|
Annotasiya
333
nəticəsidir ki, bəzi alimlər “kompetensiyalı” sözünün qarşılığı olaraq
“səriştəli” sözünü işlətməyi lazım bildiyi halda, bəziləri “səlahiyyətli”
(“kompetensiya” əvəzinə “səlahiyyət”) sözündən istifadə edirlər. İkinci
mövqeyi seçənlər göstərirlər ki, inkişaf etmiş Avropa ölkələrinin təcrü-
bəsində kompetensiyanın (səlahiyyətin) mühüm istiqamətlərindən biri in-
sanın cəmiyyətin həyatında öz vəzifələrini başa düşməsi və müvəf-
fəqiyyətlə yüksək keyfiyyətdə həyata keçirməsidir. Səlahiyyət – müəyyən
fəaliyyətlərin, proseslərin yüksək səviyyədə həyata keçirilməsini təmin
etmək üçün şəxsiyyətin bir-birilə əlaqəli keyfiyyətlərinin (biliklər, baca-
rıqlar, vərdişlər və fəaliyyət üsulları) iş prosesinə tətbiqi deməkdir.
Fikrimizcə, “şəxsiyyətin bir-birilə əlaqəli keyfiyyətlərinin iş prosesinə tət-
biqi” ilə daşınan əməl “səlahiyyət” sözündə yox, “səriştə” sözündə ehti-
va olunur. “Kompetensiyanı” şəxsiyyətin yeniləşmiş tədris-təlim prosesin-
də və praktik fəaliyyətində aktivləşən, formalaşan və inkişaf edərək müəy-
yən edilmiş qaydada düzgün istifadə olunan və ölçülə bilən inteqrativ
xarakteristikalarının (psixoloji, anadangəlmə şəxsi keyfiyyətlər, müəyyən
sahədə bilik, bacarıq və vərdişlər) məcmusu kimi anlayırıqsa, qəbul
ediriksə, onu “səriştə” sözü kimi işlətmək daha doğru hesab edilməlidir.
Bizim subyektiv anlamımız belədir. Kompetensiya sözü dilimizə yad olsa
da belə, bəlkə də onun tərcüməsindən irəli gələn sözlər əvəzinə özündən
istifadə olunması daha məqbul olar, ən azı dolaşıqlığa səbəb olmaz.
Mətləbdən yayınmayaq, yəqin ki, söylədiklərimiz yetərincədir.
Burada şərhi veriləcək əsas məsələ təhsilin qarşısında olan mühüm
məqsədlərin həyata keçirilməsi ilə bağlıdır. Ona görə də, müəyyən edilmiş
kompetensiyalar sisteminin tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil
düşüncəli, özünüdərketmə qabiliyyətli şəxslərin yetişdirilməsi ilə əlaqəli
məsələlərin şərhinə və onların reallaşdırılması yollarına diqqət çəkməyi
lazım bilirik. Müəyyənləşdirməliyik: öyrənənlərdə hansı kompetensiyalar
formalaşdırılmalıdır ki, o müasir cəmiyyətdə öz yerini tutması üçün tələb
olunan bacarıqları əldə edə bilsin? Bu problemin həlli yolunu özündə
saxlayan yanaşmanın təbiətində başlıca cəhətlər hansılardır? Arzuolunan
təbiətli təhsil sistemini idarə edən, öyrədən tərəf funksiyasını daşıyan
mütəxəssis hansı kompetensiyalara yiyələnmiş olmalıdır? Təhsil fəaliyyə-
tinin müxtəlif mərhələlərində əsas kompetensiyalar qrupunun tərkibi necə
olmalıdır? Ümumitəhsilin kurikulumunun tələblərinə uyğun müxtəlif bilik
sahələrinin baza kompetensiyalarının formalaşmasına, analitik, məntiqi,
təfəkkür, dil və danışıq qabiliyyətinə yiyələnməyə və s. (fənlər üzrə
ixtisaslaşmış kompetensiyalara, ümumi kompetensiyalara) təhsillənmə
prosesinin ümumtəhsil mərhələsində necə nail olmaq mümkündür? və sair
334
pedaqoq alimlərin, həm də praktik təhsil işçilərinin idrakını narahat edən
suallardır.
Ümumtəhsili başa vurmuş şagird daimi dəyişən dünyada həyati
bacarıqlara yiyələnməli, əmək bazarında öz yerini tutmağa hazır olmalı,
öyrənmənin vacibliyini daim başa düşməli, zamanın tələblərinə uyğun
müvafiq bilik, bacarıq və vərdişləri qazanmağı bacarmalıdır. Öyrənən-
lərdə elə bacarıqlar formalaşdırılmalıdır ki, birinci növbədə insanın
fəaliyyətində xüsusi rol oynayan aşağıdakı kompetensiyaları əldə etmək
mümkün olsun:
-
mürəkkəb yazılı mətnləri başa düşmək üçün savadlılıq;
-
ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və on-
lar üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlılıq;
-
müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış
tərzinin formalaşdırılması üçün müvafiq bilik, bacarıq və vərdişlərin
qazanılması;
-
akademik biliklər sisteminə yiyələnmə;
-
ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;
-
xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;
-
texniki kompetensiyalar;
-
İKT ilə bağlı kompetensiyalar;
-
öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kom-
petensiyalar;
-
çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dərki ilə
bağlı kompetensiyalar;
-
təşəbbüskarlıq və sahibkarlıq üzrə kompetensiyalar.
Sosial-iqtisadi dəyişikliklər peşə, ailə və ictimai həyatda fəal idrakı
təmin edən zəruri baza biliklərinin, bacarıq və vərdişlərinin yeni toplu-
munu tələb edir. Fasiləsiz Təhsil Haqqında Avropa Birliyinin Lissabon
sammitinin yekun sənədləri (23-24 mart 2000-ci il) belə vərdişlərə kom-
pyuter savadlılığı, xarici dilləri, texnologiya mədəniyyətini, sahibkarlığı,
sosial vərdişləri aid edir.
Görkəmli təhsilşünas prof. A.O.Mehrabov xüsusi olaraq vurğulayır
ki, müasir cəmiyyətdə ahəngdar fəaliyyət üçün insanlar konseptual
konpetensiyalara malik olmalıdırlar. Belə kompetensiyalara – prosedura,
motivasiya və fəaliyyətlə bağlı məsələləri daxil etmək olar. Prosedura
kompetensiyalar insana konkret şəraitdə öz bacarıqlarını tətbiq etməyə
imkan verir. Mühitlə səmərəli qarşılıqlı ünsiyyətə, əlaqəyə, hadisələrə
münasibətlərin formalaşması məsələlərində motivasiya ilə bağlı kom-
petensiyalar xüsusi rol oynayır. Konkret məsələlərin həlli ilə bağlı praktik
və psixoloji hazırlığın, tənqidi təfəkkürün, istənilən situasiyada strategiya
Dostları ilə paylaş: |
|
|