Annotasiya


Məktəb sənədlərinin öyrənilməsi



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə39/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   382
N 211

Məktəb sənədlərinin öyrənilməsi
. Pedaqoji prosesin xarak-
terizə edilməsində məktəb sənədlərinin öyrənilməsi mühüm yer 
tutur. Tədqiqatçı üçün sinif jurnalları, yığıncaqların və iclasların 
protokolları, dərs cədvəli, daxili intizam qaydaları, müəllimlərin 
təqvim-tematik planları, dərslərin icmalları və s. zəngin informasiya 
mənbəyidir. Tədqiq olunan pedaqoji fakt və hadisələr arasındakı 
səbəb-nəticə asılılıqlarını və qarşılıqlı əlaqələri müəyyən etməkdə, 
obyektiv məlumatlar almaqda həmin sənədlər ilkin və qiymətli 
mənbədir. Ancaq məktəb sənədlərinin öyrənilməsi mütləq başqa 
metodlarla əlaqələndirilməlidir. 
Şagirdlərin yaradıcılıq məhsullarının öyrənilməsi.
Fəaliyyət 
məhsulları da pedaqoji təcrübənin öyrənilməsinə xidmət etmək im-
kanına malikdir. Şagirdlərin müxtəlif formalı işlərinin nəticələrini 
nəzərdən keçirən tədqiqatçı nəinki şagirdlərin qabiliyyətləri barədə, 
bu və ya digər fənn üzrə proqram materiallarını nə dərəcədə mənim-
sədikləri barədə, habelə onlara pedaqoji rəhbərliyin vəziyyəti barədə 
müəyyən məlumat əldə edir. 
Qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi. 
Bu 
metod qabaqcıl məktəblərin və müəllimlərin iş təcrübəsini öyrən-
mək və nəzəri cəhətdən ümumiləşdirmək məqsədi daşıyır. Bəzən 
müəllimlər empirik yolla (təcrübə yolu ilə) yenilik xarakteri daşı-
yan, pedaqogikaya bəlli olmayan vacib metodiki uğur qazanırlar. 
Təlim-tərbiyə işində qabaqcıl pedaqoji təcrübənin nəzəri cəhətdən 
ümumiləşdirilməsi həmin yeniliyi pedaqoji elmin sisteminə daxil 
etməyə imkan verir.
Modelləşdirmə.
Bu, modellərin yaradılması və tədqiqi meto-
dudur. Didaktikada modelləşdirmə aşağıdakı məsələləri uğurla həll 
etmək üçün tətbiq olunur: 
1) tədris materiallarının strukturunu optimallaşdırmaq; 2) təd-
ris prosesinin planlaşdırılmasını yaxşılaşdırmaq; 3) idrak fəaliyyə-
tini idarə etmək; 4) təlim-tərbiyə fəaliyyətini idarə etmək; 5) təlimi 
diaqnozlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə