31
Təhsil gеniş anlayışdır. Оnun bütün növləri və fоrmaları bu
anlayışda cəmləşir. Məktəbəqədər təhsil, ibtidai təhsil, natamam оr-
ta təhsil, ümumi orta təhsil, оrta iхtisas təhsili, ali təhsil, tехniki pе-
şə təhsili, pedaqoji təhsil, tibbi təhsil, hərbi təhsil, bakalavr təhsili,
magistr təhsili, doktorantura təhsili, fasiləsiz təhsil, əlavə təhsil, dini
təhsil, özünütəhsil və s. təhsil anlayışına aiddir.
Təhsil intellektual potensialın reallaşdırılmasına, mütəxəssis-
lərin, peşəkar kadrların yetişdirilməsinə xidmət edir. Bu kadrlar ilk
növbədə çağdaş sosial-iqtisadi həyatın tələblərini ödəmək üçündür.
Bu barədə Heydər Əliyev belə demişdir: “Həyat böyük bir proses-
dir. Bu prosesdə uğurla inkişaf etmək üçün insan müasir tələblərə
uyğun olan təhsilə malik olmalıdır.”
Həm elmin inkişafında iştirak edən, həm müasir texnologi-
yalara yiyələnə bilən, istehsalı günbəgün modernləşdirə bilən kadr-
ların yetişdirilməsi isə təhsilin inkişafından asılıdır. Ona görə də,
təhsil bir tərəfdən dövlətin, digər tərəfdən ictimai-iqtisadi prosesin
diqqət mərkəzində olmalıdır.
Fikrimizcə, təhsil anlayışının aşağıdakı kimi interpretasiya
olunması daha məqbuldur:
Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin
intellektual və emosional sferalarını inkişaf etdirmək, onun həyata
hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq və vər-
dişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.
İnkişaf - insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyi-
şiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı ob-
yektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən
öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial
və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də
elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir.
Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşı-
lıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir.
Pеdaqоgika elmində şəхsiyyətin inkişafı dedikdə оnun daha
çox psixi, mənəvi inkişafı başa düşülür. Yəni, iradi keyfiyyətlər,
yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s.
psiхоlоji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf edir.
32
Şəхsin malik оlduğu psiхоlоji хüsusiyyətlər pеdaqоji prоsеsdə istər-
istəməz, оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir.
Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işində nəzərə
alan müəllimlər və digər tərbiyəçilər həmin inkişafın səviyyəsini
хеyli yüksəldə bilirlər. Bu mənada inkişaf pеdaqоji prоsеsin həm
zəmini оlur, həm də nəticəsinə çеvrilir.
Pedaqoji proses. Pedaqoji proses deyərkən təlim, tərbiyə və
təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti nəzərdə
tutulur. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlik-
də yaranmış və inkişaf etmişdir. Cəmiyyətin ehtiyaclarına uyğun
olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, metod və
prinsipləri dəyişmiş və təkmilləşdirilmişdir. İctimai-iqtisadi forma-
siyanın, yəni istehsal üsulunun və istehsal münasibətlərinin dəyiş-
məsi ilə pedaqoji prosesin təşkili formalarının, metodlarının dəyiş-
məsi və inkişaf etməsi onun tarixi səciyyə daşıdığını göstərir. Peda-
qoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funksi-
yalarından biri olmuşdur.
Pedaqoji anlayışların mənşəyini onların özündə yox, həyatın
tələbatlarında, məktəb praktikasında axtarmaq lazımdır. Anlayışların
təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağ-
lıdır. Anlayışların dialektikası onların ifadə etdikləri hadisənin, prose-
sin inkişafından asılıdır. Elmin terminin dəqiqliyi, birmənalılığı onun
əsas keyfiyyətlərindəndir. Bu reallıq pedaqogika elminə də aiddir.
1.5. Pedaqoji cərəyanlar
Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi və siyasi quruluşun müx-
təlifliyi ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Azər-
baycan pedaqoqları təhsil sistemlərini və pedaqoji fikirləri öyrən-
məyə və oradakı mütərəqqi cəhətlərdən istifadə etməyə çalışırlar.
Bu, təqdirəlayiq bir ənənədir. Daha geniş yayılmış bəzi pedaqoji
cərəyanlara diqqət yetirək.
Praqmatizm pedaqogikası. Praqmatizm, yunan mənşəli
“pragmatos” sözünə uyğundur, iş və ya əməl deməkdir. Praq-
matizm fəlsəfi cərəyan kimi cəmiyyətdə bütün fəaliyyətin əsasını
33
subyektiv mənada anlaşılan əməldə, təcrübədə görür. Belə bir
metodoloji müddəaya əsaslanan Con Duyi, Vilyam Kilpatrik (ABŞ)
və bir çox başqaları praqmatizm pedaqogikasının əsasını qoymuşlar.
Həyatda məktəblilərin iştirakını təmin etmək, uşaqların marağına
diqqət yetirmək və fərdi xüsusiyyətlərini nəzərə almaq, məktəbin
ictimai həyatla əlaqəsini təmin etmək, tərbiyələndirici təlimə üstün-
lük vermək, təlimdə şagirdlərin fəallığına nail olmaq praqmatizm
pedaqogikasının başlıca xüsusiyyətləridir. Vurğulayaq ki, praq-
matizm pedaqogikası təcrübəni geniş ictimai, istehsalat təcrübəsi
kimi deyil, ətraf mühitlə şəxsin təması mənasında başa düşür.
Məsələn, praqmatizm pedaqogikası təlimin məzmununu və ya əxlaq
tərbiyəsinin məzmununu uşaq təcrübəsinə, uşaq müşahidəsinə
əsasən müəyyənləşdirir .
C.Duyinin fikrincə, anlayışlar, ideyalar, nəzəriyyələr yalnız
gündəlik praktik fəaliyyət üçün yaradıldıqda faydalı hesab oluna
bilər (onun dayandığı fəlsəfi təlimə – praqmatizmə görə, həqiqət –
obyektiv aləmin insan şüurunda inikasından ibarət deyildir, həqiqət
odur ki, bu və ya digər konkret situasiyada insanın qolundan tutur,
ona fayda verir); bütün bunlar praktika üçün “alət” rolunu oyna-
malıdır. Praqmatizmin məşhur nümayəndələrindən olan Vilyam
Kilpatrik (“layihələr metodu”nun nəzəriyyəçilərindən biridir) qeyd
edir ki, həqiqət obyektiv ola bilməz, çünki dəyişkəndir. O, tədqi-
qatda yalnız eksperimenti qəbul edir.
Praqmatizm pedaqogikası cəmiyyəti yeniləşdirmək üçün tərbi-
yəni əsas sayır. Bu pedaqogikanın ideoloqları hesab edirlər ki, tərbiyə
cəmiyyəti istənilən şəkildə düzəldə bilər, məktəb cəmiyyətdən asılı
deyil, əksinə cəmiyyət məktəbdən asılıdır. Onlar tərbiyədə son
məqsədi, perspektivləri qəbul etmir. Onların fikrincə, məqsəd odur ki,
konkret situasiyada uşağın gözlənilmədən meydana çıxan maraq və
tələbi ödənilsin, uşaq özünü mövcud ictimai quruluşun tələblərinə
uyğunlaşdıra bilsin. Praqmatik pedaqoqlar sübut etməyə çalışırlar ki,
elmlərin əsaslarının sistematik öyrənilməsinə ehtiyac yoxdur, müəlli-
min borcu odur ki, konkret fəaliyyət zamanı lazım gələn bilikləri
öyrətsin (“kompleks proqramlar” bu ideyadan doğmuşdur).
Praqmatizm pedaqogikası özünün nedosentrizm prinsipini
irəli sürmüşdür. Bunun mahiyyəti belədir: təlim-tərbiyə prosesinin
Dostları ilə paylaş: |