|
Annotasiya
337
göstərir ki, kompetensiyalara şəxsin fəaliyyət sahəsində effektiv istifadə
etdiyi, insan şəxsiyyətinin dayanıqlı baza keyfiyyətləri kimi baxmaq
lazımdır. Bu dayanıqlı baza keyfiyyətlərin fəaliyyət prosesində motivasiya,
psixo-fizioloji xüsusiyyətlər, “Mən – konsepsiyası”, biliklər sistemi,
vərdişlər ilə bağlı tiplərini bir-birindən ayırmaq tələb olunur.
Təhsil prosesində təhsil alanda elə sosial-peşəkar xarakterli key-
fiyyətlər formalaşdırılmalıdır ki, onlar gələcəkdə peşə ilə bağlı istənilən
məsələlərin həllinə müsbət təsir göstərsin, eyni zamanda insanlarla qar-
şılıqlı münasibətlər qurmağa imkan versin. Bu keyfiyyətlər insanın bütöv
sosial və peşəkar kompetensiyaları kimi qəbul olunur. Belə “ideal-
laşdırılmış modelin” baza əsasını aşağıdakı müddəalar təşkil edir:
- sosial və peşəkar kompetensiyalar müəyyən mərhələdə intellektual
bacarıqların və təfəkkürün inkişafı əsasında formalaşır;
- insanın peşəkar fəaliyyətində reallaşdırılması tələb olunan zəruri
məsələlərin səmərəli həlli onun şəxsi xüsusiyyətləri ilə müəyyən edilir.
Təhsil alanlarda kompetensiyanın (şəxsiyyətin yeniləşmiş tədris-
təlim prosesində və praktik fəaliyyətində aktivləşən, formalaşan və inkişaf
edərək müəyyən edilmiş qaydada düzgün istifadə olunan və ölçülə bilən
inteqrativ xarakteristikaların məcmusu) formalaşmasında aşağıdakı məz-
munu özündə əks etdirən anlayışlardan düzgün istifadə etmək lazımdır:
-
kompetensiya dəqiq hansı fikri ortaya qoyur;
-
onun təməlini, baza əsasını nə təşkil edir;
-
hansı amillər ona təsir göstərir;
-
harada özünü göstərə bilir;
-
hansı funksiyaları yerinə yetirir və onlar hansı parametrlərlə
xarakterizə olunur.
A.V.Xutorskoy öyrədənlərlə bağlı yeddi baza təhsil kompetensi-
yalarının formalaşdırılmasını əsas məqsəd kimi qarşıya qoymuşdur:
-
dəyər və məna ilə bağlı kompetensiyalar;
-
ümummədəniyyətlə bağlı kompetensiyalar;
-
təhsil və dərketmə ilə bağlı kompetensiyalar;
-
informasiya ilə bağlı kompetensiyalar;
-
kommunikativliklə bağlı kompetensiyalar;
-
sosial və əməklə bağlı kompetensiyalar;
-
şəxsin özünütəkmilləşdirməsi ilə bağlı kompetensiyalar .
“Müəllim professionallıq baxımından hazırdır” anlayışı təhsildə
keyfiyyətin əldə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Rusiyada nəşr
edilmiş ensiklopedik lüğətdə təsdiqlənir ki, “professional hazırlıq” anlayışı
“ümumi və xüsusi” kompetensiyaların cəmi olub, müəyyən ixtisas üzrə fəa-
liyyətin müvəffəqiyyətli həllini tələb edir. Təcrübə göstərir ki, əgər müəllim
338
ali məktəbdə oxuyarkən lazımi vərdişləri əldə edirsə və müstəqilliyə təminat
verən pedaqoji ustalığa yiyələnirsə, o, məktəbdə keyfiyyət əldə etməkdə
çətinlik çəkmir.
Fənlərin məzmunu ixtisas xarakteristikasından asılıdır. O, isla-
hatlar prosesində, xüsusən həyata keçirilən təhsil kurikulumlarının tət-
biqində daha da təkmilləşməlidir. Bu zaman müəllimə aid olan aşağıdakı
on qrup kompetensiyalardan söz gedə bilər. Onlar ali məktəbdə tədris
prosesində, sonralar isə məktəbdə iş prosesində formalaşdırılır və həyata
keçirilir. Bunlar aşağıdakılardır:
1.
Planlaşdırma, dərsin hazırlanması, keçirilməsi və təhlili;
2.
Məktəbdə tətbiq edilən eksperimentlərdən tədris məqsədləri
üçün istifadə etmək;
3.
Şagirdləri həyati bacarıqlara yiyələndirmək, çətin məsələlərin
həllinə yönəltmək;
4.
Fənn kabinetini yaratmaq və onun işini təşkil etmək;
5.
Uşaqları layihələşdirmə fəaliyyətinə cəlb etmək;
6.
Ekskursiyaları planlaşdırmaq və həyata keçirmək;
7.
Sinifdənxaric və məktəbdənkənar işləri planlaşdırmaq və həyata
keçirmək;
8.
Tədris prosesində təlimin texniki vasitələrindən, xüsusən infor-
masiya-kommunikasiya texnologiyalarından istifadə etmək;
9.
Qiymətləndirmənin növlərini, məqsədini və qiymətləndirmə
vasitələrini bilmək və tətbiq etmək, monitorinqdən istifadə etmək;
10.
Məktəbdə tədris olunan fənlərin təliminin təşkili mexanizminə
yiyələnmək.
Ümumfənlərlə bağlı kompetensiyalar texnologiyaların mənimsənil-
məsi və öyrədənlər üçün çox vacib olan aşağıdakı keyfiyyətlərin for-
malaşması ilə bağlıdır:
-
insanlarla qarşılıqlı münasibətlərdə mədəni kommunikasiya-
lardan istifadə;
-
peşəkarlıq sahəsində informasiyanı qəbul etmək bacarığı və
ondan özünütəhsil prosesində istifadə;
- əldə olunmuş zəruri informasiyanı başqalarına ötürmə bacarığı.
Təhsil sisteminin strukturunun müasirləşdirilməsi və məzmununun
modernləşdirilməsində böyük elmi və praktik əhəmiyyət daşıyan ya-
naşmalar içərisində kompetensiyalı (səriştəli) yanaşma xüsusi yer tutur.
Yüksək səviyyədə səriştəlilik geniş bilik, bacarıq və vərdişlər sisteminin
formalaşmasında şəxsi, instinsional və ictimai inkişafın əsas amili kimi,
tədris-təlim prosesinin səmərəliliyinin yüksəldilməsinə imkan verən əsas
göstərici hesab edilir. Ona görə də insanların səriştəlilik səviyyəsinin
Dostları ilə paylaş: |
|
|