1
Hörmətli xanımlar və cənablar, əziz dostlar,
Allaha, Tanrıya, Yaradana həmd olsun.
Mən bir neçə gün əvvəl 81 illik yubileyi münasibətilə Müqəddəs Ata
Papa Fransisə baş çəkərək ona gələcək tədbirlər barədə məlumat verdim
və o, Zati-aliləri cənab Prezident və Zati-aliləri Şeyxülislam, habelə
bütün tədbir iştirakçılarına öz səmimi salamlarını çatdırdı və dialoqun
sülh və əmin-amanlıq gətirəcəyinə ümid etdiyini bildirdi.
Bir neçə ay əvvəl mən köhnə dostum Lahorun baş müftisi Mövlana
Əbdül Kabir Azadı onun böyük məscidində ziyarət etdim, orada 100.000
nəfər insan eyni anda dua edirdi. Lakin bu, rəsmi ziyarət idi, mən
Ümumdunya Evangelistlər Alyansının icması və onun 600 milyon üzvü
adından ona Lahorda xristian məhəllələrini yandırmaq istəyən böyük bir
izdihamı dayandırdığı üçün öz dərin təşəkkürümü bildirdim, o, bunu
müxtəlif zamanlarda üç dəfə həyata keçirmiş, həmin izdihamın
qarşısında duraraq onlara bunun Allahın arzusu olmadığını bildirmişdir.
Mən bu hadisələrə şahid olan bir neçə insandan eşitmişəm ki, bir dəfə
izdiham ayağa qalxmış və bu cəsur və mömin insan onlara bildirmişdir:
Onları öldürmək istəyirsinizsə, ilk öncə məni öldürməlisiniz. Bununla da
izdiham dayanmışdır. Bu, həmrəyliyin ən bariz nümunəsidir!
Azərbaycanda bu cür izdihamlar olmur, lakin nə vaxtsa belə bir hal
yaşansa belə, dini liderlərdən əvvəl hökumət onların qarşısını alar. Bəzi
insanlar Azərbaycanın heç bir ölkənin müəyyən müddətdən bir
yaşanmayacağına zəmanət verə bilməyəcəyi nadir cinayət xarakterli
hadisələr istisna olmaqla, dini radikalların burada yaşayan insanların
həyatı üçün təhlükə yaratmadığı təhlükəsiz bir ölkə olduğunun səbəbləri
barədə düşünmür.
Lakin dünyaya nəzər yetirsək görərik ki, Azərbaycanda hər zaman
sülh olmamışdır. Belə ki, onun konkret problemləri olan müsəlman
dövlətləri, İran və Türkiyə kimi qonşuları var. Azərbaycanla İraq və
Suriya arasında ən qısa məsafə təqribən 400 km-dir. Azərbaycan
Gürcüstan, Ermənistan və Rusiya kimi xristian, pravoslav ölkələri ilə
qonşudur və həmin ölkələr xristianların çoxluq təşkil etdiyi bir çox
ölkələrdən fərqli olaraq, siyasət və dini bir-birinə qarışdırır, onların
ölkədaxili problemləri var və onlar Dağlıq Qarabağ ilə əlaqədar mənfur
düşüncələrə malik olmaqla, Azərbaycanı heç istəmədiyi halda dindən
dəstək alaraq vətəndaş müharibəsinə cəlb etmişdir. Əgər hazırkı
2
prezidentin atası və onun sülhməramlı səyləri olmasaydı, hazırda
vəziyyət çox daha ağır olardı. Mən bu ölkənin həmin münaqişələrdən
sonra qaçqın düşən çox sayda insan üçün nə qədər çalışdığını, onları
düşmən və ya girov olaraq görmədiyini, əksinə şiddətli, zorakı
münaqişənin yoxsul qurbanı kimi dəyərləndirdiyini bilirəm.
Bu hadisədə, islam Azərbaycanda müsəlman inanclarının müxtəlif
formaları arasında həmrəylik yaradan, habelə daha azsaylı dini inanclar
və xüsusilə xristianlıq və iudaizm ilə həmrəylik içində olan bir din kimi
tanınmışdırsa, bu, xüsusilə ölkəmizin bu gün də mövcud olan ən yüksək
siyasi və dini qurumu tərəfindən təmin edilən ən böyük təxəyyül, plan və
fəaliyyətin nəticəsi olmuşdur. Mən bir neçə səfərdə müsəlman, yəhudi
və xristian dini etiqadlarının müxtəlif ibadət yerlərini ziyarət etdiyim
üçün buna şahidlik edə bilərəm. Səsləndirdiyiniz gözəl nümunə üçün
təşəkkür edirəm!
Məhz bu səbəbdən Müqəddəs Ata Papa Fransis ölkəni ziyarət etmiş və
onların hər ikisinə dərin təşəkkürünü bildirmişdir, mən onu müşayiət
etdiyim və Papanı Bakıda müşayiət edən qrupun xüsusi qonağı olduğum
üçün bunun şahidi olmuşam.
Dövlət başçıları və dini liderlər ayrı səlahiyyətlərə malik olsa da, bir-
biri ilə və ölkənin bütün vətəndaşları ilə həmrəylik içində fəaliyyət
göstərməlidirlər.
Amerika Birləşmiş Ştatlarının İstiqlal Bəyannaməsinin başlanğıcında
deyilir:
“Biz bu həqiqətləri açıq şəkildə ifadə edirik ki, bütün insanlar bərabər
yaradılmışdır və onlar Yaradıcıları tərəfindən müəyyən ayrılmaz
hüquqlarla təmin olunmuşdur, bunlar arasında yaşamaq, azadlıq və
xoşbəxt olmaq hüquqları vardır. Bu hüquqları təmin etmək üçün,
hökumətin səlahiyyət verdiyi müəyyən qurumlar təsis edilmişdir”
ABŞ o zamanlar öz standartlarına uyğunlaşmırdı. Afro-amerikalılar
hələ də qul kimi saxlanılırdı, dini azadlıq geniş idi, lakin xristianlıq və
iudaizmin bir çox formalarını hələ də əhatə etmirdi.
Qərb fərdçiliyi əsasən insanların öz-özlərini idarə etməli və bu
həyatda tək irəliləməli olduqları firkrini irəli sürür. Halbuki real həyatda
bütün insanlardan təcrid olunmaq tək məhkumluq işgəncəsinin sübut
etdiyi kimi, insanları öldürə bilər.
3
Bəyannamənin verdiyi mesajın “açıq” və düzgün olduğunu
düşünürəm:
Allah biz insanları çox gözəl şəkildə yaratmışdır və bu, insan
hüquqları və siyasətlə bağlı istənilən müzakirənin başlanğıc nöqtəsi
olmalıdır. Allah bizi tək olmaq üçün deyil, kiçik və ya daha çox fərddən
ibarət olan geniş ailələrimizlə, həmkarlarımızla, icma və qruplar
daxilində, yoxsullar və qullarla həmrəylik içində yaşamaq üçün
yaratmışdır.
Bu həmrəyliyin bir forması rəhbərlərin bütün sülhsevər vətəndaşları
qoruduğu və onları radikal vətəndaşlardan müdafiə etdiyi Dövlətdir.
Dövlət yalnız onunla eyni fikirdə olan, və ya eyni qrupdan və ya eyni
dini təriqətdən olan insanları deyil, bu vahid iqtidardan şühbə duymadığı
müddətcə bütün vətəndaşları qoruyur. Lakin həmrəylik də çox sayda
sülhsevər möminləri Allahın və dinin adından sui-istifadə edən və bir
çox halda digərləri ilə müqayisədə daha çox öz dini inancından olan
insanları öldürən azsaylı dini radikallardan qorumağı zəruri hesab edir.
Azərbaycan Respublikasına Yaradılanın həmrəyliyi ilə bağlı həyata
keçirdiyi uğurlu fəaliyyət üçün dərin təşəkkürümü bildirirəm.
Allaha həmd olsun.
Baş keşiş Prof. Dr. Dr. Tomas Şirmaxer
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Beynəlxalq Şurasının
prezidenti.
Ümumdunya Evangelistlər Alyansının baş katibinin müavini