;
 təlim prosesinin və təhsilin məzmununun humanizm prinsipi əsasında qurulması.
SUALLAR VƏ TAPŞIRIQLAR
1.Təlimlə idrakın oxşar və fərqli cəhətləri hansılardır?
2.Təlim prosesinin quruluşu necədir?
MÜSTƏQİL İŞ ÜÇÜN ƏDƏBİYYAT

1. N.Kazımov. Məktəb pedaqogikası. Bakı, 2008.


2. A.Abbasov, H.Əlizadə. Pedaqogika. Bakı, 2000.
3. L.Qasımova, R.Mahmudova. Pedaqogika. Bakı, 2012.
4. İ.Əliyev. İbtidai təhsilin pedaqogikası. Naxçıvan, 2012.
Yüklə 14,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə