SəRBƏst iŞ Tələbə: Yeganə Abdullayeva



Yüklə 416,85 Kb.
səhifə3/5
tarix22.03.2023
ölçüsü416,85 Kb.
#102938
1   2   3   4   5
Abdullayeva Yeganə KİM-2102B (Pedaqogika-1)

İstehsalat pedaqogikası- müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılan tərbiyə işləri, cəmiyyətdə yaranan yeni problemlərlə bağlı aparılan tərbiyə işləri, formalaşdırılması, texniki inkişaffla bağlı yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pedaqoji problemləri araşdırır.
Mədəni fəaliyyət pedaqogikası mədəniyyət müəssisələrində, klublarda, muzeylərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, radio, televiziya, teatr, konsert zallarında aparılan pedaqojifəaliyyəti həmin müəssisələrdə tərbiyə, təlim məsələlərini, insanların asudə vaxtlarının səmərəli təşkili və bu prosesdə zəruri əxlaqi keyfiyyətlərə yiyələnmənin səmərəli yol və vasitələrini, məzmunu və s. bu kimi problemləri tədqiq edir.
Pedaqogika tarixi bütün ölkələrdə pedaqogikanın yaranma və inkişafı tarixini öyrənir. Bu isə pedaqoji fikir və məktəb tarixi olmaqla iki yerə ayrılır. Pedaqoji fikir tarixi qədim dövrlərdən indiyə qədər pedaqoq, filosof və digər mütəfəkkirlərin nəzəripedaqoji fikirlərini tədqiq edir. Məktəb tarixi isə müxtəlif dövrlərdə təşkil olunmuşməktəblər, təhsil sistemi, onların quruluşu və s. öyrənir.
Ailə pedaqogikası ailədə uşaqların tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətləri yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələndirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər problemləri araşdırır.
Müqayisəli pedaqogika müxtəlif ölkələrdə mövcud olan təhsil sistemi, onların ümumi vəspesifik xüsusiyyətlərini araşdırır.
Pedaqogikanın digər elmlərlə əlaqəsi.
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi.
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv inkişaf qanuna uyğunluqlarını müəyyən edir.Bu qanunlar pedaqoji gerçəkliyin ayrı- ayrı sahələrində də fəaliyyətgöstərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə prosesində mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, maddi aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavraması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.

Yüklə 416,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə