SəRBƏst iŞ Tələbə: Yeganə Abdullayeva



Yüklə 416,85 Kb.
səhifə2/5
tarix22.03.2023
ölçüsü416,85 Kb.
#102938
1   2   3   4   5
Abdullayeva Yeganə KİM-2102B (Pedaqogika-1)

Pedaqoji elmlər sistemi.


Pedaqoji elmlər sistemi dedikdə,pedaqogikaya daxil olan elmlərin məcmusu başa düşülür.Pedaqoji elmlər sisteminə aşağıdakılar aiddir:məktəbəqədər pedaqogika,orta ixtisas məktəbi pedaqogikası,xüsusi pedaqogika,ali məktəb pedaqogikası,hərbi pedaqogika,xalq pedaqogikası,istehsalat pedaqogikası,mədəni fəaliyyət pedaqogikası,xüsusi metodikalar, pedaqogika tarixi, ailə pedaqogikası,sosial pedaqogika,müqayisəli pedaqogika və s.


Məktəbəqədər pedaqogika anadan olandan məktəbə gedənə qədər uşaqların təlim-tərbiyəsinin,məktəbə hazırlanmasının aktual problemlərini tədqiq edir.Bu dövrdə uşaqların hazırlığı əsasən psixoloji inkişafa istinad edir.Uşaqların minimum səviyyədə həyata hazırlanması məsələləri araşdırılır.Pedaqogikanın bu tərkib hissəsi də öz növbəsində ibtidai,natamam orta,orta olmaqla üç hissəyə ayrılır.Bura həmçinin litseylərdə ,gimnaziyalarda təlim,tərbiyə,orta təhsil məsələləri onların əsas problemləri də daxildir.


Orta ixtisas məktəbi pedaqogikası- orta ixtisas məktəbləri,seminariyalar,kolleclər,gimnaziyalarda təlim tərbiyə təhsilin aktual problemlərini tədqiq edir.

Xüsusi pedaqogika-  əqli və fiziki cəhətdən nöqsanlı uşaq və yeniyetmələrin təlim, tərbiyə və təhsili problemlərini araşdırır və defektologiya adlanır.Bura: urdopedaqogika – lal və kar uşaqların təlim- tərbiyəsini öyrənən pedaqogika; oliqofrenopedaqogika – əqli cəhətdən zəif inkişaf etmiş uşaqların təlim- tərbiyəsini tədqiq edən elm; tiflopedaqogika – kor uşaqların təlim-tərbiyəsini tədqiq edən elm; loqopediya – nitqi nöqsanlı olan uşaqların təlim və tərbiyəsi haqqında elm daxildir.
Ali məktəb pedaqogikası ali təhsil sistemi müəssisələrində – institut, universitet, akademiyalar və s. – pedaqoji prosesin aktual problemlərini araşdırır, təlim, tərbiyə, təhsilin məzmunu,  səmərəli yol və vasitələri  və s. məsələləri müəyyən edir.
Hərbi pedaqogika hərbi məktəblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi alitəhsil müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir.

Yüklə 416,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə