Sıra hazırlığı hərbi qulluqçuların təlim və tərbiyəsinin əsas mövzularından biridir. O, Sıra Nizamnaməsi əsasında hazırlanır və keçirilir



Yüklə 317,99 Kb.
səhifə1/2
tarix28.11.2023
ölçüsü317,99 Kb.
#133289
növüDərs
  1   2
Sıralar və onların idarə edilməsi


Sıra hazırlığı hərbi qulluqçuların təlim və tərbiyəsinin əsas mövzularından biridir. O, Sıra Nizamnaməsi əsasında hazırlanır və keçirilir.
Sıra hazırlığı dərslərində hərbi qulluqçulara səliqəlilik, diqqətlilik, nizam-intizam aşılanır. Hərbi qulluqçuların sıra hazırlığı taktiki, fiziki, atəş hazırlığı və digər məşğələlərdə, düzülüşlərdə, müxtəlif yerdəyişmələrdə və gündəlik həyat fəaliyyətində təkmilləşdirilir.

Sıralar və onların idarə edilməsi
1. Sıra, hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və maşınlarda birgə hərəkəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşüdür.
2. Cərgə, hərbi qulluqçuların biri o birinin yanında bir xətt üzə- rində düzüldüyü sıradır. Maşınlar xətti, maşınların biri o birinin yanında bir düz xətt üzrə düzüldüyü sıradır.
3. Cinah, sıranın sağ (sol) kənarıdır. Sıra döndükdə cinahların adı dəyişmir.
4. Ön, sıranın hərbi qulluqçularının üzləri (maşınların qabağı) baxan tərəfdir.
5. Sıranın arxa tərəfi, sıra önünün əks tərəfidir.
6. İnterval, hərbi qulluqçular (maşınlar), bölmələr və hissələr arasında ön boyu məsafədir.
7. Distansiya, hərbi qulluqçular (maşınlar), bölmələr və hissə- lər arasında dərinliyə görə məsafədir.
8. Sıranın eni, cinahlar arasındakı məsafədir.
9. Sıranın dərinliyi, birinci cərgədən (qabaqda duran hərbi qulluqçudan) axırıncı cərgəyə (arxada duran hərbi qulluqçuya), maşınlarda hərəkət edərkən maşınların birinci xəttindən (qabaqdakı ma- şından) maşınların axırıncı xəttinə (arxadakı maşın) qədər olan məsafədir.
10. İki cərgəli sıra, bir cərgənin hərbi qulluqçularının o biri cərgənin hərbi qulluqçularının arxasında biraddımlıq (qabağa uzadılmış əlin barmaqlarının qarşıda duranın çiyninə çatana qədər mə- safə) distansiyada düzülüşüdür. Cərgələr birinci və ikinci adlanır, sıra döndükdə cərgələrin adı dəyişmir.
11. Səf, iki cərgə sırada biri o birinin arxasında durmuş 2 hərbi qulluqçunun duruşudur. Birinci cərgədəki hərbi qulluqçunun arxasında ikinci cərgənin hərbi qulluqçusu olmadıqda səf natamam adlanır. Axırıncı səf həmişə tamamlanmalıdır. 5 12. İki cərgə sıra geriyə döndükdə natamam səfin hərbi qulluq- çusu ön cərgəyə keçir. 13. Dörd nəfər və daha az hərbi qulluqçu bir cərgə düzülür.
14. Bir cərgəli və iki cərgəli sıralar sıxlaşmış və aralanmış ola bilər. 15. Sıxlaşmış sıralarda hərbi qulluqçular ön boyu bir-birinin yanında dirsəkləri arasında bir ovuc eni qədər intervalda düzülürlər.
16. Aralanmış sıralarda hərbi qulluqçular ön boyu bir-birindən 1 addımlıq, yaxud komandirin göstərdiyi intervalda düzülürlər.
17. Kolon, hərbi qulluqçuların, bölmələrin (maşınların) bir-birinin arxasında Nizamnamə, yaxud komandirin göstərişi ilə müəyyən edilmiş distansiyalarda düzüldükləri sıradır.
18. Kolonlar bir, iki, üç və daha çox ola bilər.
19. Dörd nəfər və daha az hərbi qulluqçu, ancaq bir kolona dü- zülür. 20. Kolon–bölmə və hissələri sərbəst, yaxud açıq sıraya düzmək üçün tətbiq edilir.
21. Açıq sıra, bölmələrin ön boyu bir xətt üzrə bir cərgə, ya da iki cərgə (maşınlar xəttində), kolonlar xətti sırasında, yaxud Nizamnamə, ya da komandirin təyin etdiyi intervalda düzülüşüdür.
22. Açıq sıra yoxlamalar, baxışlar, paradlar (mərasimlər) keçirmək üçün və başqa hallarda tətbiq edilir.
23. Səfər sırası, bölmə kolonda, yaxud bölmələr kolonlarda biri o birinin arxasında Nizamnamə, ya da komandirin müəyyən etdiyi distansiyalarda düzülüşdür.
24. İstiqamətləndirici, göstərilmiş istiqamətdə qabaqda gedən hərbi qulluqçudur (bölmədir, maşındır). Qalan hərbi qulluqçular (bölmələr, maşınlar) öz hərəkətlərini istiqamətləndirici ilə uyğunlaşdırmalıdırlar. 25. Axırıncı, kolonun axırında hərəkət edən hərbi qulluqçudur (bölmədir, maşındır).
26. Sıranın idarə edilməsi komandirlərin səsi, şəxsi nümayişi, habelə siqnal və texniki səyyar rabitə vasitələri ilə verilən komanda və sərəncamları ilə həyata keçirilir. Komanda komandirlərin ver- 6 diyi əmrin qısa ifadəsidir. Komandalar və sərəncamlar kolonda bölmə komandirləri, maşınların böyükləri və təyin edilmiş müşahidəçilər vasitəsi ilə də ötürülə bilər.
27. Maşında daxili idarəetmə səs, siqnal və daxili rabitə vasitə- ləri ilə verilən komandalar və sərəncamlarla həyata keçirilir.
28. Sırada böyük komandir komanda vermək üçün münasib yerdə durur. Digər komandirlər Nizamnamə, yaxud böyük komandirin onlar üçün müəyyən etdiyi yerlərdən komanda verirlər.
29. Bölük və daha böyük komandirlərə, ancaq tabor və hərbi hissə səfər çıxışlarında olduğu zaman komanda vermək və yerinə yetirilməsini yoxlamaq üçün sıradan çıxmağa icazə verilir. 30. Komandalar xəbərdarlıq və icra komandalarından, yaxud yalnız icra komandasından ibarət ola bilər.
31. Xəbərdarlıq komandası komandirin sıradakılardan nə tə- ləb etdiyini düzgün anlamaları üçün ucadan, aydın və uzadılaraq verilir. 32. Hər hansı xəbərdarlıq komandası veriləndə sırada və sıradan kənarda olan hərbi qulluqçular “Farağat” vəziyyəti alırlar; sırada hərəkət edənlər ayaqlarını yerə daha möhkəm basırlar.
33. İcra komandası (bu nizamnamədə iri şriftlə göstərilib) qısa fasilədən sonra ucadan, kəskin və aydın verilməlidir. İcra komandası dərhal və dəqiq yerinə yetirilir.
34. Bölmənin və ya hərbi qulluqçunun diqqətini cəlb etmək məqsədi ilə xəbərdarlıq komandasında, lazım gəldikdə, bölmənin adı, yaxud hərbi qulluqçunun rütbəsi və soyadı deyilir: məsələn, “Taqım (2-ci taqım) – DUR”; “Əsgər Talıblı, geriyə – DÖN”.
35. Silahla hərəkətlər yerinə yetirilərkən, xəbərdarlıq komandasında silahın adı da göstərilə bilər, məsələn, “Avtomatları, sinəyə – AL”, “Pulemyotları, qayışa – AL”.
36. Komanda verərkən səsin tonu sıranın uzunluğuna uyğunlaş- dırılmalıdır, raport aydın, səsin tonu kəskin qaldırılmadan verilir.
37. Sıranın və maşınların idarəetmə siqnalları “Görərək xəbərləşmə işarələri ilə idarəetmə təlimnaməsi”ndə (Əlavə 6 və 7) göstərilib. 7 38. Zəruri hallarda bölmə (hərbi hissə) komandiri sıranı idarə etmək üçün əlavə siqnallar təyin edə bilər.
39. Bütün bölmələrə aid olan komandalar (siqnallar) bütün bölmə komandirləri və maşınların komandirləri (böyükləri) tərəfindən qəbul edilir və dərhal yerinə yetirilir.
40. Siqnalla komanda verərkən əvvəlcə "DİQQƏT" siqnalı verilir. Komanda yalnız bir bölməyə aiddirsə, bölmənin nömrəsini göstərən siqnal verilir. Bölmələrin nömrələrini göstərmək üçün siqnalları bölmə (hərbi hissə) komandiri təyin edir.
41. Siqnalla veriləcək komandanı qəbul etməyə hazır olanlar hazır olduqlarını eyni “DİQQƏT” siqnalı ilə göstərirlər.
42. Siqnalın alınması onun təkrarı ilə, yaxud müvafiq siqnalı öz bölməsi üçün verməklə təsdiq edilir.
43. Hərəkətin yerinə yetirilməsini dayandırmaq və ya ləğv etmək üçün “OLMADI” komandası verilir. Bu komanda verildikdə hərəkətdən əvvəlki vəziyyət alınır.
44. Təlim məqsədilə Nizamnamədə göstərilən qaydaları (üsulları), dönmələri və hərəkəti yerinə yetirərkən onların hissələrlə (sayla) icrasına yol verilir; məsələn, “Avtomatı, sinəyə – AL, bölgülərlə et – Bir, et – İki, et – Üç”, “Sağa dön, bölgülərlə et – Bir, et – İki”.
45. Yığma komandaları təşkil edərkən onlar sıra hesabı ilə bölmələrə bölünür. Nizami hesab üçün hərbi qulluqçular iki cərgə sı- raya düzülür və 218-ci maddəyə uyğun ümumi say aparılır. Komandanın sayından asılı olaraq onlar ardıcıl bölüklərə, taqımlara və manqalara bölünür və bu bölmələrə komandirlər təyin edilir.
46. Paradlarda (mərasimlərdə) iştirak etmək üçün, eləcə də baş- qa hallarda bölmələr komandirin əmri ilə üç, dörd və daha çox ümumi kolona düzülə bilər. Belə hallarda, mərasim iştirakçıları boy sırası ilə düzülürlər.
47. Silahlı Qüvvələrin qoşun növlərinin və xüsusi qoşunların hərbi hissələri və bölmələrinin düzülüşü, hərəkəti, istiqamətinin dəyişdirilməsi və başqa hərəkətləri bu Nizamnamədə göstərilən komanda və üsullarla yerinə yetirilir. Bu halda komandalarda “man- 8 qa”, “taqım”, “bölük”, “tabor” və “briqada” adlarının əvəzinə Silahlı Qüvvələrin qoşun növləri və qisimlərində, xüsusi qoşunlarda qəbul edilmiş bölmə və hissələrin adları göstərilir

Yüklə 317,99 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə