327
bu təhsilin strukturunun müasir tələbləri ödəməməsi ilə bağlıdır.
Belə ki, ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif edilən
proqramlar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun
hazırlanmır, ümumiyyətlə, bu ehtiyacların dəqiq müəyyənləşdiril-
məsi sahəsində etibarlı mexanizmlər işlənməmişdir.
İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq
göstərir ki, dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ix-
tisasartırma təhsili modul-kredit sisteminə əsaslanaraq üç
moduldan ibarət təşkil olunur. Hər modul üzrə kreditin həcmi
müəyyənləşdirilir.
Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri,
ikinci modul tədris metodikası və təlim strategiyalarını, üçüncü
modul isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin
arzusuna uyğun təşkil ediləcək kursları əhatə edir. Xüsusi vurğula-
maq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl hər
bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiy-
mətləndirilməsi), treninq proqramları da qiymətləndirmənin nəticə-
lərinə uyğunlaşdırılır. Sonda isə yekun monitorinq aparılır (çıxış
qiymətləndirilməsi). Modullar üzrə zəruri kreditləri toplayan müəl-
limlər sertifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə
etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin
sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyi-
nin stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasar-
tırma təhsilinin statusunu yüksəldir və ona marağı artırır. Burada bir
əhəmiyyətli cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri və
ictimaiyyət müəllimlərə verilən sertifikatlara inanır və onu qəbul
edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin moni-
torinqi aparılır, həm “öyrədənlərin”, həm də “öyrənənlərin” fəaliy-
yəti dəqiq qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymət-
ləndirmə mexanizmi işin daha da təkmilləşdirilməsi üçün təkliflərin
hazırlanmasına imkan verir.
Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdiril-
məsi də bizim ölkəmizdə olduğundan tam fərqlidir. Azərbaycanda
ixtisasartırma təhsili üçün vəsait əsasən bu təhsili həyata keçirən
müəssisələrə verilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmə-
tin səviyyəsindən asılı olmayaraq, büdcə vəsaiti ixtisasartırma təh-
sili müəssisəsinə yönəldilir. Dünya təcrübəsində isə belə təhsil
müəssisələri vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını elan
328
edirlər, bu proqramlar akreditasiyasından keçirilib müsbət rəy
aldıqdan sonra müəllimlərin seçimi əsasında kurslar təşkil edilir və
ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait həmin müəssisəyə
yönəldilir. Əgər müəssisənin təşkil etdiyi proqramlar müəllimlər
tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir.
Bir fərq də ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili yal-
nız dövlət təhsil müəssisələrində həyata keçirilir, beynəlxalq təcrü-
bədə isə dövlət müəssisələri ilə yanaşı, bu fəaliyyətlə daha çox özəl
qurumlar, QHT-lər məşğul olurlar ki, bu da rəqabət mühitinin
formalaşdırılmasına gətirib çıxarır.
Bu sahədə ən ciddi problemlərdən biri də “öyrədənlərin” ha-
zırlıq səviyyəsinin müasir tələbləri ödəməməsi ilə bağlıdır. Vacibdir
ki, daha çox sayda və səriştəli “trener”lər hazırlansın. Son illərdə
Azərbaycan Müəllimlər İnstitutu tərəfindən əlavə təhsilin təkmilləş-
dirilməsi istiqamətində xeyli müsbət addımlar atılıb, bir sıra
məzmun dəyişiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlərin
keçirilməsi üçün lazımi infrastruktur formalaşdırılıb, innovasiya və
İKT-dən geniş istifadə olunur.
Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişildiyin-
dən bir dəfə alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə
bilmir. Hətta ən mükəmməl təhsil sistemində əldə edilmiş biliklərin
əksər hissəsi təhsil prosesi başa çatdıqdan bir müddət sonra öz aktu-
allığını itirir. Cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında
fəal iştirak etmək üçün hər bir şəxsin peşə bilik və bacarıqlarının,
şəxsi keyfiyyətlərinin kəmiyyət və keyfiyyət baxımından daim yeni-
ləşdirilməsi, zənginləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdı-
rılması zəruri tələbata çevrilir.
Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət inkişaf et-
dikcə təhsilə tələbat da artır və belə şəraitdə yaşlıların təhsili bir tə-
rəfdən məqsədə, digər tərəfdən fəaliyyət obyektinə çevrilir. Cəmiy-
yətin inkişafı təhsil sistemi qarşısında yeni prioritetlər müəyyənləş-
dirir və hazırda dünyada həmin prioritetlərdən biri məhz yaşlıların
təhsilidir. Digər tərəfdən, XIX əsr aqrar cəmiyyəti, XX əsr sənaye
cəmiyyəti kimi xarakterizə olunurdusa, XXI əsr bilik, informasiya
cəmiyyətinə çevrilmişdir. Bu səbəbdən Avropa Birliyi yaşlıların
təhsilini “XXI əsrin qapılarını açan açarlardan biri” adlandırmışdır.
Dünya təcrübəsi göstərir ki, yaşlıların təhsili əlavə təhsilin
tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyat-
329
da daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək
məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən
təhsil prosesidir.
Avropa Birliyi tərəfindən vətəndaşlar üçün peşə bilik və baca-
rıqları ilə yanaşı, digər “Əsas kompetensiyaların” müəyyən edilməsi
Avropada yaşlıların təhsilinə olan ciddi yanaşmanın göstəricisidir.
Müəyyən edilmiş həmin kompetensiyalardan bəzilərini təqdim edirik:
ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;
xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;
riyazi və texniki kompetensiyalar;
İKT ilə bağlı kompetensiyalar;
öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kompe-
tensiyalar;
siyasi və sosial (ictimai) kompetensiyalar;
təşəbbüskarlıq və sahibkarlıq səriştəsi;
çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dər-
ki ilə bağlı kompetensiyalar.
Etiraf olunmalıdır ki, cəmiyyətimizdə yaşlıların təhsili barədə
kifayət qədər məlumat yoxdur. Belə ki, bəzən yaşlıların təhsili ilə
ahılların təhsili anlayışları eyniləşdirilir. Halbuki, yaşlıların
təhsili ahılların təhsilini də özündə ehtiva etməklə daha geniş
əhatə dairəsinə malikdir. Yaşlıların təhsili dedikdə, şərti olaraq 18
yaşdan yuxarı, müstəqil fəaliyyət təcrübəsi və bir çox hallarda
peşəsi olan, bəzi hallarda isə heç bir peşəsi olmayan insanların
təhsilə cəlbi nəzərdə tutulur. Yaşlıların təhsili ilə ənənəvi təhsil ara-
sında fərq vardır. Əgər ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət
üçün lazımi kadr hazırlamaqdırsa, yaşlıların təhsilinin vəzifəsi
artıq ənənəvi təhsil sistemini keçmiş insanların cəmiyyətdə və
iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşdırılması-
nı təmin etməkdir. Qeyd olunduğu kimi, yaşlıların təhsili kontin-
gentinə daxil olan insanlar artıq müəyyən bilik və bacarıqlara malik
olduqlarından, onların ənənəvi metodlarla təlimi səmərəli nəticə
verə bilməz. Bu səbəbdən yaşlıların təhsili sistemində yeni prinsip
və metodların tətbiqi xüsusi aktuallıq kəsb edir. Eyni zamanda bu
təhsil formasının təşkili zamanı təhsilalanların tələbatları və onların
əvvəllər qazandıqları bilik və bacarıqlar maksimum dərəcədə nəzərə
alınmalıdır. Təlim prosesi zamanı dinləyicilərin ehtiyaclarının dəqiq
Dostları ilə paylaş: |