37
Pyajenin psixoloji konstruktivizminin mahiyyətində təlimin
məqsədinə uyğun şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi
durur. Bu yolla tədqiqat obyektinə çevrilən şagirdin fərdi idraki inki-
şafı təmin olunur. L.Vıqotskinin sosial konstruktivizmi sosial trans-
formasiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin yer-
ləşdiyi (əhatə olunduğu) mühitin onun inkişafındakı rolunu əks
etdirir. Etibarlı inkişaf zonası kimi xarakterizə olunan mühit şagird-
lərin formalaşmasının bazisi kimi göstərilir. Fərdi inkişaf mədəni
qaydaların qrup tərəfindən paylaşdırıldığı və nəticədə fərd tərəfindən
özününküləşdirilən sosial qarşılıqlı əlaqələr nəticəsində yaranır.
Şagirdlər bilikləri mühitlə qarşılıqlı əlaqədə əldə edirlər. Bu zaman
həm fərd, həm də mühit dəyişir. Tədqiqatın obyekti fərdlə sosial və
mədəni mühit arasındakı dialektik münasibətlərdir.
1950-ci illərdən başlayaraq qərb ölkələrində, o cümlədən İtali-
ya, Fransa, ABŞ və bir sıra digər ölkələrdə müxtəlif pedaqoqlar birlə-
şərək pedaqoji dərgilər, toplular, jurnallar çap etdirməyə başlamışlar.
Onlar təlim, tərbiyə və təhsil sahəsində apardıqları tədqiqat işlərinin
nəticələrini həmin informasiya vasitələri ilə təşviq edirdilər. ABŞ-da
U.Adler, U.Foster, P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fran-
sada R.Harodi, İ.Konyo planlı və məqsədyönlü təsir göstərməyin zə-
ruriliyini əsaslandırır, demokratik məktəb sistemi uğrunda mübarizə
aparır, icbari təhsilin müddətini uzatmağı tələb edirlər. Onların
fikrinə görə, uşağın imkanlarını, qabiliyyətlərini tərbiyə şəraitindən
ayırmaq və ayrılıqda nəzərdən keçirmək qeyri-elmi yoldur.
1.6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi
Bütün elm sahələri ilə pedaqogikanın əlaqəsi var. Müxtəlif
tədris müəssisələri üçün tədris planlarının, tədris proqramlarının və
dərsliklərin işlənməsində, ayrı-ayrı fənlərin tədrisində, müəssisə,
idarə və təşkilatlarda tərbiyə işinin nizama salınmasında digər elm-
lərlə pedaqogikanın əlaqəsi özünü daha qabarıq göstərir. Bütün elm-
lərlə pedaqogikanın qarşılıqlı əlaqəsini burada səciyyələndirmək
mümkün deyil. Pedaqogikanın yalnız fəlsəfə, psixologiya və fizio-
logiya ilə əlaqəsini nəzərdən keçirək.
38
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi. F.Paulsen göstərir ki, peda-
qogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixolo-
giyasız və etikasız, o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz
növbəsində metafizika və idrak nəzəriyyəsindən ayrılmazdır.”
Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil inqilabı”
kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb
fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi
ilə bağlı bir çox tədqiqatların çatışmazlığı bundadır ki, onların
müəllifləri təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşün-
cənin ümumi axarından ayırırlar. Ona görə də, pedaqogika tarixi
müxtəlif didaktika üsullarının sadalanmasından ibarət olur. Lakin,
axı bu üsullar özü konkret bir dövrdə doğulmuşdur və özündə
zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.”
Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə
də həyat üçün hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələ-
ləri insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissəsi-
dir. Təsadüfi deyildir ki, bu məsələlərə ənənəvi olaraq məhz filo-
sofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər tərbiyə
məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən
hazırlanmışdır. Pedaqogikanın nisbətən müstəqil bir elm sahəsi kimi
formalaşması ilk növbədə filosoflardan Y.A.Komenskinin, J.J.Rus-
sonun, C.Lokkun yaradıcılıqları ilə bağlıdır. İ.Kantın “Pedaqogika
haqqında”, “Maarifləndirmə nədir?” – sualına cavab”, “Antropoloji
didaktika” əsərlərində, Hegelin “Gimnaziya direktorunun çıxışları”,
“Universitetdə fəlsəfənin tədrisi”, “Gimnaziyalarda fəlsəfənin təd-
risi” əsərləri müasir kurikulum probleminin metodoloji əsaslarını
təşkil edir. Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair
əsasən üç mövqe vardır. Bəziləri (P.Narton, F.Paulsen, Q.Gerşen-
steyner, S.Y.Volfson və başqaları) pedaqogikanı “tətbiqi fəlsəfəyə”
aid edirlər. Onlar haqlı olaraq düşünürlər ki, fəlsəfənin sahələri olan
etika, estetika, məntiq və s. ictimai həyatın sahələrini, o cümlədən
təlim və tərbiyə məsələlərini də əhatə edir. Lakin onlar bu düzgün
fikirdən belə bir səhv nəticə çıxarırlar ki, fəlsəfə tərbiyə işinin
məqsədini, pedaqogika isə onu həyata keçirməyin yollarını müəy-
yənləşdirir. Buna görə də onlar pedaqogikanı tətbiqi fəlsəfə adlandı-
rırlar. Belə çıxır ki, pedaqogikanın əsalarını və qanunauyğun-
39
luqlarını fəlsəfədə axtarmaq lazımdır. Bu mövqe ilə razılaşmaq
olmaz. Başqa bir qrup mütəxəssis (Z.Freyd, G.Max, E.Meyman,
İ.Krecmep, P.P.Blonski, A.P.Pinkevic və başqaları) pedaqoji qanu-
nauyğunluqları fəlsəfədə axtarmağın düzgün olmadığını əsaslandı-
raraq psixologiyaya meyil etmiş və düşünmüşlər ki, pedaqogikanın
başlıca dayağı psixologiya olmalıdır. Fikrimizcə, pedaqogikanı
fəlsəfədən ayırmaq cəhdi uğursuzdur. Çünki humanitar elm olan
pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbi-
yənin və inkişafın bir çox problemlərini metodoloji dayaqsız həll
etmək mümkün deyil. Üçüncülərə E.İ.Monoszon N.K.Qonçarov,
F.F.Korolyov, B.P.Yesipov və başqaları aid edilir. Onlar bir çox
halda fəlsəfi müddəaları mexaniki şəkildə pedaqogikaya gətirirlər.
Dialektik materializmə istinad edən pedaqoqları (M.M.Mehdizadə,
N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbrahimov və başqalarını)
dördüncü qrupa aid etmək olar.
Onlar təlim, tərbiyə, təhsil və inkişaf məsələlərini konkret
şəraitlə əlaqədar nəzərdən keçirirlər. Onların fikrincə, məsələn,
pedaqoji prosesin səmərəlilik dərəcəsi konkret şəraitdən də asılı
olur. Eyni üsulun səmərəsi bir şəraitdə çox, başqa şəraitdə az ola
bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika həm
təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzər-
dən keçirir. Uşaq daim inkişafda olduğundan və ətraf mühit amillə-
rinin ona təsiri dəyişdiyindən tərbiyəvi təsirlər də başqalaşmış olur.
Dialektik materializmə əsaslandıqda pedaqoji prosesin hərəkətverici
qüvvələrini və qanunauyğunluqlarını onun özündə axtarmalı oluruq.
Dialektik materializm həm də təhsil və pedaqoji fikir tarixi məsə-
lələrinin təhlili və öyrənilməsinə düzgün yanaşmağa imkan verir.
Unutmaq lazım deyil ki, hər pedaqoji nəzəriyyəyə və ya fikrə onun
yarandığı şəraitlə əlaqədar qiymət vermək zəruridir.
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiy-
yətin obyektiv inkişaf qanunauyğunluqlarını müəyyən edir. Bu
qanunlar pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrində də fəaliyyət gös-
tərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı
fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə prosesində
mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəf-
dən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, mad-
Dostları ilə paylaş: |