347
zırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamnamə-
sinə əsasən tənzimlənir. Təhsil kurikulumları xarakterinə görə
iki yerə ayrılır: fənyönümlü və şəxsiyyətyönümlü.
Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini,
onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu an-
layışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların
keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün
praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möh-
kəmliyini, davamlığını artırmağa xidmət göstərməkdən ibarət olur.
Praktik əhəmiyyət daşıyan, bacarıq, vərdiş və qabiliyyətlər arxa plana
keçir, fənnin elmi potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır. Şa-
girdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri
öyrənmək məcburiyyətində qalırlar. Belə kurikulumlardan daha çox
ixtisaslar, təmayüllər üzrə təhsilalma prosesində istifadə olunur. Eyni
zamanda onlara ali təhsilin bakalavr və magistr pillələrində məzmu-
nun formalaşdırılması, müxtəlif elm sahələrinə aid fənlərin məzmu-
nunun müəyyənləşdirilməsi zamanı müraciət edilir.
Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və
vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə insa-
nın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vər-
dişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin for-
malaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin for-
malaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəy-
yənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün
vasitə kimi nəzərdə tutulur. Onlar dinamik xarakterə malik olub mü-
əyyən bacarıq və vərdişlərin, əqli fəaliyyət növlərinin əsasında du-
rur. Daha çox funksional dəyərliliyi ilə seçilir. Belə kurikulumlar-
dan, adətən, təhsilin icbari mərhələsində istifadə olunur. Şagirdlərin
hazırlığına verilən minimum tələblər bu kurikulumlara daxil edilir
və dövlət tərəfindn təsdiqlənərək hüquqi status alır.
Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçi-
lir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdiril-
məsində şəxsiyyətin formalaşması üçün lazım olan tələblər əsas gö-
türülür. Kurikulumların inteqrativ məzmunda hazırlanması onun bir
neçə cəhətdən keyfiyyətinin yüksəlməsinə təsir göstərir. Birincisi,
fənlərin inteqrasiyası onların saylarının azalması ilə nəticələnir.
348
Məzmunca yaxın fənlər sintez edilir. İkincisi, fənlərin inteqrasiyası
həftəlik saatların minimum səviyyəyə endirilməsinə imkan yaradır.
Bu isə təlim yükünün, məşğələlərin sayının azalmasına gətirib çıxa-
rır. Üçüncüsü, şagirdlərin həyati əhəmiyyəti olan bilik, bacarıq və
vərdişlər qazanmalarına, onların şəxsiyyətinin formalaşması üçün
ən zəruri paktik işlərin həyata keçirilməsinə imkan yaranır. Bütün
bunlar bütövlükdə təhsilin humanist prinsip əsasında qurulmasına
təminat verir.
Azərbaycanda kurikulumlara ciddi konseptual bir sənəd kimi
yanaşılır. Onun fənn üzrə bütün fəaliyyətləri istiqamətləndirə bilə-
cək bir sənəd olması vacib hesab edilir. Ona görə də orada ilkin ola-
raq fənnin məzmununa yer ayrılır. Şagirdlərin əldə edəcəkləri nəti-
cələr təhsil pillələri və siniflər üzrə müəyyənləşdirilir. Onlar zəruri
məzmun standartları kimi kurikulumlara daxil edilir. Şagirdlərin,
daha geniş mənada, məktəbin nailiyyətlərinin müəyyən olunmasın-
da onlar əsas vasitə kimi çıxış edir.
Kurikulumlar hazırlanarkən, məzmuna uyğun müvafiq strate-
giyaların müəyyən olunmasına diqqət yetirilir. Gözlənilən nəticələ-
rin daha uğurlu əldə olunması baxımından bu, əhəmiyyətli hesab
edilir. Həmin strategiyaların verilməsinin dərslik müəllifləri, fənni
öyrədən müəllimlər üçün faydalı olduğu nəzərə alınır. Prinsiplər
fənlər üzrə təlimin mühüm didaktik əsası kimi şərh olunur. Fənnin
ümumi məqsəd və vəzifələrinin yerinə yetirilməsi baxımından əsas-
landırılır. Bu zaman hər bir fənnin özünəməxsus cəhətləri, ümumi
təhsil sistemində rolu və əhəmiyyəti nəzərə alınır. Bunlardan əlavə,
prinsiplərə fənn üzrə strateji fəaliyyətin özülünü təşkil edən bir an-
layış kimi də yanaşılır. Onlara müxtəlif forma və üsulların mütəhər-
rik mexanizminin pedaqoji təminatçısı kimi baxılır.
Müasir təhsil müstəvisində şagirdin bir şəxsiyyət kimi fəaliy-
yətə cəlb olunması, onun ehtiyac və maraqlarının əsas götürülməsi,
pedaqoji problemlərin həllində müəllimlərlə əməkdaşlığı, yaradıcı
və təşəbbüskar rolu xüsusi olaraq nəzərə alınır. Bunlar yeni pedaqo-
ji texnologiyaların mahiyyətini təşkil edən mühüm elementlər kimi
onun xarakterik keyfiyyətini göstərir. Yeni fənn kurikulumlarında
özünə yer almış təlim strategiyalarının məğzini təşkil edir.
349
Qiymətləndirmə mexanizmləri kurikulumun məzmununda xü-
susi yer tutur. Ümumiyyətlə, dünya ölkələrinin təcrübəsində qiy-
mətləndirmə məsələlərinin kurikulumlarda əhatə olunmasına xüsusi
diqqət yetirilir. Ona nailiyyətlərin obyektiv və real qiymətləndiril-
məsi vasitəsi kimi baxılır.
Hər bir fənn kurikulumunda sonuncu bölmə kimi təqdim olu-
nan qiymətləndirmə hissəsi mahiyyət etibarilə Azərbaycan təhsilin-
də yeni yanaşma tərzidir. Bu sistemdə qiymətləndirmənin müxtəlif
növləri, formaları və vasitələrinin özünəməxsusluğu nəzərə alınır.
Fənn kurikulumları bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir.
1. Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir.
Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərq-
ləndirir. Nəticəyönümlülük müasir kurikulumların hazırlanmasında
nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir. Təlim
prosesində əldə olunacaq nəticələrin əvvəlcədən müəyyən edilməsi
və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri
kimi dəyərləndirilir. Nəticəyönümlülüyün olması, ilk növbədə, tə-
lim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyəti-
ni təşkil edən son nəticəni görməyə imkan verir. Fənn kurikulumla-
rında təlim nəticələri müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr.
Bunlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə
aparmaq baxımından əhəmiyyət daşıyır. İlk növbədə, məzmunu ifa-
də edən belə ümumi nəticələr hökumət tərəfindən təsdiq olunur. On-
lar respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə
edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə ümu-
mi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur.
2. Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sə-
nəddir. Fənn kurikulumlarında öz əksini tapan bütün nəticələr şa-
girdlərə, onların inkişafının izlənməsinə yönəldilmişdir. Fənnin
ümumi məsələlərindən biri kimi məqsəd və vəzifələrin belə müəy-
yənləşdirilməsində şagird şəxsiyyətinin formalaşması və inkişafı
diqqət mərkəzində saxlanılmışdır. Onların sinifdən-sinfə, bir təhsil
pilləsindən digərinə keçməsinin tənzimlənməsi, inkişafının istiqa-
mətləndirilməsi ön planda saxlanılmışdır. Şagirdin idrakı, hissi və
psixomotor bacarıqlarının müəyyən olunmuş həddə çatması üçün
humanist və demokratik prinsiplərə söykənən iş üsulları və formala-
Dostları ilə paylaş: |