SəRBƏst iŞ Tələbə: Yeganə Abdullayeva


Pedaqogikanın sosiologiya ilə əlaqəsi



Yüklə 416,85 Kb.
səhifə4/5
tarix22.03.2023
ölçüsü416,85 Kb.
#102938
1   2   3   4   5
Abdullayeva Yeganə KİM-2102B (Pedaqogika-1)

Pedaqogikanın sosiologiya ilə əlaqəsi.
İnsanlar məhz tərbiyə vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir. Digər tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tədbiq edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir. Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında məqsədyönlü, səmərəli düzgün münasibət yaratmalıdır.
Pedaqogikanın fiziologiya ilə əlaqəsi.
Pedaqogika fiziologiya ilə bilavasitə bağlıdır.Xarici təsirlər baş beyin qabığında özünə müvafiq mərkəzi oyandırır, oxşar qıcıqlandırıcılar isə bir mərkəz oyandırır.Bu isə oxşar əşyaların çətin fərqləndirilməsinə səbəb olur. Fiziologiya isə öyrədir ki, oxşar qıcıqlandırıcıları elə fərqli cəhətlərini tapmaq lazımdır ki, izah zamanı o, bir deyil, iki mərkəz oyandırsın. Bu isəfiziologiyanın pedaqogikaya inkişafetdirici təsiridir. Digər tərəfdən insan böyüdükcə onun fiziki və fizioloji imkanları da dəyişir. Təlim-tərbiyə,formalaşdırma işində bu dəyişmənin spesifik cəhətləri nəzərə alınır, pedaqoji proses inkişaf və dəyişməni öz arxasınja aparmaqla onu düzgün istiqamətə yönəldir.
Pedaqogikanın psixologiya ilə əlaqəsi.
Pedaqogika psixologiya ilə qarşılıqlı əlaqəlidir. Bu əlaqə insan psixikası əsasında yaranır. İnsanların psixi xüsusiyyətləri daim inkişafda və dəyişmədədir. Pedaqoji prosesdə mütləq bu dəyişmə və inkişaf nəzərə alınmalıdır.
Digər tərəfdən müxtəlif yaş dövrlərində tərbiyə olunan insanlar fərdi psixoloji xüsusiyyətlərə malikdirlər. Təlim-tərbiyə prosesində bu fərdi psixoloji xüsusiyyətlərə istinad edilir, bu xüsusiyyətlərdən pedaqoji işin səmərəliliyini artırmaq üçün istifadə edilir. İnsanlarda psixoloji proseslər, onların inkişafı pedaqoji prosesin müvəffəqiyyətini təmin edir. Yəni maddi aləmin dərk olunmasında hafizə, diqqət,təfəkür,nitq, qabiliyyət və s. psixoloji proseslər mühüm rol oynayır. Digər tərəfdən psixolojiproseslərin inkişafında pedaqoji proses vasitə rolunu oynayır. Məsələn,məsələ həllində təfəkkürəsas yer tutursa, məsələnin həlli prosesində həm də təfəkkür inkişaf edir, aydınlaşır. Ona görə də pedaqoji fəaliyyət göstərən, insanların formalaşmasında hər hansı çolu olan hər kəs hə də psixologiyanı bilməli, insanlarda psixoloji xüsusiyyətlərin inkişafı haqqında əsaslı, elmi məlumata malik olmalıdır.


Yüklə 416,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə